Bir ana olmaq üçün etməniz lazım olanlar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 4 090
Səs ver:
(səs: 0)
Birazca Əmək Verin!
Əvvəlcə "birazca əmək verin" sözümlə sizi sancmağa çalışmadığımı ifadə etməliyəm. Yəni əsla başlığı oxuyub da "sanki biz əmək vermirik" kimi düşüncələr içərisinə girməyin. Burada demək istədiyim şey, zamanın dərhal hamımıza qazandırdığı hazır vərdişlərdən xilas olmanızdı. Məsələn: uşağınıza hər gün nahar pulu vermək yerinə ona əllərinizlə hazırladığınız bir qidalanma çantası vermək kimi!

Kiçik bir yırtığı olan şalvarını zibilə atmaq yerinə, eyni ilə analarımız kimi tikmək ya da yamaq etməyi düşünmək kimi! Uşağınıza doğum günündə yüzlərlə manatlıq uzaqdan əmrli bir avtomobil almaq yerinə, ona həqiqətən faydası toxunacaq şeylər almaq kimi! Kiçik bir soyuq olan kimi dərhal xüsusi həkimlərə qaçırtmaq əvəzinə, dərmanlarla uşağınızı zəhərləmək əvəzinə, təbii üsullar yoldaşlığında onun yaxşılaşmasını gözləmək kimi. Marketdən aldığınız hazır qidalarla onu bəsləmək yerinə, uşağınıza təzə və təbii qidalar təqdim etmək kimi! Uzun sözün qısası: analığı layiqincə yerinə yetirmək üçün az bir az əmək vermək kimi!

Nəyi Haradan və necə alacağınızı Bilin!

Yəni nəyi, haradan, necə alacağınızı bilməlisiniz. Məsələn: marketdən qatıq almaq yerinə özünüz etməyi öyrənməli, baxdığınızda daha baha gələn amma əslində çox daha qazanclı çıxacağınız bu üsulla qənaət etməlisiniz. Ya da az-az aldığınız məhsullardan hansılarını topdan aldıqda daha qənaətli çıxacağınızı düşünməlisiniz.

Məsələn: gedib 1 kilo şəkər tozu almaq yerinə 10 kilo aldıqda daha qənaətli çıxarsınız. Amma bir bağ kahı yerinə 5 bağ kahı almaq məntiqsizdir. Eyni şəkildə, tərəvəz meyvə ehtiyacınızı marketdən qarşılamaq yerinə belə bir axşam bazarı etsəniz evinizə çox daha qazanclı bir şəkildə qazanc yarada bilərsiniz. Və ya bazarlığınızda sizə deyilən qiyməti qəbul etmək yerinə bazarlıq etməyi sınamaq da "daha ana kimi" bir davranışdır!

Təbiiki bunları birdən- birə öyrənə bilməyəcəksiniz. Praktika həyatda yaşaya- yaşaya zamanla nəyin yaxşı nəyin pis olduğunu özünüzdə hiss edəcəksiniz..
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 4 090
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri