Övladlarınızı manyakdan...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 1 788
Səs ver:
(səs: 2)
Bizlər  çox ağır zəmanədə yaşayırıq. Təəsüf ki, dünyamızda heç nəyi müqəddəs saymayan qəddar canilərin sayı da çoxdur. Və əgər biz böyüklər bütün təhlükələrə hazırıqsa da, övladlarımızı qorumaq xeyli çətndir…
 
Kriminalistlər bildirirlər ki, uşaq oğurlayan canilərin tələləri çox sadədir. Onlar ətrafdakıların şübhələrini öz üzərlərinə çəkməmək üçün  uşaqla rabitə qurmağa çalışırlar. Bundan sonra yalanla  uşaqları öz istədikləri yerə apara bilirlər.
 
Adətən cani uşağa onun valideynlərini tanıdığını deyir. Məsələn, onlar hazırda mağazada  uşaq üçün oyuncaq seçirlər və onu da  yanlarına gətirməyi xahiş ediblər. Bundan sonra isə inanan uşağı öz dallarınca aparırlar.
 
Uşağı bu cür təhlükədən az da olsa qorumaq üçün bir ana ideal və effektiv yol fikirləşib. Tanımadığı şəxs onun 8 yaşlı qızına yaxınlaşaraq anasını tanıdığını və qızcığazı onun yanına aparmaq istədiyini  deyərsə, qız cavab verir: «Parolu deyin». Və əgər həmin adam gizli sözü bilmirsə, qız onun yanından qaçır.
 
Bu çox sadə üsuldur və caninin niyyətini üzə çıxarmağa xidmət edir. Parolu fikirləşmək və onu uşağa öyrətmək cəmi bir neçə dəqiqə çəkər. Ancaq bu, onun həyatını xilas edə bilər.
 
Bu səbəbdən bütün validenylərə bu üsulu öyrənməyi və yaxınlarına öyrətməyi tövsiyə edirik.
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 1 788
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri