Kariesin yaranma səbəbi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 1 634
Səs ver:
(səs: 1)
Karies - dünyada ən çox yayılan xəstəliklərdən sayılır. 

Əhalinin 99% -i bu xəstəlik haqda məlumatlıdır. Bu günə qədər alimlər kariesin yaranma mexanizminin 400 -ə yaxın teoriyasını araşdırmışlar. 

Müasir iddialara görə kariesin yaranma səbəbi ağız boşluğunda yaşayan mikroorqanizmlərdir. Bu mikroblar (məs. streptokoklar) diş emalını korlayan turşu istehsal edirlər. 

Bakteriyaların isə əsas qida mənbəyi - qlyukoza sayılır. Belə ki , bizə çox şirni yeməyi qadağan edən, ana və nənələrimizin rəyləri düzgün idi. Həmçinin, şirni yeməklə gözəl və sağlam dişlər üçün lazımlı olan kalsiy və ftor elementlərini almırıq.Bilin ki, ftor tərkibli məhsul yemək və dişləri ftor tərkibli pasta ilə təmizləmək, kariesin yaranma təhlükəsinin 2 dəfə azaldır. 

Kalsiy və ftorla zəngin olan məhsullar: 

Ftor - balıq, çay, yumurtanın sarısı, qaraciyər. Kalsiy - süd məhsulları, balıq, kələm, kök və s. 

Stomatoloqlar tövsiyə edir ki, gündəlik qida rasionunuza bərk məhsulları əlavə edəsiniz. Buna misal olan təbii meyvə və tərəvəzlər, həm orqanizmi vitaminlə təmi edir, həm də dişləri təmizləyir 

Kariesin pis cəhətlərindən ən başlıcası da odur ki, onu ilk mərhələlərdə müəyyən etmək olmur. Zədələnmiş diş, sağlam görsənir, nə ağrayır, nə də soyuq və ya istiyə reaksiya verir. 

Zamanla dişin emalı solur, parıltını itiri, yumuşaqlaşır, çətinliklə görünən ağ ləkə əmələ gəlir. Məhz bu - karioz ləkə adlanır. Əgər bu ləkəni vaxtında görüb, müalicə etməyə qərar versəniz, bu çox asanlıqla aradan qaldırıla bilər (müalicəvi laklardan istifadə ilə). 

Kariesi ilk mərhələlərdə yalnız stomatoloq müəyyən edə bildiyindən, diş həkiminə mütəmadi olaraq getmək lazım olduğunu unutmayın...
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 1 634
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri