Uşaqlar
valideynlərinin daha çox vaxtlarını onlarla keçirmələrini çox sevirlər.
Müəyyən dövrdən sonra isə ananın işləməsinin uşaqlar tərəfindən o qədər
də xoş qarşılanmadığınının şahidi olursunuz. Həm iş karyerasını uğurla
həyata keçirmək, həm də ana olaraq övladının inkişafı, təlim-tərbiyəsi
ilə məşğul olmaq o qədər də asan deyil. Hər iki işi uğurla həyata
keçirmək üçün necə davranmalı olduğunuzu bilirsinizmi?
0-3
yaş arası dövrdə uşağın anaya daha çox ehtiyacı olur. Bu dövrdə ananın
övladı ilə daha çox vaxt keçirməsinin, onların fiziki və psixoloji
ehtiyaclarının qarşılanmasının önəmli olduğunu və bu yaş dövründə
emosional sferanın inkişafı baxımından övladın ana tərəfindən daha çox
diqqətdə saxlanmalı olduğunu nəzərə alaraq bu yaş dövrü üçün ananın
övladına daha çox vaxt ayırması məqsədəuyğun hesab olunur.
Ananın
işləməsi və ya işləməməsi deyil, uşağa ayrılan zamanın keyfiyyətli
olması daha önəmlidir. Bu ananın övladına qarşı münasibətindən,
qayğısından asılı olan bir məqamdır.
Əgər
ana çalışırsa və vaxtının müəyyən bir hissəsini işdə, qalan qismini isə
ailədə keçirirsə bu zaman uşaqlarda hansı davranışları müşahidə etmək
olar? Sizin iş həyatınızın övladınızın davranış və rəftarına, sizinlə
münasibətlərinə mənfi təsir etməməsi üçün necə yanaşmalısınız?
Əgər siz çalışan anasınızsa övladınız müəyyən davranışları ilə sizin diqqətinizi çəkməyə çalışacaq. Müşahidə olunan davranışlar:
Aqressivlik
Sevmədiyiniz bir işi irad tutmanıza baxmayaraq yenidən etməsi
Siz işə gedərkən ağlaması
Siz evə gələrkən ağlaması
Yemək yemə zamanı kaprizləri
Qısqanclığı və s.
Övladınızın
bu kimi davranışlardan uzaq olmasını istəyirsinizsə bu zaman
övladınızla münasibətlərinizdə nəzərə almalı olduğunuz məqamları
unutmamalısınız.
İşləmənizlə bağlı səbəbi övladınızın yaş və fərdi xüsusiyyətlərini nəzərə alaraq ona izah edin.
İşdə olduğunuz zaman da onunla maraqlandığınızı, yediyi, oynadıqları ilə bağlı məlumat aldığınızı övladınıza hiss etdirin.
İşiniz bitdikdən sonra evə gələcəyinizi, onunla birlikdə xoş vaxt keçirəcəyinizi, oyunlar oynayacağınızı ona bildirin.
İşdən sonra övaldınızla keçirdiyinizin zamanın keyfiyyətliliyinə önəm verin.
Suallar
verin. Siz işdə olarkən nə işlərlə məşğul olduğu, nə yeniliklər
öyrəndiyi, hansı oyunlar oynadığını və s. ilə bağlı məlumatları ondan
soruşmanız övladınıza xoş təsir bağışlayar.
Diqqətinizin
onda olduğunu hiss etdirin. Danışdıqlarına qulaq asırmış kimi göstərib
diqqətinizin başqa nədəsə olması övladınız üçün xoş olmaz.
Bir qədər yorğunluğunuz çıxdıqdan sonra birlikdə oyunlar oynayın.
Yuxu zamanında nağıl danışın.
Həftəsonlarını gəzintilər təşkil edərək zamanınızı onunla birlikdə keçirin.