Facebook-a bağlılığınız uşaqlarınıza mənfi təsir edir

Müəllif: Narın Yağış
Şərhlər: 4
Baxılıb: 1 751
Səs ver:
(səs: 1)
Mütəxəssislər Facebook kimi sosial şəbəkələrdən asılılığı olan valideynlərin uşaqlarında da davranış xarakterli problemlərin olduğunu bildirir.

Qadınla.Com bildirir ki, davranış problemlərinin qarşısını almaq üçün bir uşağın ekrandan istifadəsinə məhdudiyyətlərin tətbiq olunmasını davamlı oxuyuruq. Ancaq yeni bitr araşdırma ekrandan asılı olan valideynləri də məsuliyyətli olduğunu göstərir.

Pediatrlardan ibarət olan bir qrup araşdırmaçı tərəfindən toplanan məlumatlar, tez-tez rəqəmsal texnologiyanı istifadə edən valideynlərin uşaqlarında davranış pozğunluqları olma ehtimalının daha çox olduğunu müəyyən edib.

Mütəxəssislər valideynlərin mütəmadi Facebook-u nəzardən keçirmələri və ya oyun vaxtı başqaları ilə mesajlaşmalarının uşaqların özlərini imtina olmuş kimi hiss edə biləcəyini və qəfil reaksiyalarına səbəb ola biləcəyini iddia edir.

Miçiqanda bir davranış mütəxəssisi və uşaq həkimi olan Radeski mövzu ilə bağlı belə danışıb: "Davranış problemi olan uşaqların valideynlərinin uşaqları ilə birlikdə keçirdikləri vaxt ərzində texnoloji cihazlardan uzaq duramalarının müsbət xeyri olacaq".

Valideynlərlə aparılan bir araşdırma vaxtı valideynlər texnoloji cihazlardan istifadələrini bir müddətlik dayandırmaları istənilib. Sonra valideylərdən uşaqlarının son iki aydakı davranışıları təhlil olunub. Uşaqların davranışında müsbət dəyişikliklər olduğu müəyyən olunub.

Valideynlərin demək olar ki yarısı (48%) texnoloji cihazların gündə üç və ya daha çox fəaliyyətlərini təxirə salmağa məcbur etdiyini bildirib. 17%-i bir dəfə,
11%-i də bu cür boşluqlarının heç olmadığını deyib.

Həmçinin valideynlərə "telefonunuzu çox istifadə etdiyinizi hesab edirsinizmi?" sualını ünvanlayıblar.

Analar bunun bir problem olduğunu etiraf ediblər.

İnsan elmləri və psixologiya üzrə professoru Sarah Şoppe-Sallivan Facebook-un yeni ana olmuş bir qadının zehni sağlamlığı üçün ən pis şey olduğunu deyib.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 1 751
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri