Ölümü övladıma necə izah etməliyəm?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 1
Baxılıb: 1 544
Səs ver:
(səs: 0)
Yaşamımızda qəbul edilməsi çətin olan gerçəklərdən biri də ölümdür. Ancaq insanlar sarsıdıcı, pis təsir edən vəziyyətlərdə çıxış yolunu taparaq böyüyür, olğunlaşırlar. Qarşısını ala bilməyəcəyi itkiləri qəbul etmək, bununla yaşamağı öyrənmək və yaşama sevinci yaradaraq həyata davam etmək üçün uşaqlara lazımi dəstək olunmalıdır. Bu həssas dövr həm uşaq, həm də böyüklərə çətin olduğu üçün maksimum dərəcədə diqqətli olmaq lazımdır. Övladınızın ölümü necə anlamağı, ona necə reaksiya verməyi daha çox sizin davranışlarınıza bağlıdır.

Adətən valideynlər övladlarına həyatın bir gün sonlanacağını deməkdə çətinlik çəkirlər. Ana-atalar ölümdən bəhs edərək uşaqlarını incidəcəyini düşünür, onları qorumaq üçün isə bu mövzudan qaçır ya da müxtəlif yalanlar uydururlar. Əslində isə ölümün yaşamın sonu olmağı uyğun bir dillə uşağa izah edilməlidir.

Bəs mən ölümü necə övladıma uyğun dillə izah edə bilərəm?


Övladınıza bu xəbəri vermək üçün yaxınlarınızdan əvvəl davranmağa diqqət edin.

Səssiz bir yerdə, ona qayğı göstərərək izah etməyə çalışın.

Bu üzücü xəbərə ona birdən yox, dolayı yolla izah edin. Məs: “Çox üzüləcəyimiz bir hadisə baş verib. Nənən artıq yaşamır. O dünyasını dəyişdi, yəni öldü.”

Daha sonra isə “Ölmək” kəliməsinin mənasını izah edin. “Yaşayarkən nəfəs alırsan, yeyirsən, yatırsan, eşidirsən. Nənən artıq bunların heç birini edə bilməz. O daha bizimlə olmayacaq.”

Açıq və anlaşılan sözlərdən istifadə edin. Yalan söyləyərək övladınıza qohumunun bir gün gələcəyi ümidini vermiş olarsınız. Bundan qaçının. Məs: “nənən indi yatır.”, “nənən rayona gedib” və s.

Ölüm xəbəri sizi nə qədər dərindən sarsmış olsa da, övladınızla mehriban davranaraq izah etməyə çalışın. Belə olan halda o anlamadığı təqdirdə sizə suallar verəcəkdir.

Yaxının ölümündən sonra baş verə biləcəkləri ona səbrlə başa salın (yas mərasimi, dəfn olunma, insanların verə biləcəyi reaksiyaları, ziyarətə gələcək yaxınları və s.).

Həyatınızın yenidən qaydasına düşəcəyi barədə övladınıza güvən verin. Bir neçə gün içində məktəbə (bağçaya və ya evə) dönəcəyini xatırladın. Ailənizin sevdiyi insan olmadan da yaşamınızın davam edə biləcəyini izah edin.

Uşağınız sizin reaksiyanızı izləyir və ona uyğun reaksiyalar verir. Bunun üçün valideynlərin daha diqqətli olmasında fayda var.

Məktəb və ya bağçada yaxınınızın ölümü barədə məlumat verin. Məktəb (bağça) psixoloqu ilə bunu paylaşaraq övladınıza dəstək olması üçün xahiş edə bilərsiniz.

Ölüm adlandırdığımız, qəbul etməkdə çətinlik çəkdiyimiz bu hadisə yaşamın sona yetməsi deməkdir. Yaşamımızın sonlanacağını bilmək isə bizə həyatımızı daha mənalı yaşamağa, onun qədrini bilməyə yardım edir. Bunun üçün övladınızı vaxtında ölümdən xəbərdar edin.

Zəhra Qorxmaz

Psixoloq
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1 544
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri