Uşağa tualet vərdişi bu cür aşılanmalıdır

Müəllif: Pure Love
Şərhlər: 8
Baxılıb: 1590
Paylaş:
Səs ver:
(səs: 1)
1. Tualetini bezinə edən uşaq altını çirkləndirdiyi zaman bunu hər hansı formada, bəzi hərəkətləri ilə izah etməyə çalışırmı?

2. Alt paltarını, evdə geyindiyi paltarları özü soyunub-geyinə bilirmi?

3. Hamam və tualetin evin ayrı hissələri olduğunu və orada nələr edildiyini anlamaq üçün bəzi davranışları varmı?

4. Güvəcə otura bilirmi?

5. "Bəli" və "xeyr" anlayışlarını bilir və söyləyirmi?

6. Quru və nəm nə deməkdir bilirmi və ifadə edə bilirmi?

7. Hər hansı bir müvəffəqiyyəti olduqda mükafatlandırılmağa müsbət cavab verirmi?

8. Sizdən istədiyi şeyləri tələb edə bilirmi?

Bəzi uşaqlar bu vərdişə çətin yiyələnirlər. Ona görə də məcburiyyət və cəza ilə bu vərdişi müəyyən zamanda aşılamağınız düzgün deyil. Bunun yerinə ətrafınızdakı uşaqların bu vərdişə yiyələnmələrini və bunun müsbət tərəflərini misal çəkin. Lakin müqayisə etməyin. Bu, uşağın özgüvən hissini itirməsinə səbəb olacaq. Bütün uşaqların fərqli olduğunu, hər birinin fərqli sahələrdə üstün olduqlarını unutmayın.

Uşağa tualet vərdişi aşılamaq üçün əvvəlcə bəzi nizam-intizam qaydaları tətbiq etmək məsləhətdir.

1. Səhər yuxudan oyandıqdan sonra, hər yeməkdən və gecə yatmazdan əvvəl tualetə getməyə təşviq etsəniz, yaxşı olar. Bu vaxtlar uşağın ağlında tez qalan zaman kəsimləridir.

2. Bu dövrdə geyinib-çıxarılması asan və islandıqda asanlıqla əvəz edilə bilən pijama və alt paltarlar istifadə etməyiniz prosesi asanlaşdıracaq.

3. Bu müddətdə kiçik qəzalar baş verdikdə anlayışla qarşılamaq və növbəti dəfə bunu tualetə edə biləcəyini söyləmək lazımdır.

4. Bu zaman kiçik mükafatlar vermək, onu motivasiya edəcək sözlər istifadə etmək faydalıdır.

5. Bəzi hallarda tualet uşaq üçün uyğun olmaya bilər. Tualetin çox qaranlıq olması, pis iy verməsi və s. Tualet vərdişi əsnasında tualeti uşağın mənimsəyə biləcəyi formada qura bilərsiniz.

6. Bu vərdişi aşılayan zaman bəzi ardıcıl davranış qaydalarını da öyrətməyi unutmaq olmaz. Bu ardıcıllıq - tualetə girmək, soyunmaq, tualetini etmək, təmizlənmək, geyinmək, sifonu çəkmək və əlləri yumaqdır. Bunların hamısının yerinə yetirilməsi tualet vərdişinin uğurla həyata keçirilməsi deməkdir.

7. Müvəffəqiyyətsizlik isə bu vərdişdən imtina və ya vərdişdən soyumağa əsas vermir. Bir daha cəhd edin.

Tualet vərdişi alınmadıqda...

Bir müddət fasilə verib nəfəs almaq həm ana, həm uşaq üçün müsbət nəticələr verəcək. Uşaqlar hər dəfə yeni bir şey öyrənmə dövründə özlərini etibarlı və güvənli hiss etməlidirlər. Yanlış bir təcrübə və ya səhv nəticəsində öyrənmə müddəti uzun, çətin keçə bilər. Məsələn, tualetə uyğun oturmama və bu mövzuda özünü etibarda hiss etməməsi uşağın tualetdən qaçmağına səbəb olacaq. Bu müddətdə kiçik qəzalara görə uşağınızın altının uzun müddət yaş qala biləcəyini, cildinə tez-tez nəzarət etməyi və lazımlı, baxımlı etməyi unutmayın. Bezini nizamlı və tez-tez dəyişdirin.

Bu məqamlara diqqət edin:


1. Tualet vərdişi aşıladığınız müddətdə uşağınızın geyinib-soyunması üçün asan paltarlar seçin. Rahat geyimlər sayəsində uşaq lazım olduğu kimi oturub-dura biləcək, rahat və sürətli hərəkət edəcək.

2. Nümunə üçün siz də tualetə oturub uşağınıza nə etmək lazım olduğunu göstərə bilərsiniz və sizi təqlid etməsinə şərait yaradın.

3. Uşağınızın davranış və hərəkətlərindən tualetə ehtiyacı olub-olmadığını anlamağa çalışın. Məsələn, üz mimikaları, özünü sıxmaq, sidiyini tutma manevrləri və s. Onda bu anları müşahidə etsəniz, tualetə getməsini təklif edin.

4. Müəyyən vaxtlarda tualet ehtiyacı olub-olmadığını soruşun, "yox" cavabı versə, israr etməyin. Bunu edərkən ortaya çıxa biləcək kiçik qəzalara görə uşağınızı danlamayın.

5. Bu vərdişi aşılayarkən bəzi şeyləri tez-tez təkrarlamağınız əhəmiyyəti olacaq. Məsələn, uzun bir səyahətə çıxdığınız zaman bunu tətbiq etmək çətindir.

6. Bir müddət güvəci özünüzlə gəzdirməyiniz məsləhətdir.

7. Hər iki saatdan bir tualetə aparın.

8. Təyyarəyə, ya digər ictimai nəqliyyat vasitəsinə minməzdən əvvəl tualetə aparın.

9. Yanınızda lazımlı sayda paltar və gigiyenik vasitələr götürün.

10. Oyun oynadığı vaxtlarda və oyuna aludə olduqda onu tualetə aparmağı unutmayın.

11. Tualet vərdişi aşılamaqda səbr göstərsəniz, bunun bəhrəsini görəcəksiniz.

loading...
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 1590
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Ay_El
hmm heelm dunyaa gleemeyib glese emel edecm tşk
16 may 2017 18:12
8
Həyatım səni çox sevirəm!
Allah bir ömür boyu bizi xoşbəxt etsin.Sevgilim Həyatım mənim Mən səni bu dünyada hər şeydən çox sev ikinizi çox sevirem..Canım qızım həyatımıza xoş
gəldin.Ömrümüzə gəlişinlə sevinc
gətirdin.Sizi çox sevirem
Offline
CANAN
Insallah balam dunyaya gelsin yaxsi olar her bir sey menim ucun.
16 may 2017 12:25
7
Cananim
Offline
guzellik
vaxtim hekim apariarim lazim
16 may 2017 12:20
6
sade semimi merbandan kino medcezir
Offline
ulduz
oglum oyyyyyyyyyy burnumdan getirdi oyrenene kimi .indi oh rahatdi ozu otutryr qarsoqa....qizimda 11 ayindan oturur o tez oyrendi hemde qaqasini gorur deye otutrur oda amma havalar soyuqdu deye pampres taxram ...
16 may 2017 09:30
5
Qadının ən böyük vəzifəsi analıqdır :50:
Offline
Gülüş.
oglum tez oyrendi 10 ayliginda cis deyirdi o vaxtdanda pampersi tergitdi qizimda ele tez oyrener insallah artiq 1 yasi var boyuk qizdi
16 may 2017 09:07
4
Offline
Son Bahar
Mende uje pampersden ayirmaq isdeyirem...ama coxx cetin olacaq deyesen....
16 may 2017 09:07
3
Həyat cox çətindi, ama məndə asant biri deyiləm...Sözümün keçmədiyi yerdə sözümü yox!!!!Yerimi dəyisərəm
Online
YalniZ-ArZu
Men hele balacami oyrede bilmirem.yalandan deyir ciwim var apariram elemir.hele de pampers taxir.
Bunlari diqqetle oxudum riayet etmeye caliwacam.
Tewekkurler.
16 may 2017 08:20
2
Я — личность творческая, хочу творю, хочу вытворяю!deli
Offline
BARBI
Valideynin en cetinlik cekdiyi andir.Usaqlar tualete cox gec oyrenirler.
16 may 2017 04:54
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri