Uşaq əmizdirən ananın qida rasionu

Müəllif: arzum-aysum
Şərhlər: 2
Baxılıb: 29 906
Səs ver:
(səs: 0)
Ananın südü körpə üçün yeganə qida mənbəyi olduğu dövrlərdə, ana arıqlama pəhrizlərindən imtina etməlidir.

Uşağın əmizdirilməsinin ana üçün daha bir əsas üstünlüyü də vardır. Belə ki, müəyən olunmuşdur ki, uşaq əmizdirməyən qadınlara nisbətən, uşaq əmizdirən analar, hamiləliyə qədər olan vəziyyətlərinə daha tez qayıdır. Çünki uşağın əmizdirilməsi anadan xeyli dərəcədə enerji sərf edilməsini tələb edir.

Lakin "iki nəfərin əvəzinə" də yemək məsləhət deyil. Həddindən çox yeməklə südün keyfiyyətini və miqdarını artırmaq mümkün deyil. Qadın isə nəticədə artıq çəki yığır. Ana orqanizmi elə "qurulmuşdur" ki, hamiləlik dövründə o, ilk dövrlərdə uşağın qidalandırılması üçün müəyyən “ehtiyatlar” yığır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə görə, uşaq əmizdirən ana, hamiləliyə qədərki dövrdə olduğu qədər + əlavə yüngül şam yeməyi həcmində olmaqla qidalanmalıdır.

Əmizdirən ananın qida rasionunun çeşidli, keyfiyyətli və tam dəyərli olması da çox vacibdir. Ana hamiləlik dövründə yediklərinin hamısından yeyə bilər, çünki uşaq ana bətnində olarkən bu qidaların hamısından "dadır" və doğulduqdan sonra da onların öhdəsindən gələ bilir. Ana az miqdarlarda olmaqla qızardılmış, duzlu, acı qidaları, soğan, sarımsaq və s. yeyə bilər (təbii ki, ananın səhhəti buna yol verdikdə). Yeməklərə müxtəlif ədviyyatlar da əlavə etmək olar. Əlbəttə ki, bütün bu deyilənlər qadın orqanizminə zərər vurmayan miqdarlarda olmalıdır. Yəni uşaq əmizdirən ananın qidalanması adi qaydada hamiləlik dövründə olduğu kimi ola bilər.

Südün maksimal dərəcədə tutumlu olması üçün, vitamin və mikroelementlərlə zəngin olan xeyirli qidalarıın yeyilməsi çox vacibdir: süd məhsulları, ət, balıq, müxtəlif yarmalardan hazırlanan sıyıqlar, yumurta, kərə və bitki yağları, təzə meyvələr, tərəvəzlər, giləmeyvələr, göyərtilər.

Mevə və təvəzləri seçərkən mövsümi məhsullara üstünlük vermək lazımdır, yəni, məsələn, qışda pomidor və xiyar yemək lazım deyil. Belə ki, qeyri-mövsümi meyvə-tərəvəzlərin tərkibində adətən zərərli nitratlar, pestisidlər də olur ki, onlar ana südünə keçə bilir.

Əlavə vitamin və mikroelement mənbəyi kimi hamiləlik dövründə və ya əmizdirən analar üçün nəzərdə tutulan vitamin kompleksləri də qəbul etmək olar.

Arzuolunmayan allergik reaksiyalardan uzaq olmaq üçün, əmizdirmə dövründə (həmçinin hamiləlik dövründə) ekzotik meyvə və tərəvəzlərin qəbul edilməsi məsləhət görülmür. Yad mətbəxlərə aid olan yeməklər də (məsələn, Çin mətbəxi və s.) bu istisnalara aiddir. Çünki, hər bir xalq müəyyən bir ərazidə yaşayarkən məhz həmin ərazidə əldə etdiyi məhsulları ilə qidalanır. Bu qida qəbulu ənənələri min illər əzində formalaşaraq, həmin ərazidə yaşayan insanların orqanizminə genetik səviyyədə öz izlərini qoyur. Məhz buna görədir ki, hər hansı bir ölkəyə gələn turistlər onlara yad olan mətbəxə aid qidaları qəbul etdikdə, əksər hallarda onların həzm sistemində müəyyən problemlər yaranır. Belə ki, yeni, müəyyən ərazidə yaşayan insanlar üçün xarakterik olmayan qida bu insanların orqanizmini stress vəziyyətinə salır ki, bunun nəticələri tamamilə gözlənilməz ola bilər. Bu səbəbdən, uşaq əmizdirən dövrdə, hətta daha yaxşı olar ki, elə hamiləliyin ilk günlərindən başlayaraq, bizim babalarımız və ulu babalarımızın riayət etdikləri qidalanma üsullarına üstünlük vermək, ekzotik yeməklərdən uzaq olmaq lazımdır.

Süd və süd məhsulları barədə ayrıca danışmaq lazımdır. Əvvəllər belə hesab edirdilər ki, uşaq əmizdirən ana, mütləq və hətta məcburi şəkildə süd içməlidir. Lakin bəzi insanlarda süd məhsullarına qarşı (əsasən, südə qarşı) fərdi dözümsüzlük olur. Əgər hər hansı anada belə fərdi dözümsüzlük olarsa, bu həm onun özündə, həm də körpəsində müxtəlif pozulmalara səbəb olur - köp, qarında ağırlıq və ağrılar. Nəticədə körpə narahat olur, ağlayır. Əlbəttə ki, ananın qida rasionunda süd məhsullarının olması vacibdir. Lakin ana (və ya uşaq) orqanizmi bu məhsulları pis qəbul edirsə, onları məhdud miqdarda qəbul etmək və ya süd məhsulları arasında onlara narahatlıq verməyənləri seçərək, məhz onlardan istifadə etmək tövsiyə olunur.

Ananın inək südü qəbul etməsinə gəldikdə isə, burada həkimlərin ümumi rəyi və xəbərdarlığı vardır - əmizdirmənin ilk aylarında qida rasionuna inək südünün daxil edilməsi məsləhət deyil.

İnək südünün tərkibində olan zülallar, ananın qanına sorulduqdan sonra süd vasitəsi ilə uşağın orqanizminə daxil olaraq, uşaqda allergik reaksiyalara (səpgilər, qarında ağrılar və s.) səbəb ola bilər.

Əvvəllər uşaq əmizdirən analara qarında köp əmələ gətirən məhsulların (kələm, noxud, maş, üzüm, armud və s.) yeyilməsi qadağan olunurdu. Hesab olunurdu ki, bu qidalar uşağın bağırsağında da artıq dərəcədə qazın yaranmasına, daha sonra isə qarın ağrılarına, uşağın ağlamasına və s. səbəb olur. Həqiqətdə isə hər şey tamamilə başqa cürdür. Belə ki, əgər ananın orqanizmi bütün bu məhsulları normal qəbul edirsə və onun orqanizmində elə bir ciddi problem yaranmırsa, bu halda, uşağın orqanizmində də əksər hallarda heç bir problem yaranmayacaq. Və əksinə, əgər, məsələn, kələm və ya noxud yedikdən sonra ananın qarnı köpərsə, uşaqda da eyni problem yaranacaq. Ana özündə gəyirmə, qıcqırma, ishal və ya əksinə, qəbizlik verən qidaları da qəbul etməməlidir.

Bəs, maye qəbulu barədə nə demək olar? Uşaq əmizdirən ana gün ərzində nə qədər maye qəbul edə bilər? İlk növbədə onu qeyd etmək lazımdır ki, laktasiyanı gücləndirmək üçün heç də çoxlu miqdarda maye qəbul etmək lazım deyil. Bunun sayəsində ananın südünün həcmi nəinki artmır, hətta bəzi hallarda azala da bilər. Nənələr tərəfindən təkidlə təklif olunan süd və çay qarışığı isə, nəinki südartıran vasitə deyil, hətta bəzi hallarda uşaqlarda allergiyanın yaranmasına da səbəb ola bilər. Südün hər zaman çatması üçün ilk növbədə körpəni tez-tez əmizdirmək lazımdır. Mayeni isə adi qaydada qəbul etmək lazımdır. Onun hansı miqdarda qəbul olunması isə, hər bir ananın orqanizminin tələbatına görə, onun özü tərəfindən müəyyən edilir.

Uşaq əmizdirən ana, gün ərzində orta hesabla 2-2,5 litrə qədər maye qəbul etməlidir. Bu göstərici, əlbəttə ki, nisbidir - əgər istək yoxdursa, özünüzü məcbur edərək bu qədər maye qəbul etməyin və əksinə, orqanizm bundan artıq miqdarda maye tələb edərsə, ona məhtudiyyət qoymaq da düzgün deyil. Sudan başqa gün ərzində kompotlar, meyvə şirələri (əgər orqanizm onları yaxşı qəbul edirsə), qış-yaz mövsümündə isə meyvə qurularından hazırlanan kompotlar da qəbul etmək olar.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 29 906
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri