Uşağınız sözünüzü dinləsin deyə nə etməlisiniz?...

Müəllif: arzum-aysum
Şərhlər: 7
Baxılıb: 1 776
Səs ver:
(səs: 0)
Uşağımıza söz dinlətmək və istəklərinə nəzarət etmək mövzusunda çətinliklərimiz varsa nə etməliyik?

Uşaqlar bir istəkdə olduğu zaman, bu istəyinə "bəli" ya da "xeyr" demədən əvvəl, istədiyi şeyə həqiqətən ehtiyacı olub olmadığını düşünmək lazımdır. Həqiqətən ehtiyacı varsa bu istəyinin yeri və zamanının doğruluğuna da qərar vermək əhəmiyyətlidır. Arxa arxaya gələn digər istəklərini məqbul və zamanlı tapmırsınızsa və "xeyr" deyirsinizsə nə olacaq? Hər zamanki kimi istədiyi şey nə isə bunu dəfələrlə təkrarlayıb sizi bəs etdirmə taktikalarını tətbiq edərək əldə edə biləcəyini sanması çox təbiidır. Siz "xeyr" deməyə davam etdikcə, o əsəbiləşib qışqırmağa, yalvarmağa başladığında hətta təpinmə qisiminə yəni ən üst mərhələyə keçdiyində -hələ ki bu çöldə bir yerdə olursa ətrafdakı insanların baxışlarının verdiyi narahatlıqla- dözüm səviyyənizi və "xeyr"lərdəki israrınızı necə qoruyacaqsınız? Bir dəfə bu xeyr demək yerinə bəli dediyinizdə, əvvəlki "xeyr"lərin heç bir dəyəri qalmayacaq. "Xeyr" qərarının arxasında dayanmağı bacara bildiyinizdə digər istəklərə cavab olaraq verəcəyiniz "xeyrlərdə" razııaşma edə bilməniz çox daha tez olacaq.

Yaxşı, uşağa söz dinlədə bilmək üçün hansı üsullar tətbiq olunmalıdır?
-Söz dinlətmənin ən birinci şərti söz dinlətməyə çalışmaqdan imtina etməkdir. "Onu etmə, bunu əlləmə, oraya çıxma-düşərsən, ona vurma, qışqırmadan istəməlisən, ağlamanı buraxmalısan" kimi -mali, məlı əmr duyğusu hiss etdirən sözlər istifadə etmək heç də işə yaramır. Uşaqlar bu sözlərdən nifrət edirlər və həmişə deyilənin tərsini inadla edirlər. Uşaqlara əmr vermək yerinə onlara təkliflər etməyi seçmək lazımdır… Bunu belə etsən necə olar? Gəl bax bunu belə etsək sən tərəfindən də daha doğru deyilmi? Onlara variantlar təqdim edib özlərinin seçməsini təmin etmək (o seçirmiş kimi zənn etsə də təqdim etdiyiniz variantların hamısı onsuz da sizin uyğun hesab etdiyiniz variantlar olmalıdır).
Sözünüzü bir dəfədə dinlədisə, uşağınıza afərin sözünü daha çox istifadə etmək uşaqla ünsiyyəti gücləndirən bir üsuldur. "Afərin sənə, bunu etdiyin üçün təşəkkür edirəm." deyərək onu mükafatlandırmaq; davranışının bəyənilib, təqdir edildiyini görməsini təmin edəcək və bundan sonra söyləyəcəklərinizi bir dəfə də etməsində təsirli olacaqdır.

-Uşağın dünyasına girib, onu dinləmək lazımdır, bu səbəblə uşağınızı yaxşı dinləməlisiniz. Haqsız olduqları bir mövzu da olsa uşaqlar, hər mövzuda dinlənmə haqqları olduğuna və istədikləri hər an böyüklərin onları dinləmələri lazım olduğuna inanarlar. Sizə bir şey izah etmək istədiyində, o sırada bir işiniz varsa bir az gözləməsini, bir azdan onu dinləyəcəyinizi söyləyə bilərsiniz çünki dinləyirmiş kimi etmək onu dinləmədiyiniz ya da əhəmiyyət vermədiyiniz hissi verə bilər. Uşaqlar diqqət istəyərlər və qiymətli olduqlarının hiss etdirilməsini gözləyərlər. Sizin onu gerçək mənada dinləmədiyiniz və ya əhəmiyyət verilmədiyi kimi bir düşüncəyə qapılsa o da sizin sözlərinizi dinləməyə bilər.

-Qətiyyətsizləndiyi bir vəziyyət olduğunda və ya bir şeyi istəməyi çox tutdurduğunda ona təlimatlar vermək və nəfəsinizi kəsərək söz izah etməyə çalışmaq yerinə onu o mühitdən uzaqlaşdıracaq və diqqətini dağıdacaq başqa təkliflər və alternativlər təqdim etmə taktikasını tətbiq etmək müvəffəqiyyət nisbətinizin yüksək olacağı bir üsuldur. Məsələn, evdəsinizsə boyama kitabını birlikdə rəngləməyi və ya oyun oynamağı təklif etmək, çöldəsinizsə etməkdən xoşbəxt olduğunu bildiyiniz hər hansı bir şeyi birlikdə etməyi təklif etmək kimi.

-Əgər uşağınızın tək hakimiyyəti sizdə deyilsə yəni siz işləyirsinizsə və uşaqlarınıza nənə-baba ya da baxıcı baxırsa, bu kəslərlə böyük bir əməkdaşlıq içinə girməniz lazımdır. Sizin "xeyr" dediyinizə, uşağınızın aldatmağa çalışdığı digər fərdlər qıya bilməyərək "bəli" desə o anda, orada iplər qopur. Buna görə bu mövzuda ailələrin qərarlı və tutarlı olması, hər kəsin xüsusilə ana və atanın eyni yanaşmanı göstərməsi, birinin uşağa söylədiyini digərinin də eyni şəkildə təsdiqləməsi lazımdır. Bu üsulu tətbiq etmək uşağın ağılının qarışmaması və özünü dəstəkləyəcək, istəklərini qəbul etdirəcək digər bir tərəf axtarışı vərdişini əldə etməməsi baxımından çox əhəmiyyətlidir. Ana ya da atanın qoyduğu qaydanı bir başqasının pozmamasına etina göstərilməsi uşaq tərbiyəsində daha müvəffəqiyyətli nəticələndirər alınmasını təmin edir.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 1 776
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri