Şagirdin çantasının çəkisi onun bədən çəkisinin 10%-dən çox olmamalıdır

Müəllif: Barbaris
Şərhlər: 2
Baxılıb: 107
Paylaş:
Səs ver:
(səs: 0)
Hər bir uşağın daşıdığı çantanın çəkisi onun bədən çəkisinin 10 faizindən artıq olmamalıdır.

Qadinla.com Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Tibb Universitetinin (ATU) Əmək gigiyenası, uşaq və yeniyetmələrin gigiyenası kafedrasının müdiri, dosent Şəhla Babayeva yeni tədris ili ərəfəsində uşaqların qidalanması, gigiyenik qaydalara əməl etməsi ilə bağlı keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, uşaqların kəməri enli olan çantadan istifafə etməsi və onu hər iki çiyninə salması daha yaxşı olar.

Ş.Babayeva bildirib ki, çanta düzgün istifadə edilmədikdə uşaqlarda qamət pozğunluğu yaranır: "Çantanın ağırlığı daxili orqanları sıxdığından qidalanma sistemində də pozğunluqlar yaranır".

Dosent valideynlərə bəzi tövsiyələrini də verib: "Uşaqları indidən başlayaraq məktəb rejiminə uyğunlaşdırmaq yaxsı olar. Kiçik yaşlılar 9-10 saat yatmalıdırlar. Onlar ən geci saat 21:00-da yatmalıdırlar. Vaxtında yatmadıqda onların zenhi qabiliyyətləri azalır. Uşaqları səhər 1 saat əvvəl oyatmaq lazımdır ki, tələb olunan bütün işləri görə bilsinlər. Səhər uşaqları tələsdirmək onlarda nevroz yaradır. Havalar soyuduqca uşağı həddindən artıq çox geyindirirlər ki, bu da uşaqlara ziyan verir, onların immun qabiliyyətinin aşağı düşməsinə səbəb olur".

Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev isə bildirib ki, uşaqlar bir yerə cəmləşdikdə onların qıdalanması, onların bir-birini xəstəliyə yoluxdurması problemi ortaya çıxır: "Ona görə də işlər elə qurulmalıdır ki, bu problemlər ortaya çıxmasın. Bu gün Azərbaycanda vaksinasiya olunmayan xəstəlik suçiçəyidir. Bu gün suçiçəyi xəstəliyinə qarşı dünyanın bir çox ölkələrində vaksin tətbiq edilmir. Digər tərəfdən, indi tətbiq edilən vaksin bizi qane etmir".

ATU-nun Qidalanma və kommunal gigiyena, uşaq və yeniyetmələrin gigiyenası kafedrasının müdiri İbrahim Əhmədov deyib ki, uşaqların vaxtında qidalanması olduqca vacibdir: "Tədris ili başladıqda uşaqlar hər gün evdə öyrəşdiyi qidalanma reyimini dəyişərək yeni rejimə keçirlər. Uşaqlara səhər isti yemək vermək lazımdır. Yaxsı olar ki, uşaqlar gündə 4 dəfə qidalansınlar, qida qəbulları arasında fasilə düzgün bölüşdürülsün".

loading...
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 107
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Online
YalniZ-ArZu
Men o gun erinmedim oglumun cantasini olcdum,duz 5 kq oldu.Bu uwagin cekisi 24 -25 kq.dirsa melumdur artiq ne qeder agir oldugu cantanin.Ona gore de valideyn mecbur qalir cantani ozu dawiyir.Men bele cantani gucle apariram,ciyinim agriyir agirligindan,zeif uwaq nece aparsin?Ozude coxusu onurga problemli uwaqlardir indikiler.
18 oktyabr 2017 14:00
2
Я — личность творческая, хочу творю, хочу вытворяю!deli
Offline
Meleknur
Men mekteb vaxti cantam menden boyuk olurdu d
17 oktyabr 2017 14:57
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri