Uşağın gecə yuxusunu nizama salan 15 məsləhət

Müəllif: ___Jasmin___
Şərhlər: 6
Baxılıb: 1687
Paylaş:
Səs ver:
(səs: 2)
Körpələr əslində yuxu nizamına tez alışırlar. Körpəniz böyüdükcə xarici dünyanı tanımağa başlayacaq və gecə yuxuları uzanacaq, gündüz yuxuları azalacaq. Təxminən ikinci həftəsindən etibarən körpəyə gecə-gündüz fərqini ayırd etməsini öyrədə bilərsiniz. Bu mövzuda valideynlərin sakit və səbrli olması lazımdır. Körpənizin öz yuxu nizamını təyin etməsi üçün ona fürsət verməli və zaman ayırmalısınız. Beləliklə, onun yuxu dövrülüyünün getdikcə müəyyən bir nizama daxil olduğunu görəcəksiniz.

Saytımız uşaqların yuxu nizamı ilə bağlı valideynlərə 15 məsləhət verir.

1. Gündüz tez-tez qucağınıza alaraq, xarici dünyanın fərqliliklərini görməsi və bunları qəbul etməsini təmin edin.

2. Gün ərzində mümkün qədər oyaq qalmasına çalışın.

3. Yatmazdan əvvəl mütləq yemək yedizdirin.

4. Yatmazdan əvvəl mütləq ilıq su vannası qəbul etdirin.

5. Körpə yatan zaman ev daxilində ani dəyişikliklər etməyin. Qəfil yüksək səslə televizoru açmayın və ya ani hərəkət və davranışlar etməyin.

6. Dərin yuxuya getməsini izləyin. Bunu ağız və burun hərəkətlərindən anlayacaqsınız.

7. Gecə yatan zaman imkan daxilində sakit ab-havanı qorumağa çalışın.

8. Yuxusu gəldiyi zaman etdiyi bədən hərəkətlərini izləyin və anlamağa çalışın.

9. Gecə yatanda otağına aparın, işığı söndürün, lakin qapını bir az açıq qoyun.

10. Gecə paltarı geyindirin, lay-lay deyin və ya asta səsli musiqi dinlətdirin. Körpənin yuxuya getməsini bir mərasim formasına salsanız, onu yatmağa hazırlamış olacaqsınız, daha tez və dərin yuxaya getməsinə şərait yaradacaqsınız.

11. Körpənizi istəmədiyi bir şeyə məcbur etməyiniz və ya sərt hərəkətlər etməyiniz onu narahat edə bilər. Ona görə də yaşana biləcək anlaşılmazlıqları mütləq yuxudan əvvəl həll edin.

12. Ağlayaraq oyandıqda yumşaq bir formada danışaraq, sakitləşdirərək təkrar yatmasını təmin edin.

13. Evdəki ritualları çox tez-tez pozmamağa çalışın.

14. Körpələr yuxu nizamına çox tez alışırlar. Ona görə də rahat olun, onu heç nəyə məcbur etməyin.

15. Müşahidələrinizə əsasən yuxu saatlarını təyin edin. Bir təqvim yaradın. Lakin bu saatlar sizin istədiyiniz saatlar deyil, uşağın təbii bədən ritminin təyin etdiyi saatlar olmalıdır.

loading...
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 1687
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Tomris Müslümova
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
2 may 2016 15:14
6
Mənim olan bu heart səni çox sevir!!!
Offline
ayka95
menim oglum geceler narahat yatir özü heç vaxt yatmaz gerey menim yatizdiram
2 may 2016 14:11
5
Online
vipbetul
annelecin lazimli melumatdir
2 may 2016 13:55
4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Fiorella
Menim sirinlerim ikiside yuxusuki geldi gerek yatzdrm yoxsa kansert vererler,oncun isimi bilirem burda deylenlerin demey olar hamsn edirem ve sukur rahat yatrlar
2 may 2016 11:43
3
Offline
BARBI
Analar ucun faydali melumatdir. Usagin yuxu duzeni cox onemlidir. Mutleq nizama salinmalidir
2 may 2016 11:07
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Son Bahar
Cox sagolun ....ele mene lazimiydi bu melumat oglum geceler yatmir
2 may 2016 11:04
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri