Övladlarınızı tək yatmağa necə öyrədə bilərsiniz

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 6 017
Səs ver:
(səs: 0)
Uşağı körpə vaxtlarında müstəqil yatmağa öyrəşdirməyəndə onu yatızdırmaq çətinləşir.

Bir qrup mütəxəssis 40 günlüy,ə ya da 1 yaşına qədər eyni yataqda yatmağı dəstəkləyir, digərləri isə uşaq valideyni anlayana qədər eyni yataqda yatmağı üstün tutur.
Bu kimi hallarla üzləşməmək üçün rejimə ciddi riayət etmək tələb olunur. Rejim yalnız uşağın rahat yatması üçün deyil, həm də onun yaxşı bəslənməsi üçün də vacibdir. Uşaq orqanizmi rejimə qarşı çox həssasdır. Həmsöhbətimiz məsləhət görür ki, uşaq eyni vaxtda yatmalı, yeməli, oynamalı və gəzməlidir: "Uşağı hər gün eyni vaxtda yatızdırmaq vacibdir. Yuxudan əvvəl hazırlıq işlərinizi də eyni qaydada görməlisiniz. Əgər uşaq böyükdürsə, iki yaşını keçibsə, onunla eyni çarpayıda uzanmayın. Yoxsa həmişə sizinlə yatmaq istəyəcək. Yaxşı olar ki, yanında oturub ona nağıl oxuyasınız. Bu zaman vaxta nəzarət edin. Hər gün eyni vaxtda uşağa yatmaq vaxtının gəldiyini deyib otaqdan çıxın. O, sizin qalmağınızı istəsə də, fikir verməyin. Uşaqlar, ümumiyyətlə, bizi asanlıqla manipulyasiya edirlər. Buna imkan verməyin".

Yataq və otağı mərhələli olaraq ayırmaq lazımdır

Yataqları ayırmaqla otaqları ayırmaq iki fərqli şeydir. Yatağı ayıran kimi uşağı dərhal başqa bir otağa yerləşdirmək həm uşaq, həm də valideyn üçün çətin ola bilər. Üstəlik, əgər ana uşağına süd verirsə, otaqları ayırmaq işi daha da çətinləşdirə bilər.

Bir yandan isə körpənin ana ilə yaxın təmasının faydalı olduğu deyilir. Yaxın təmas uşağın özgüvənini formalaşdırmaqla yanaşı həm də inkişafını sürətləndirir. Anası ilə yaxın təmasda olan uşaq müəyyən bir harmoniya içində olur. Bu harmoniya yuxusunu və nəfəsini ritmik olaraq nizamlayır. Anasının nəfəsini duyan körpə daha tez yuxuya gedir.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 6 017
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri