Körpəm çox ağlağandır

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 273
Səs ver:
(səs: 0)
Analar çox vaxt körpələrinin daha çox ağlamasından şikayət edirlər. 
Əgər körpənizin ağlamasının səbəbini bilmirsinizsə, əvvəlcə körpəni nə vaxt qidalandırdığınızı düşünün. 3 saat əvvəl doyurmusunuzsa, yemək yedirməyə çalışın. Əgər ağlamağının səbəbi aclıq deyilsə, onda bezini yoxlayın, bez də təmizdirsə, onda körpənin yerini dəyişin, daha doğrusu, onu başqa otağa keçirin. Bu 

şəkildə onun ağlamasının səbəblərini müəyyən edə bilərsiniz. 
Körpəni sakitləşdirmək üçün nə etməlisiniz? 

* Körpə ağlayırsa, ona əmzik, ya da diş qaşıyıcısı verin. 
* Onu hərəkət etdirin, masaj edin, qarnını ovxalayın. 
* Körpəni qarnıüstə yatıraraq kürəyini sığallayın, əgər qaz sancısı varsa, bu masaj ona rahatlıq gətirəcək. 
* Körpənizə yaxın olun. Körpələr bəzi məqamlarda bu yaxınlığa ehtiyac duyur. 
* Ağlayarkən onu qucağınıza alaraq qaranlıq bir otağa keçin və layla çalaraq sakitləşdirin. 
* Əgər bütün bu deyilənlər işinizə kömək etmirsə, onda körpəniz səs-küydən, qələbəlikdən və ya işıqdan narahat ola bilər.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 273
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri