Uşaqla ananın yatağı nə vaxt ayrılmalıdır?

Müəllif: NoName
Şərhlər: 10
Baxılıb: 874
Paylaş:
Səs ver:
(səs: 1)
Yataqları ayırmaq üçün müəyyən yaş həddi varmı? Uşaqla bərabər yatmaq nə qədər düzgündür?
“Uşağımla yatağımı nə vaxt ayırmalıyam?” sualı ailələrin çox tez-tez verdiyi suallardan biridir.
Bu məsələ ilə bağlı mütəxəssislər iki fərqli mövqe nümayiş edirlər. Bir qrup mütəxəssis 40 günlüy,ə ya da 1 yaşına qədər eyni yataqda yatmağı dəstəkləyir, digərləri isə uşaq valideyni anlayana qədər eyni yataqda yatmağı üstün tutur.

Uşaqla birgə yatmaq cütlüklər arasında problem yarada bilər
Uzun müddət ana və ata ilə yatan uşaqlarda özgüvən formalaşmır və valideynə asılılıq meydana gəlir. Belə olanda isə uşaq gələcəkdə təkbaşına nəsə etməkdə, ayaqda durmaqda çətinlik çəkirlər. Şəxsi inkişafı tamamlanmır. Bundan başqa uzun müddət uşaqla birgə yatmaq cinsiyyət azğınlaşmasına yol açır. Birlikdə yatmaq təkcə uşağa deyil, cütlüklərə də təsir edir. Yatağın kiçik olması, ya da uşağa zərər verə bilər deyə kişinin divanda yatması zamanla soyuqluq yaradıb boşanmaya gətirib çıxara bilər. Bundan başqa siqaret çəkən, spirtli içki içən, narkotik istifadə edən böyüklərin uşaqla birgə yatması düzgün deyil.

Yataq və otağı mərhələli olaraq ayırmaq lazımdır
Yataqları ayırmaqla otaqları ayırmaq iki fərqli şeydir. Yatağı ayıran kimi uşağı dərhal başqa bir otağa yerləşdirmək həm uşaq, həm də valideyn üçün çətin ola bilər. Üstəlik, əgər ana uşağına süd verirsə, otaqları ayırmaq işi daha da çətinləşdirə bilər.

Bir yandan isə körpənin ana ilə yaxın təmasının faydalı olduğu deyilir. Yaxın təmas uşağın özgüvənini formalaşdırmaqla yanaşı həm də inkişafını sürətləndirir. Anası ilə yaxın təmasda olan uşaq müəyyən bir harmoniya içində olur. Bu harmoniya yuxusunu və nəfəsini ritmik olaraq nizamlayır. Anasının nəfəsini duyan körpə daha tez yuxuya gedir.

İngiltərədə aparılan bir araşdırma ana ilə yatmağın uşağın beyin inkişafı baxımından, stresslə baş etməkdə müsbət təsiri olduğunu ortaya çıxarıb.

Hər iki tərəf özünü hazır hiss etdiyində uşağınıza artıq hər kəsin öz otağının olmalı olduğunu, bunun daha düzgün və sağlam olduğunu onun başa düşəcəyi dildə anladıb, mənimsəməsinə nail olmaq daha doğru olar. Buna görə uşaq söylənənləri anlayacaq yaşda olmalıdır. Bu işi mərhələli halda edin.

Uşağın otağına sevdiyi əşyaları alın
Otaqları ayırdıqdan sonra qapıları açıq saxlayın ki, uşaq hər sizi istəyəndə yanında olasız.
Uşağın otağına xoşuna gələn yataq örtükləri, əşyaları, gecə lampaları alın.

Yatmadan əvvəl uşağınızla daha çox vaxt keçirin.

Yoxluğunuza uyğunlaşmaqda çətinlik çəkirsə, sizə aid bir şeylərlə yatsın.

Yatmadan əvvəl onunla daha çox vaxt keçirməniz daha rahat yatmasına kömək edəcək. Bu vaxt onun xoşuna gələn hekayələr danışın. Sizsiz yatmağa alışması bir az vaxt alacaq. Buna görə səhərlər yataqdan qalxmadan bir az yenə sizin yatağınızda vaxt keçirməsi onu razı salacaq.

Gecə uşağınız oyanıb “kabus görmüşəm”, - deyə yanınıza gəlirsə, rədd etməyin. Bu, onda psixoloji yara aça bilər. Əvvəlcə dinləyib onunla danışın. Otağına aparıb yatana kimi onun yanında olacağınız, ancaq yatandan sonra öz otağınıza gedəcəyinizi deyərək, sakitləşdirə bilərsiz.

loading...
(səs: 1)
Şərhlər: 10
Baxılıb: 874
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Tomris Müslümova
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
26 iyul 2016 11:23
10

Sən sadəcə mənimsən...!
Offline
evli.mutlu.cocuklu
Uşağım yoxdu inşallah olanda mən də ayrı yatmağı öyrədəcəm

Uşağım yoxdu inşallah olanda mən də ayrı yatmağı öyrədəcəm
26 iyul 2016 09:56
9
Offline
Onun_Mələyi
Usaq doqulduqu gunden tek yatmalidir.valideynin yataqnada oryetmek duzgun deyil, birdefe ikidefe yatsa orgewecek ve daima valideynlernin yataqinda yatmaq ucun aqliyacaq....Eyni otaqda ama bawqa bawqa carpayida yatsa yaxwidir ki usaq aqlasa sesini eside bilsinler...sora biraz boyudukde otaqlari ayirmaq olar..'''''''''
26 iyul 2016 00:44
8
Qadınlar polislər kimidir;Əllərində bütün dəlillər vardır amma yenə də etiraf etmənizi istəyərlərutandim
Offline
vipbetul
annelercin maraqli xeber olar
26 iyul 2016 00:18
7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
ilk nur
Qizim anadan olani ele tek yatib
26 iyul 2016 00:01
6
Offline
Kölge
Valideynin yataginda gigiyena cehetden uşagi yatirmaq olmaz!!!!!!!
25 iyul 2016 23:34
5
Her şeye gore şukur
Offline
Barbaris
Sitat: HAPPY_EYES
Sitat: Barbaris
oglum oldugumu gunen tek kravatinda yatir... retki halda yanima qoyuram qucaqliyib yatim die quc

allah mehriban etsin sizi amin


sposiba can.. Amin
25 iyul 2016 23:14
4
Xarakterimi ya da xasiyyətimi bəyənməyən insanları mecbur yanımda saxlamıram
Bir sözlə "Yol açıqdır"
Offline
HAPPY_EYES
Sitat: Barbaris
oglum oldugumu gunen tek kravatinda yatir... retki halda yanima qoyuram qucaqliyib yatim die quc

allah mehriban etsin sizi amin
25 iyul 2016 23:08
3
EVERYTHING WILL BE OKEY, IF YOU ARE BE PATIENT!!!!!
Offline
Barbaris
oglum oldugumu gunen tek kravatinda yatir... retki halda yanima qoyuram qucaqliyib yatim die quc
25 iyul 2016 23:07
2
Xarakterimi ya da xasiyyətimi bəyənməyən insanları mecbur yanımda saxlamıram
Bir sözlə "Yol açıqdır"
Online
BARBI
Usaga tek yatmagi oyretmek lazimdir. Valideynle yatmaq pis verdisdir.
25 iyul 2016 23:04
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv