Xoşbәxt uşaq böyütmәk istәyirsinizsә... - 10 qızıl qayda

Müəllif: arzum-aysum
Şərhlər: 3
Baxılıb: 2 385
Səs ver:
(səs: 2)
Bütün valideynlәr övladlarının xoşbәxt olmasını istәyir vә bunun üçün çalışırlar. Lakin çox zaman uşaqlarını xoşbәxt etmәk üsulunu düzgün tәtbiq edә bilmirlәr. Türkiyәli pxisoloquzman Qamze Eser uşağı xoşbәxt böyütmәyin qaydaları haqqında maraqlı araşdırma aparıb. Türkiyәli mütәxәssisin 10 qızıl qaydasını sizә tәqdim edirik.

Tutarlı olun
Tutarlılıq hәr kәsin özü üçün istәdiyi, amma çox vaxt qarşısındakına tәtbiq etmәdiyi bir anlayışdır. Uşaqların böyüdülmәsi vә tәrbiyә edilmәsindә әhәmiyyәtli davranış formalarından biri dә budur. Düzgün rol modeli ola bilmәk üçün sözlәrimizlә davranışlarımız bir­biri ilә üst­üstә düşmәlidir. Hәr zaman paylaşmanın vacib olduğu haqqında danışan bir atanın, tәcili olaraq ehtiyacı olan dostuna avtomobilini vermәmәsi tutarsızlığın әn sadә nümunәsidir.
 
Sevginizin düzgün nümayişi
Şübhәsiz hәr ana­ata uşağını çox sevir. Әhәmiyyәtli olan bunu doğru şәkildә göstәrmәk vә sevginin şәrtsiz olduğunu öyrәtmәkdir. Şәrtlәr vә istәklәr üzәrindә qurulmuş sevgi әlaqәlәri, hәm qarşılıqlı güvәni şübhә altına alır, hәm dә dәyәrsizlik hissi yaşadır. Hәr bir insan şәrtsiz sevildiyi zaman xoşbәxtdir vә şәrtsiz sevmәyi öyrәndiyi zaman hüzurludur.
 
Rәqabәti deyil, әmәkdaşlığı öyrәdin
Hәr kәs rәqabәt mühitindә yaşaya bilmәk iqtidarında deyil. Sözsüz ki, bu hәr kәsә eyni tәsir göstәrmir. Lakin bu, әmәkdaşlıq duyğusu, inteqrasiya, tәlimçi vә içindә hörmәt saxlayan bir duyğudur. Komanda idman növlәri, qrup işlәri, birlikdә oyun oynamaq, mәktәb layihәlәri kimi fәaliyyәtlәrdә birlәşdirici vә tamamlayıcı yanaşmada olmağa üstünlük verin.
 
Edә bilәcәyi işlәri әlindәn almayın
Uşaqlar hansı yaşda olursa­olsun işә yaradığını hiss etmәk istәyir vә bu duyğu onların var olma motivlәrini güclәndirir. Nәrdivanla çıxmaq, masa hazırlamaq, qapını açmaq vә bunun kimi hәr yaşa uyğun bәzi fiziki hәrәkәtlәri reallaşdırmasına icazә vermәk uşağınızın özünә inamını möhkәmlәndirir vә bacara bilmәk duyğusunu yaşamağını tәmin edәr. Bu duyğunu uşağınızın әlindәn almayın.
  
Hörmәt öyrәdin
İnsanın sahib olması lazım olan әsas duyğulardan biri dә özünә vә başqalarına hörmәt etmәsidir. Uşaqlarımıza bunu yalnız davranışlarımızla göstәrә bilәrik. Çünki onlar bizim aynamızdır. Onlar nә danışdığımıza deyil, necә davrandığımıza baxarlar vә özlәrini bu formada istiqamәtlәndirәrlәr. Dostlarımıza, hәyat yoldaşlarımıza göstәrdiyimiz hörmәt onlar üçün bir göstәricidir.
 
Mükәmmәl heç nә yoxdur
Hәr şeyin әla olmasını istәmәk uşağa zәrәr verir. Heç kim mükәmmәl deyil. Heç siz dә deyilsiniz. Özünüzdә çatışmayanları vә özünüzün etmәdiklәrinizi uşaqların etmәsini istәmәk vә onları buna mәcbur etmәk onları xoşbәxt böyütmәyә imkan vermәyәcәk.
 
Keçmişlә yaşamaq vә yaşatmaq
Davamlı olaraq keçmişdәn bәhs etmәk, yaşanan mәnfi halları durmadan xatırlamaq, etdiyiniz sәhvlәri bağışlamamaq uşaqlarınızın sizdәn uzaqlaşmasına vә onları anlayacaq başqa birilәrini axtarmağa vadar edә bilәr. Bunun yerinә bağışlayın, dinlәyin vә keçmişdә yaşamağa çalışmayın.
 
Ona önәmli olduğunu hiss etdirin
Hamımız sevdiyimiz insanlar tәrәfindәn qiymәtli olduğumuzu hiss etmәk vә bilmәk istәyәrik. Uşaqlara qiymәtli olduqlarını maddi formada göstәrmәyә çalışmayın. Bu halda onlar dәyәrli olduqlarını sәhv formada anlayacaqlar. Eyni zamanda siz onların xoşbәxtliyin tәmәlinin pula bağlı olduğunu göstәrmiş olacaqsınız. Uşaqların özlәrini әhәmiyyәtli hiss etmәlәri üçün sizin gözәl  olduğunu göstәrmiş olacaqsınız. Uşaqların özlәrini әhәmiyyәtli hiss etmәlәri üçün sizin gözәl sözlәriniz vә davranışlarınıza ehtiyacı var.
 
Müqayisә etmәyin 
Müqayisә edilmәyi sevәn insan yoxdur. Xoşunuza gәlmәyәn, tәhqiredici vә özünә inam hissini aşılayan bu davranışı uşaqlarınıza tәtbiq etmәyin. Hәr kәs dünyaya fәrqli barmaq iziylә gәlib. Demәk, heç kimin mәktәbdә aldığı tәhsili, ictimai vә fiziki bacarıqlarını bir başqası vә ya başqaları ilә müqayisә etmәk olmaz. Hәr kәs xüsusidir. Hamımızın bacarıqları fәrqlidir. Daim yaşıdları ilә müqayisә edilmәk uşaqları bәdbәxt edir.
 
Sual vermәk bacarığı
Uşaqlarınızın istәklәri, davranışları, fikirlәri ilә maraqlanın. Bunun üçün suallar verin vә cavablar gözlәyin. Әsla mühakimә etmәyin, "mәn elә istәyirәm, elә olacaq!” demәyin. Uşağınıza "bәli” vә ya "xeyr” cavabını verәrkәn mütlәq sәbәbini dә izah edin. Bu halda o da sual vermәyi vә hәr deyilәnin doğru olmadığını öyrәnәcәk.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 2 385
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri