Uşaqlarda baş verən böyümə ağrıları

Müəllif: Son Bahar
Şərhlər: 1
Baxılıb: 13 950
Səs ver:
(səs: 0)
3-10 yaş arası uşaqlarda tez-tez rast gəldiyimiz qol və ayaq ağrıları ən çox axşam saatlarına və ya yatdıqdan sonraya təsadüf edir.

Bu zaman uşaqlar ağrının şiddətindən bəzən ağlayırlar. Bəzən uşaqlar ağrıya yuxudan oyanırlar. Bu ağrılar 3-4 saat müddətində davam edir. Mütəxəssislər bu ağrıların massaj və ya adi ağrıkəsicilərlə keçəcəyini qeyd edərək normal qəbul edilməsini söyləyirlər.
Ağrilar uşağın böyüməsi ilə əlaqədar olub xalq arasında böyümə ağrısı kimi də qiymətləndirilir. Bu ağrılar fiziki aktivlik zamanı daha da çox artır. Böyümə ağrıları adətən 12 yaşa qədər davam edir. Dünyanın bir çox uşaq həkimləri belə ağrıların xoşxassəli və keçici olduğunu qeyd edir. Lakin mütəxəssislər ağrının müddətini və şiddətini nəzərə alaraq valideyinləri diqqətli olmağa çağırır. Çünki azyaşlı uşaqlarda ayaq ağrısının səbəbləri müxtəlif patoloji xəstəliklərdən də qaynaqlana bilər. Mütəxəssislər əsasən də ayaqda və dizlərdə şişkinlik olduğu zaman mütləq həkimə müraciət etməyi məsləhət bilir.
Böyümə ağrıları fibromialgiya sindromu xarakterində olur və patoloji hesab edilmir. Amma gələcəkdə müxtəlif patoloji xəstəliklərin baş verməməsi üçün mütəxəssislər uşaqlarınızda ayaq ağrıları müşahidə edildikdə mütləq həkimlə məsləhətləşməyinizi tövsiyə edir.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 13 950
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri