Ağıllı uşaq böyütmək üçün valideyinlərə məsləhətlər

Müəllif: arzum-aysum
Şərhlər: 3
Baxılıb: 8 144
Səs ver:
(səs: 0)
Uşaq böyütmək uzun illər davam edən son dərəcə çətin bir işdir. Sizlərə bu yolda kömək edəcək 10 tövsiyəni təqdim edirik:

- Çox mükəmməliyyətci ya da əsassız davranmayın. Demokratik bir ailə olmağa çalışın.

- Uşağınızda görmək istədiyiniz hərəkətləri özünüz də edin. Ona nümumə olun. Məsələn, kitab oxumasını istəyirsinizsə, siz də kitab oxuyun.

- Uşaqa sərhədləri göstərin. Harda dayanması lazım olduğunu öyrədin. Ona istədiyi hər şeyi edə biləcəyini söyləməyin.

- Uşaqlarınızı bir-biriləri ilə müqayisə etməyin. Uşaqları həmyaşıdları ya da bacı, qardaşları ilə müqayisə etməyin, hər kəsin özünə görə bir bacarığı olduğunu yaddan çıxartmayın.

- Uşaqlara qarşı hər zaman əsaslı olun.

- Uşağınıza heç vaxt "səni sevirəm, çünki sən çox ağıllısan ya da səni sevirəm, çünki sən çox çalışqansan" kimi şərtli sevgi cümlələri qurmayın. Ona dəyərli olduğunu və şərtsiz olaraq sevildiyini hiss etdirin.

- Uşağınıza hər zaman ona inandığınızı hiss etdirin. Ona etibar edildiyini hiss edən uşaq gələcək yaşamında problemlərlə qarşılaşır.

- Uşaqlarınızı dinləyin və onları anlamağa çalışın. Özü ilə bağlı mövzularda ya da ev ilə əlaqəli bir problem olduğunda onların da fikirlərini diqqətə alın.

- Uşaqlar hər istədiklərinə sahib ola biləcəklərini düşündükləri zaman gözləri doymur. Hər zaman hər şeyə sahib ola bilməyəcəyini ona öyrədin.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 8 144
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri