Yemək istəməyən uşaqla necə davranaq?

Müəllif: arzum-aysum
Şərhlər: 3
Baxılıb: 370
Paylaş:
Səs ver:
(səs: 0)
Əksər valideynlərin ən çox narahat olduğu vaxtlardan biri uşaqlarının yemək yeməkdən imtina etdiyi vaxtlardır. Bəs mütəxəssislər bu cür hallarda nə etməyimizi tövsiyə edir?

Psixoloqlar uşaqlarda bu kimi vərdişlərin formalaşmasında ata və anaların fəal rol oynadığını qeyd edirlər. "Uşağının dalınca, əlində boşqab ilə düşən və qaşığın ucundakı yeməyi uşağın ağzına yeritməyə çalışan anaları məgər heç görməmisiniz? Bunu da anan üçün ye, bu tikəni də ata üçün. Ana və atalar bununla da kifayətlənmirlər. "Yeməsən səndən küsərəm və ya cizgi filminə qoymaram" kimi şantajlara da əl atırlar. Bu cür təzyiqlər uşağın gələcək həyatında ana və atanı incitməmək üçün istəmədiyi, inanmadığı davranışları həyata keçirməsi kimi mənfi izlər qoya bilər. Bu uşaqlar gözləntilərini birbaşa deməyən, özünü ifadə edərkən maraqsız və dolayı yollardan istifadə edən, ünsiyyət problemləri yaşayan yeniyetmələrə çevrilə bilər.

Psixoloqlar əlində boşqabla saatlarla uşaqların arxasınca qaçan ana və ataların boşqabın yarısı qədər yeməyi yedirdəndə özlərini xoşbəxt hiss etdiyini, əslində isə uşağa bununla zərər verdiyini bildirir. Müəyyən müddətdən sonra edilən bu xətalı ana-ata davranışı güclənərək, davam edəcək. Bunun üçün ayrılan vaxt, diltökmələr artacaq. Bütün bu səylərə paralel də uşaqdakı yeməmək davranışı daha da möhkəmlənəcək.
Analara tövsiyəmiz, qoy uşaqlar ac qalsın! Əlinizdə boşqabla uşağınızın arxasınca düşməyin. Süfrə salın və uşağınızın süfrəyə gəlməsini təmin edin. Stolda yemək üçün ailəyə bir müddət vaxt ayırın. Uşaq yarım saat ərzində yeməyini bitirib qalxmırsa, süfrəni yığışdırın. Növbəti yemək vaxtına qədər yeməyə bir şey verməyin. Gün ərzində səbrlə bunu təkrar davam etdirin. Bir müddət sonra o sizə tabe olmağa məcbur olacaq. Bədəni gücdən düşməz, yemək istəyəndə özü yeməyini yemək istəyər, birtəhər".

loading...
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 370
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
YalniZ-ArZu
Offf...nece gundu balacam bawima oyun acir,hec ne yemir.Ele qoyasan wakalad,konfet yeye,onlari de gizledirem canimin derdinnen ki,iwtahasi kusmesin.Neyneyim bilmirem,ozude aldanmir hec neye.Hemiwe kompda videolar qoyurdum ele yaxwi yeyirdiki,indi yox!...yemirem vessalam!Neynesem xeyri yoxdu((((((
13 sentyabr 2016 00:19
3
Adətən həyatda 3 sandığımız olar.1-cehiz sandığımız,2-adam sandığımız,3-söz veribdə tutar sandığımız.
Offline
vipbetul
lazimli melumatdir
12 sentyabr 2016 21:52
2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Ayan
Qoyursan agzinin ustune birini ele yeyir gel goresen())))))) vasini qatmaq lazimdi da toyuq qalmir emi qalmir masin qalmir hamsi ile qirxuduram masinla gezmeye gedeceyik falan yalanlar atirm yeyur
12 sentyabr 2016 21:47
1
Her gulusun arxasında bır keder vardır

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook