Uşaqların inkişafını ləngidən 8 əşya

Müəllif: ulduz
Şərhlər: 2
Baxılıb: 2 912
Səs ver:
(səs: 0)
Müasir valideynlərin uşaqların erkən inkişafı uğrunda yarışdığı bir dövrdə bilməyərəkdən onların inkişafına mənfi təsir edən vasitələrdən də fəal şəkildə istifadə etməkdədirlər.

Vib.az bildirir ki, ailə və uşaq psixoloqu Olqa Kramareviç maarifləndirmə niyyəti ilə valideyn həyatını müəyyən mənada asanlaşdıran, lakin ifrat istifadə zamanı uşaqların inkişafını ləngidən əşyaların qısa siyahısını hazırlayıb.

1. 1 yaşından sonra əmzik. Əmmə refleksi körpələrə və uşaqlara təhlükəsizlik və rahatlıq hissini təmin edir. 1 yaşından sonra istənilən narahatlıq zamanı əmziyə əl atan uşaqda gələcəkdə dırnaq yemək, qələm gəmirmək və sair bu kimi xoşagəlməz vərdişlər yarana bilər. Üstəlik daima əmzik vasitəsilə rahatlıq halında olan uşaq inkişaf etmək üçün motivasiyasını itirir. Daim ağızda olan əmzik, şübhəsiz ki, danışıq qabiliyyətinin inkişafına da mənfi təsiri göstərir.

2. Yaş yarımından sonra bez. Bədəninin funksiyalarını idarə etməyə başlamaq və onun müvafıq reaksiyasını stimullaşdırmaq üçün uşaqlar müəyyən narahatlıq halında olmalıdır. Bez daim uşağı quru saxladığından, onda yaş olaraq narahatlıq hissinin yaranmasına mane olur və uşağın tezliklə bezdən çıxıb normal tualet vərdişlərində ləngimələr müşahidə olunur. Lakin hər bir uşağın yetişmə məqamı olduğu kimi müəyyən istisnalar da mövcuddur ki, bu halda uşağı məcburən bezdən çıxarmaq üçün ciddi stress yaşatmağa ehtiyac yoxdur. Valideynlərin müəyyən qədər səbrli olmaları gərəkdir.

3. Əyilmiş uşaq qaşığı. Sıyığa, yuyucu vasitələrə və vaxta qənaət etmək etmək istəyən valideynlər sözsüz ki, əyilmiş qaşıqlardan istifadə edə bilərlər. Lakin bu cür qaşıqlar uşağın motorikasının və məsafə hissiyyatının inkişafını əngəlləyir.

4. "Xodunok". Yenicə ayaq açmış uşaq üçün faydalı hesab edilən bu vasitə əslində onun yıxılmaq imkanını aradan qaldırmaqla normal inkişafına mane olur. Yıxılmaqla uşaq diz və dirsəkləri ilə döşəməni duyaraq daha tez ətraf mühitinə uyğunlaşacaqdır.

5. Səsli-musiqili interaktiv oyuncaqlar. Müxtəlif sözlər deyən və suallara cavab verən elektron vasitələr əslində uşağın oyun süjetinə məhdudiyyət qoyaraq onun sözlərin mənasına varmadan mexaniki təkrar etməyinə səbəb olacaqdır.

6. 3 yaşından sonra 3 təkərli skuterlər. Əgər valideynlər uşağın tezliklə sərbəst skuter sürməyi öyrənməsini istəyirlərsə, o halda müəyyən müddətdən sonra təkərlərin sayını azaltmalıdırlar. Valideynlər unutmamalıdırlar ki, uşağın fiziki inkişafı onun intellektual inkişafı ilə bağlıdır!

7. İstənilən yaşda televizor. Televizorun ziyanı haqda kifayət qədər məlumatlı olmaqlarına baxmayaraq valideynlər ondan yayındırıcı və başaldadıcı vasitə kimi fəal şəkildə istifadə etməkdədirlər. Televizor bütün ziyanları ilə yanaşı uşaqların təhsil və təlimində problemlərin yaranmasına səbəb olur.

8. Məhdudiyyətsiz elektron oyunları. Əgər uşaq vaxt və şərt məhdudiyyəti qoyulmadan elektron oyunlarla oynayırsa, onda müəyyən asılılıqlar yarana bilər. Oyunlara aludə olan uşaqlarda müxtəlif növ psixoloji problemlər müşahidə edilə bilər
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 912
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri