İşləyәn ana vә övlad münasibәtlәri ­9 әn vacib məsləhət

Müəllif: arzum-aysum
Şərhlər: 1
Baxılıb: 1 960
Səs ver:
(səs: 1)
Uşaqlar valideynlәrinin daha çox vaxtlarını onlarla keçirmәlәrini çox sevirlәr. Müәyyәn dövrdәn sonra isә ananın işlәmәsinin uşaqlar tәrәfindәn o qәdәr dә xoş qarşılanmadığınının şahidi olursunuz. Hәm iş karyerasını uğurla hәyata keçirmәk, hәm dә ana olaraq övladının inkişafı, tәlim­tәrbiyәsi ilә mәşğul olmaq o qәdәr dә asan deyil. Hәr iki işi uğurla hәyata keçirmәk üçün necә davranmalı olduğunuzu bilirsinizmi?  0-­3 yaş arası dövrdә uşağın anaya daha çox ehtiyacı olur. Bu dövrdә ananın övladı ilә daha çox vaxt keçirmәsinin, onların fiziki vә psixoloji ehtiyaclarının qarşılanmasının önәmli olduğunu vә bu yaş dövründә emosional sferanın inkişafı baxımından övladın ana tәrәfindәn daha çox diqqәtdә saxlanmalı olduğunu nәzәrә alaraq bu yaş dövrü üçün ananın övladına daha çox vaxt ayırması mәqsәdәuyğun hesab olunur.
 
Ananın işlәmәsi vә ya işlәmәmәsi deyil, uşağa ayrılan zamanın keyfiyyәtli olması daha önәmlidir. Bu ananın övladına qarşı münasibәtindәn, qayğısından asılı olan bir mәqamdır.
Әgәr ana çalışırsa vә vaxtının müәyyәn bir hissәsini işdә, qalan qismini isә ailәdә keçirirsә bu zaman uşaqlarda hansı davranışları müşahidә etmәk olar? Sizin iş hәyatınızın övladınızın davranış vә rәftarına, sizinlә münasibәtlәrinә mәnfi tәsir etmәmәsi üçün necә yanaşmalısınız?

Әgәr siz çalışan anasınızsa övladınız müәyyәn davranışları ilә sizin diqqәtinizi çәkmәyә çalışacaq. Müşahidә olunan davranışlar:
-Aqressivlik ­
-Sevmәdiyiniz bir işi irad tutmanıza baxmayaraq yenidәn etmәsi ­
-Siz işә gedәrkәn ağlaması
-­ Siz evә gәlәrkәn ağlaması ­
-Yemәk yemә zamanı kaprizlәri ­
-Qısqanclığı vә s.
 
Övladınızın bu kimi davranışlardan uzaq olmasını istәyirsinizsә bu zaman övladınızla münasibәtlәrinizdә nәzәrә almalı olduğunuz mәqamları unutmamalısınız.
-İşlәmәnizlә bağlı sәbәbi övladınızın yaş vә fәrdi xüsusiyyәtlәrini nәzәrә alaraq ona izah edin. ­ İşdә olduğunuz zaman da onunla maraqlandığınızı, yediyi, oynadıqları ilә bağlı mәlumat aldığınızı övladınıza hiss etdirin. ­
-İşiniz bitdikdәn sonra evә gәlәcәyinizi, onunla birlikdә xoş vaxt keçirәcәyinizi, oyunlar oynayacağınızı ona bildirin.
-­ İşdәn sonra övaldınızla keçirdiyinizin zamanın keyfiyyәtliliyinә önәm verin. ­
-Suallar verin. Siz işdә olarkәn nә işlәrlә mәşğul olduğu, nә yeniliklәr öyrәndiyi, hansı oyunlar oynadığını vә s. ilә bağlı mәlumatları ondan soruşmanız övladınıza xoş tәsir bağışlayar. ­
-Diqqәtinizin onda olduğunu hiss etdirin. Danışdıqlarına qulaq asırmış kimi göstәrib diqqәtinizin başqa nәdәsә olması övladınız üçün xoş olmaz. ­
-Bir qәdәr yorğunluğunuz çıxdıqdan sonra birlikdә oyunlar oynayın. ­
-Yuxu zamanında nağıl danışın. ­
-Hәftәsonlarını gәzintilәr tәşkil edәrәk zamanınızı onunla birlikdә keçirin. 
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 1 960
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri