Süd verməyin ananın sağlamlığı üçün 7 faydası

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 920
Səs ver:
(səs: 3)
Hər gün süd içərək arıqlaya bilərsiniz!" href="/diet-12/her-gun-sud-icerek-ariqlaya-bilersiniz-122">südü şübhəsiz hər uşaq üçün ən vacib qidadır. Uşağın zehni, psixi və fiziki inkişafında müsbət təsiri ilə yanaşı, onu xəstəliklərdən qorumaqda da mühüm rol oynayır. Uşağın ehtiyacı olan bütün maddələr ana südündə var. Ana südü təkcə uşaq üçün deyil, ana üçün də əhəmiyyətlidir və onu bir çox xəstəliklərdən qoruyur. Bu faydalardan bir neçəsini sizinlə paylaşırıq.

1. Dəmir defisitli anemiyadan qoruyur
Süd verərkən oksitosin hormonu ifraz olunur ki, bu da uşaqlıq əzələlərinin sıxılmasını təmin edərək doğum sonrasındakı qanamaları azaldır. Bunun nəticəsində süd verən analarda dəmir çatışmazlığına bağlı anemiya daha az görülür.

2. İlk üç ay hamilə olma riskini azaldır
Uşağın qidalanmasının 80%-ni ana südü təşkil etdiyi hallarda süd verən analarda ilk üç ay ərzində hamilə qalmaq riski az olur.

3. Xərçəngin yaranması riskini azaldır

Ən az 5 ay körpələrinə süd verən anaların döş xərçənginə tutulmaq riskləri yüzdə iki miqdarında azalır. Bundan başqa, süd verən analarda uşaqlıq və yumurtalıq xərçənginə də az rast gəlindiyi sübut olunmuşdur.

4. Sümükləri gücləndirir
Süd verən zaman kalsiumun alınması artdığı üçün sümüklər güclənir. Bu da gələcəkdə sümük əriməsi problemi ilə qarşılaşmaq riskini azaldır.

5. Depressiya daha az görülür
Süd vermək analığı hiss etmək, anlamaq və analıq hissini inkişaf elətdirmək üçün mühüm vasitədir və ana ilə körpəsi arasındakı əlaqəni gücləndirir. Süd verən anaların qanında yüksək miqdarda oksitosin hormonu yaranır və sakitləşdirici təsiri sayəsində onlarda depressiya halları daha az müşahidə ediir.

6. Arıqlamağı asanlaşdırır
Süd vermək qadının günlük enerji sərfiyyatını təxminən 500-600 kalori artırdığına görə sağlam qidalanan ana süd vermə müddətində daha asan çəki itirir.

7. Diabetdən qoruyur
Süd verən analarda maddələr mübadiləsi dəyişərək qan şəkəri miqdarını tənzimləyir, bunun sayəsində də diabet xəstəliyinə tutulmaq riskinin azalmasına şərait yaradır. Həmçinin, süd vermək qadınlarda ürək problemi yaşamaq ehtimalını da azaldır.
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 2 920
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri