İşləyən analar üçün tövsiyələr

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 290
Səs ver:
(səs: 0)
Çatışmazlıq hissindən xilas olun

İşləyən qadınlar analıq ya da yoldaş olmaq kimi fərqli vəzifələrdə olan qadınlar çox vaxt bu rollar arasında sıxışır. Qadın işləmklə yanaşı ailəsinidə qanə etmək üçün əlindən gələni edir. Bəzən onları qanə etmədiyinidə düşünər.

İşləyən anaların tez-tez qarşılaşdığı bir problem isə günahkarlıq duyğusudu. Ana hər nə qədər əlindən gəldiyincə uşağı ilə maraqlanmağa çalışsa da uşağını evdə bir baxıcı ya da bir ailə böyüyü ilə buraxmaq məcburiyyətində qalınca özünü qeyri-kafi hiss etməyə başlayacaq. Yaxşı ana olmağı ev işləriylə məşğul olub uşağı ilə evdə maraqlanmaq olaraq görən analar səhv bir hissə düşür. Çünki əgər işləyən ana uşağına balanslı və kafi bir şəkildə maraq sevgi və qayğı göstərir isə uşaq sağlam bir emosional və ictimai inkişaf göstərir. Edilən araşdırmalar göstərmişdir ki, bu anaların uşaqları müstəqil məsuliyyət sahibi müvəffəqiyyətli və etibarlı fərdlər olaraq yetişir.

Hədiyyə yerinə sevgi və diqqət verin
İşləyən ananın qarşılaşdığı bir problem isə həddindən artıq məsuliyyət yüklənməsi, həm zehni həm də fiziki olaraq yorğun olmasından qaynaqlanaraq işdən evə qayıdarkən uşağına kifayət qədər zaman ayıramama narahatlığı keçirər. İşləyən analar iş yüklərini ətraflarındakı kəslərdən xüsusilə atalardan dəstək alaraq bir az yüngülləşdirə bilər. Həyatlarında üstünlük verəcəkləri işləri sıraya qoyub plan edə bilərlər. Əhəmiyyətli olan ananın uşağı ilə keçirdiyi müddətin uzun olması deyil keyfiyyətli olmasıdır. Əhəmiyyətli olan öpmək qucaqlamaq uşaqla hisslərinizi paylaşmaq onun da duyğularını ifadə etməsinə fürsət vermək kömək etməkdir. Hədiyyələr yerinə sevgi və maraq vermək onunla birlikdə vaxt keçirmək uşağınızı qane edəcək.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 290
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri