Uşağınızın dodağından öpməyin

Müəllif: Pure Love
Şərhlər: 5
Baxılıb: 2 113
Səs ver:
(səs: 0)
Bəzi ailələr uşaqlarını dodaqlarından öpmənin sevgi və şəfqət göstəricisi olduğunu düşünərkən, bəziləri isə bu öpüşlərin qəribə və itələyici olduqlarını düşünür, belə davranan anaları tənqid edirlər. Yaxşı, elm adamları bu mövzuda nə söyləyir?

Kiçik öpüşlər, birinə qarşı olan sevgi və mərhəmətin ən gözəl ifadəsidir. Alına, yanaqlara ya da qollara qondurulan öpüşlərin uşaq üçün tamamilə qəbul edilə bilən olmalarına baxmayaraq, valideynlərin bir çoxu, uşaqlarını əsla dodaqlarından öpmürlər və bu vərdişi, qəribə və itələyici olaraq görürlər.

Aktrisa Jessica Alba, bir reportajında uşaqları dodaqlarından öpməyin niyə çaşdırıcı olduğunu anlamadığını, evcil heyvanların sahiblərinin üzlərini yalamalarının çox qəbul edilə bilər olduğunu söylədi. Bu reportajdan sonra, bir çox ana, Albanın fikirlərini sərt bir şəkildə tənqid etdi.

Elmi görüş gigiyenaya diqqət çəkir

Ana ilə uşaq arasındakı öpüşlərin üzərinə elmin də söyləyəcəyi şeylər var. Amerikan Periodontoloji Akademiyası, anaları, körpələrini dodaqlarından öpməmələri mövzusunda xəbərdar edir, çünki yeni doğan körpələrin ağızlarında, diş çürümələrinə ya da periodontal xəstəliklərə səbəb olan bakteriyalar yoxdur və bu bakteriyalar, dodaqlara qondurulan sadə bir öpüşlə transfer edilə bilərlər. Və bakteriyalar uşağın ağızına girdiklərində, yemək və içkilərdən alınan şəkəri diş çürüdən turşulara çevirməyə başlarlar.

Alimlər ailədə tək bir adam belə periodontal bir xəstəliyə sahib olduğunda, bütün ailə fərdlərinin bundan təsirlənə biləcəyini ifadə edir, çünki öpüşmək, yemə içmə əşyalarını paylaşmaq, öskürmək, asqırmaq vs tüpürcəyin bulaşmasına səbəb olur.

Bir-birlərini dodaqlarından öpən yetkinlər mikrob daşısalar da uşaqlar, immunitet sistemləri tam olaraq inkişaf etmədiyindən daha həssaslar.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 113
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri