Lohusa sindromu nədir? - Yeni ana olanların diqqətinə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 230
Səs ver:
(səs: 0)
Doğuşdan dərhal sonra anaları bürüyən "lohusa sindromu” müalicə edilməzsə, ana südünün kəsilməsindən intihara kimi fərqli və istənməyən nəticələr doğura bilər. 

Üzüntü, boşluq duyğusu, qayğı, çox əsəbilik, ağlama böhranları, körpəni yetərincə sevə bilməmək, uşağa baxa bilməmək qayğısı ilə özünü göstərən "lohusa sindromu” birinci hamiləliklərdə daha çox görülür. 
Bir çox qadının ana olduqdan sonra ruh halında dəyişiliklər meydana gəldiyi, bunun normal və gözlənilən bir hal olduğu deyilir. 
Bir azca üzüntü və qayğının 7-10 gündən sonra özlüyündə keçdiyini deyən həkimlər bəzi qadınlarda daha ağır olan və "doğuş sonrası depresiyya”, "psixoz” adlandırılan rahatsızlıqlar olduğunu və "lohusa sindromu”nun ilk 6 həftə ərzində gizli irəlilədiyini bildirib. 
Bir neçə aya qədər düzələ bilən bu hal müalicə edilməzsə, 1-2 ilə qədər davam edə bilər. 

Şiddətli üzüntü, boşluq duyğusu, yerində dura bilməmək, əsəbili , sıxıntı, darıxmaq, özlüyündən səbəbsiz ağlamalar, çox yorğunluq, enerji əskikliyi görülür. Ailə, dostlar və əyləncələrdən uzaq durmaq kimi bəzi əlamətlər də zamanla ortaya çıxır. 
Bəzi analarda körpəsini yetərincə sevə bilməməsi, bəsləyə bilməməsi və yuxusuyla bağlı şikayətləri olur. 
Körpəyə zərər vermə qorxuları, iştahasızlıq, kilo itkisi, yuxusuzluq, günahkarlıq duyğusu, istək və diqqət itkisi kimi əlamətlər yaşanır. 

Hansı qadınlarda daha sıx rastlanır? 
Keçmişdə depresiyya kimi ruhi problemləri olan, evliliklə bağlı problemlər yaşayan, ailələrində ruhi xəstəlik daşıyıcısı olanlarda risk daha böyükdür. 
Nikahdan kənar uşaq dünyaya gətirən, istənməyən hamiləlik, ana olmağa hələ hazır olmayanlar, doğuş qorxusu bu sindroma səbəb olur. Yeniyetmə yaşında ana olan, istənməyən hamiləlik keçirən, maddi vəziyyəti aşağı olan qadınlarda da bu sindrom çox rastlanır. 

Bu sindroma yoluxan qadınlara həyat yoldaşı və ailə dəstəyi lazımlıdır. Uşağa baxma kimi qaydaları hamiləlik zamanı öyrənmək lazımdır. 
Onları narahat edən hər cür fiziki və psixoloji şikayətləri beyinlərində böyütməməlidirlər. Qohum, dost, qonşularla ünsiyyətdə olanlar bu sindromundan qurtula bilər. 
Körpə yatarkən o da yataraq, ailəsinə tapşırıb çimərək, darıxdığında bayıra çıxıb havasını dəyişərək rahatlamağa çalışmalıdır.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 230
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri