Valideynlər,bu səhvləri etməyin

Müəllif: Pure Love
Şərhlər: 6
Baxılıb: 3 295
Səs ver:
(səs: 0)
Valideynlər uşaqlarının özlərinə hörmətli olmasını istəyərlər amma özlərinin də uşaqlarına eyni şəkildə yaxınlaşması lazım olduğunu sıxlıqla unudarlar. Edilən ən böyük intizam səhvlərindən biri uşaqlara qışqırmaq, kobud və hirsli bir səs tonuyla danışmaq ya da təhqir etməkdir. Uşaqlarınızdan hörmət gözləyirsinizsə, siz də onlara hörmətli olmağı öyrənməlisiniz.

Həll:
Bir ailə fərdi ya da iş yoldaşınız ilə problem yaşadığınızda, sizinlə necə danışılmasını istəyəcəyinizi düşünün.

Spirt qəbul etmək və avtomobil istifadə etmək və sakitləşmədən sizi əsəbiləşdirən birinə mesaj atmaq kimi əsla bir araya gəlməməsi lazım olan şeylər vardır. Hirsliykən edilməməsi lazım olanlar arasında uşaqlarınızı tərbiyə etmək də vardır. Etdiyi hər hansı bir şey üzündən ona əsəbi ikən, ehtimalla qışqırar ya da əslində söyləməmək istədiyiniz və sonradan peşman olacağınız bir şeyi ağzınızdan qaçırarsınız. Üstəlik pis bir gün keçirdinizsə, hirsiniz daha da şiddətli ola bilər və bütün sinirinizi uşağınıza yönəldə bilərsiniz ki bu iki tərəf üçün də dağıdıcı nəticələr doğurar.

Həll: Sakitləşmək və uşağınızla sərgilədiyi pis davranış haqqında danışmaq üçün özünüzə bir neçə dəqiqə (ya da ehtiyacınız varsa daha çox) ayırın. Məsələn qaşışa çıxaraq, uşağınızı ya da özünüzü mühitdən bir müddətə uzaqlaşdırın. Özünüz üçün aldığınız bu fasilə, vəziyyəti daha sakit bir zehinlə qiymətləndirməniz üçün də fürsət təmin edəcək.

Uşağınızla etdiyi bir şeyin niyə əlverişsiz olduğu haqqında danışmaq yaxşıdır amma çox çox detala girmək ağılını daha çox qarışdıra bilər. Uşaqlar, hətta məktəb çağındakı diqqətli uşaqlar belə, çox detala girildiyində izi itirə bilər.

Həll: Mümkün olduğunca təməl və sadə ifadələr istifadə edin. Yaşı irəliləmiş uşaqlarla nəyin səhv getdiyini və daha yaxşı seçimlər edilsəydi potensial ssenariləri müzakirə edə bilərsiniz. Amma xüsusilə kiçik uşaqlarla, yalnız vəziyyəti açıqlayan və davranışının niyə səhv olduğunu ifadə edən bir danışma etməlisiniz.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 3 295
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri