Gələcəyin analar bunları bilməlidi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 4 213
Səs ver:
(səs: 0)
Araşdırmalar göstərir ki, fiziki cəza uşaqların mənəvi və emosional (və bəlkə də intellektual) inkişafına mane olur.

Lakin, təbii olaraq belə bir sual meydana çıxır: qaydalarımıza riayət etməyə maraq göstərməyən 2, 3 və ya 4 yaşlı uşağı necə idarə etmək olar? Bir çox "mütəxəssislər” valideynlərə uşaqları küncə qoymağı və buna bənzər "taymaut” üsulları tətbiq etməyi tövsiyyə edir. Lakin, istənilən uşaqdan soruşsaq, o bizə bunun cəza olduğunu deyəcək. Öz uşaqlığımızda küncə qoyulduğumuzu xatırlayaq. Hər dəfə uşağımızı cəzalandırdıqda, onun özü barəsində pis düşüncələrə qapılmasına səbəb oluruq. Odur ki, taymautlar heç də uşağın davranışlarını düzəltmir. Bir çox uşaqlar əksinə, müqavimət göstərir və ya üsyan edir.

Döyülən uşaqlar kinli olur. Döymək, uşaqları nəzarətdə saxlamaq üçün tez-tez istifadə edilən üsullardan biridir.

Bəzən valideynlər düşünüb yaxşı yollar axtarmaq əvəzinə daha asan olan fiziki güc tədbiq etməyi seçirlər.

Təəssüf ki, bu tip “tərbiyə” üsulu ölkəmizdə çox istifadə olunur. Bu üsul uşaqda vicdan və əxlaqın zəif formalaşmasına gətirib çıxarır. Müasir dövrdə insan sərbəst düşünə bilməli, hər vəziyyət uyğunlaşmağı bacarmalıdır. Döyülən uşaqlarda isə bu alınmır. Belə uşaqlar daha kinli olur.

Uşağın döyülərək cəzalandırılması vicdanının zəif formalaşmasına gətirib çıxarır. Çünki:

— Uşaq dəcəllik edərkən döyülərsə, etdiyinin qarşılığını artıq ödədiyini düşünür və bu zaman hərəkətlərini, davranışını düzəltmək üçün səy gostərməyi vacib saymır.

— Döyülmək uşaqda valideynlərinə qarşı aqressiya formalaşdırır. Uşaq etdiyinin pis bir şey olduğunu bilib özünü günahkar hiss etmək əvəzinə onu döyəni günahlandırır.

— Uşağın valideynlərindən daha zəif, gücsüz, aciz olduğunu bu formada öyrənməsi onu utandırır və sarsıdır. O, valideynlərinə qarşı güvənini itirir.

— Uşaq valideynlərinin davranışınlarını təqlid edərək problemlərini təcavüzkarlıqla həll etməyə çalışır. Əsəbləşəndə döyməyə əl atır. Beləliklə fiziki cəza uşağa vicdanlı olmamağı öyrədir!

— Bəzi hallarda valideynlər uşağı səhv bir hərəkətdən qorumaq üçün vurmaqdan başqa çarə tapa bilmirlər. Əgər valideynlər uşağı döyməyə məcbur qalırlarsa, heç olmasa aşağıdakı qeydləri nəzərə alsınlar:

— Deyilən sözü başa düşən 6 yaşdan yuxarı olan uşağı vurmağın gərəyi də, faydası da yoxdur.

Sözlə anlamayan uşağın arxasından və ya əlindən bir-iki sillə vurmaq bəsdir. Başa — üzə sillə vurmaq, kəmər, çubuq kimi şeylərlə döymək çox zərərlidir. Bu ana-ataya deyil, zülümkara yaraşır.

Uşaqlarınızı döyərək tərbiyə edə bilməzsiniz!
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 4 213
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri