Övladınıza nümunə olun

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 5 087
Səs ver:
(səs: 0)
Ailədə qadın-kişi münasibətləri kimi, valideyn-övlad münasibətləri də əsas götürülür.

Valideynlər davranışları ilə övladlarına nümunə olmalıdırlar. Məsələn, ata övladına böyüklərə hörmət etməyi tövsiyə edir, amma o özü evdəkilərə və ya həyətdəki qocaya xoş münasibət göstərmir. Ətrafındakılara laqeyd olan bir valideynin övladına ədəb dərsi keçməsi mənasızdır. Uşaqların tərbiyəsində nənə və babanın rolu əvəzsizdir. Onların danışdıqları nağıllar uşağın düçüncələrinə, davranışlarına birbaşa təsir edir. O da nağıl qəhrəmanı kimi olmağa çalışır. Bu psixologiyada nağıl terapiyası adlanır.

Bura əsasən ata-ana, valideyn-övlad və valideynlərin digər ailə üzvləri ilə olan münasibətlərini aid etmək olar. Uşağa qoyulan normalar mütləq əvvəldən müzakirə olunmalıdır ki, ata-ananın fikirləri üst-üstə düşsün. Yəni, ananın dediyi sözü ata inkar edərsə , bu zaman uşağın düzgün tərbiyəsindən söhbət gedə bilməz. Uşaqların nitqi, danışıq tərzi, söz ehtiyatı belə valideyn davranışı ilə birbaşa bağlıdır. Əgər valideyn övladı ilə kobud danışırsa, uşaq da dostları ilə, ümumilikdə ətrafdakılarla söhbət edərkən həmin danışıq tərzindən istifadə edəcək. Əlbəttə, bu da həmin uşaq haqqında xoş rəy yaratmayacaq.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 5 087
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri