Uşaqlara smes vurdurmaq təhlükəlidir

Müəllif: Antikvar
Şərhlər: 2
Baxılıb: 4 627
Səs ver:
(səs: 0)
Soyuq fəsillərdə uşaqlar daha tez soyuqdəymə xəstəliklərinə tutulur. Bu xəstəliklərin əsas və valideynləri daha çox narahat edən, qorxudan simptomu bədən hərarətinin yüksəlməsidir. Bu durumda adətən analar tez həyəcanlanır və nə etmək lazım olduğunu unudur. Bəs uşaqda temperatur yüksələrkən həyəcanlanmadan ilk nə kimi yardım etmək lazımdır?
 
Mövzu ilə bağlı pediatr Günay Rəsulova deyir ki, valideynlər körpənin həmişəki halından fərqli - halsız, kefsiz, iştahasız olduğunu hiss etdiyi an ilk növbədə onun hərarətini ölçməlidir. Uşağın əllərinin, ayaqlarının sərin olmasına aldanmaq olmaz: "Çünki yüksək temperaturlarda əl-ayaq kapilyarları spazm etdiyi üçün soyuq ola bilər. Əsasən uşağın büküşlərinə, qarnına, alnına baxın. Temperatur ilk 3 ay körpələrdə 37,3-ü keçərsə, sadəcə paltarlarını nazikləşdirin və dərhal həkimə aparın. İlk 3 ay körpələrdə temperaturu mümkün olduğu qədər evdə salmağa çalışmayın. 3 ayından sonra 37,5-ə qədər müdaxilə etməyin, sadəcə paltarlarını çıxarıb fiziki üsullarla bədənini silin. 38-i keçərsə, qızdırmasalıcı verin. Uşaq olan hər bir evdə qızdırmasalıcı - açılmamış sirop və şamlar, eləcə də elektron termometrin (civəli termometr qətiyyən istifadə etməyin) olması vacibdir. Ancaq dərmanın dozasını hər yaşa və kiloya uyğun həkim özü təyin etməlidir, doza düz teyin edilmədiyində temperatur düşməyə bilər”.
 
Həkimin sözlərinə görə, yüksək qızdırmalarda uşaqlarda febril qıcolma vəziyyəti yarana bilər. Bunun ilkin müalicəsi qızdırmasalıcı ilə aparılır. Yalnız uzun müddət davam edən qıcolmada qıcolma əleyhinə dərmanlar həkim tərəfindən verilə bilər: "Unutmayın, febril qıcolma keçirmiş uşağa qıcolma əleyhinə dərmanlar verilməməlidir. Febril qıcolmaların profilaktikası yalnız və yalnız temperaturu çox yüksəlməyə qoymamaqdır”.
 
G. Rəsulova valideynlərə xəbərdarlıq da edib. O vurğulayıb ki, körpələrə el arasında "smes” kimi tanınan litik qarışıq (analgin, dimedrol, novokain) vurmaq qətiyyən olmaz: "Analginin tək dozada sümük iliyində aplaziya verdiyi sübuta yetirilib. Bu, çox təhlükəlidir. Bundan başqa qızdırmasalıcı kimi aspirin istifadə etməyin. Uşaqlarda virus infeksiyaları zamanı aspirinin istifadəsi çox ağır reye sindromu deyilən patoloji vəziyyətə gətirib çıxarır”
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 4 627
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri