Uşaq necə yatırdılır? - analara məsləhət

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 2 616
Səs ver:
(səs: 0)
Pışpışlamaq…
Çox istifadə edilən lakin bəzən tam doğru tətbiq olunmayan bir taktikadır. Rəhmdə eşidilən səsləri təqlid edərək ağzınızla çıxardığınız səslər körpənizi sakitləşdirərək yatmasını təmin edə bilər. Bu işə yaramazsa körpənizi sinənizə yaxın tutub yüngülcə yelləyərək, ürək döyüntüsünü eşitməsini təmin edərək 10 dəqiqə içində yatmasını təmin edər.

Bələmə…
Bələmək hər körpə üçün uyğun olmaya bilər. Lakin çoxunda işə yarayar. Körpənin öz qollarının hərəkətlərindən ötəri oyanmasına mane olar. Körpəniz və siz dərin və istirahət etdirici bir yuxu çəkə bilərsiniz.

Qarın masajı…
Bəzən körpələrin yaxşıyatmasının səbəbi həzm/qaz problemi ola bilər. Dairəvi hərəkətlərlə ediləcək masaj, pışpışlama yoldaşlığında körpənizin tez yuxuya gedib dərin və gözəl yatmasını təmin edər.

Qaranlıq…

Gündüz yuxularında da körpənizə qaranlıq bir mühit təmin etməniz işinizi asanlaşdıracaq. Tünd rəng və qaranlıq pərdələr yoxlaya bilərsiniz.

Gündəlik Təkrarlanan - Oyanma, Yemək, Oyun, Sakitləşmə, Yuxu!

Körpələr gündəlik həyat axışlarının bir təkrarlanana uyğun gəlməsini tələb edərlər. Bunu təmin edib yemək, oyun və yuxu saatlarını nizamlı bir proqramla tətbiq etməyiniz lazımdır. Oyun saatından sonra məsələn kitab oxuyaraq və ya bir film izləyərək sakitləşmə seansından sonra körpəniz rahatca yuxuya gedib gözəlcə yatacaq.

Yatması Üçün Qarınını Doyurun…

Bir körpə axşam qarını doyduğunda daim yatmaq istər. Körpəniz çox kiçiksə və çox yemək vermirsinizsə, təkrarlanan proqramınızı bəslənməklə bitəcək şəkildə nizamlamalısınız. Körpənizin yatmadan əvvəl qarını tox olduğundan əminsinizsə dinc bir gecə keçirə bilərsiniz.

Duş Vaxtı…
Yuyunmaq körpəniz və sizin üçün stirahət etməyin ən gözəl yollarından biridir. Axşam duşu ardından yemək və yatmaq şahanə bir təkrarlanandır. Hər gün sabunlamaq dərini qurudacağından həftədə iki dəfə sabunla yumaq idealdır.

Beşik…
Körpənizin özünə aid bir yatağı olması əhəmiyyətlidir. Sizinlə eyni otaqda yatsa belə özünə aid xüsusi bir yatağı olmalıdır. Çox qaldığınız eviniz xaricində bir məkan var isə orada da bənzər bir nizam qurmanız işinizi asanlaşdırıb körpənizin rahatlamasını təmin edəcək.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 616
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri