VALİDEYNLƏRƏ ÇAĞIRIŞ: Uşaqlarınızı açıq havaya çıxarın

Müəllif: Narın Yağış
Şərhlər: 6
Baxılıb: 907
Paylaş:
Səs ver:
(səs: 1)
Uşaqların fiziki və psixoloji baxımdan sağlam ola bilməsi üçün hərəkətə, açıq havaya, günəşə ehtiyacları var. Mütəxəssislər bildirir ki, körpənin açıq havaya çıxarılması, günəş şüaları qəbul etməsi çox mühümdür. Günəş şüası sümük və toxuma inkişafı üçün əhəmiyyətlidir.

Uşaqlar açıq havada rahat oynayırlar. Onlar üçün açıq havada oynamaq böyük ehtiyacdır. Yazda açıq havada oynamağa daha çox can atarlar. Parklara, bağa qaçarlar.

İlk günlər çox vacibdir
Yenidoğulmuş körpədə xüsusilə ilk günlərdə hələ tərləmə funksiyası formalaşmadığı üçün mühit istiliyi 22-24 dərəcədən çox olarsa, bu, uşağa mənfi təsir edir. Bədən istiliyi də artanda uşağın həyati funksiyaları mənfi təsir görür. Buna görə körpələrin yay aylarında sərin yerlərdə saxlanması və otaq istiliyinin 23-24 dərəcəni keçməməsinə diqqət etmək lazımdır.

D vitamini qəbul etməlidir
Körpənin 1-12 aylığında sümük inkişafı üçün lazımlı olan D vitamini günəş şüalarının yardımı ilə bədəndə sintez edilir. D vitamini eyni zamanda immunitet sistemi üçün də lazımlı vitamindir. Bu vitamin həyatın ilk illərində uşağın sağlam böyüməsi üçün vacibdir. Hər gün yarım saat baş, qol və ayaqları çılpaq halda günəşə çıxarılan körpə yetərincə D vitamini qəbul etmiş olur. Pəncərə arxasından günəşləndirmək faydasızdır.

Zərərli günəş şüalarından necə qoruyaq?
Açıq rəngli geyimlər günəş şüalarının qarşısını alır. Uşağınız günəşli havada bayırda olacaqsa, günəş şüalarının zərərli təsirinə qarşı qoruyucu krem istifadə etmək lazımdır. Bu kremlər hər yaşdakı uşaq üçün istifadə edilə bilər, uşağın yaşı nə qədər kiçikdirsə, bir o qədər yüksək faktorlu qoruyuculu krem çəkilməlidir.

Uşaqlarınızı açıq havaya çıxarın
- Uşaqlar təmiz hava qəbul etməlidir.

- Uşaqlara istədikləri kimi hərəkət etmək imkanı təmin edir. Özgüvəni artırır.

- Öz səslərini istifadə etməkdə sərbəst olurlar. “Sakit dur, qonşu gələcək” kimi məhdudiyyətlər olmur.

- Təbiətdə olan canlı və cansız varlıqları oyunlarına qatarlar. Ağaclardakı quşlar, səmadakı günəş və buludlar kimi. Xəyal dünyasının inkişafı üçün lazımlı və faydalıdır.

Açıq hava oyun yerləri necə olmalıdır?
Uşaqların yaxşı hərəkətdə ola biləcəyi imkanlar yaradılmalıdır. Uşaqlar üçün güvənli, sərbəst bir ortam yaradılmalı və həmişə də diqqətdə saxlanmalıdırlar.

loading...
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 907
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Online
YalniZ-ArZu
D vitamini de saat 11-cen cox olur diger saatlarda gun wuasi ziyandi uwaga,caliwib seher saatlarinda gezdirmek lazimdir.
13 iyun 2017 16:41
6
Я — личность творческая, хочу творю, хочу вытворяю!deli
Offline
Son Bahar
Menimki gedib qapinin agzinda oturub agliyir122deyirem nolub ne isdiyirsen deyir dedim? Dedim?122Bizde heyet evidi butun gun heyetde olur axsamlar zornan eve yigiram....temiz hava gunes suasincox xeyrlidir tesekkurler
6 iyun 2017 00:02
5
Həyat cox çətindi, ama məndə asant biri deyiləm...Sözümün keçmədiyi yerdə sözümü yox!!!!Yerimi dəyisərəm
Offline
Barbaris
Oglumu demek olar her gun cixardiram.balaca vaxti olanda kolyaskasinda cixardirib parkda yatizdirirdim temiz havada.. qiw ili yay ferq yoxdu cixardirdim qar da bele..twkler melumatim var
5 iyun 2017 16:30
4
Tərs damarım tutmadığı müddətcə super biriyəm! tavsan
Offline
BARBI
Her bir usaq aciq havada gezmelidir.Bu onun ucun cox faydalidir
5 iyun 2017 16:29
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Gultekin.A
Oglumu her gun cixariram bayira.gezib gelirik.D vitamini ancaq gunewde var.uwaqlae ucun ele hemcinin boyukler ucunde faydalidir gunew wualari
5 iyun 2017 16:08
2
AĞ GÜLÜN QARA KÖLGƏSİ VAR
Offline
adsiz-a
Anneler ve Anne olmaga hazirlawanlar oxuyun ve faydalanin,tewekkurker.
5 iyun 2017 15:26
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri