Uşağınıza bəzəkli gəlinciklər almayın

Müəllif: Son Bahar
Şərhlər: 3
Baxılıb: 2 399
Səs ver:
(səs: 1)
Uşağınız üçün hər şeyin ən gözəlini, onun istədiyi bütün oyuncaqları almaqla onları sevindirmiş ola bilərsiniz. Eyni zamanda bu oyuncaqların uşağınızın psixologiyasına mənfi təsir göstərdiyini, gələcəkdə yarada biləcək fəsadlardan xəbərdarsınızmı? Oyuncaq seçimi uşağın inkişafına təsir edən ən önəmli faktorlardandır.Qadınla.com uşaqlarınızın inkişafına mənfi təsir göstərə biləcək bu tip bəzəkli gəlinciklər haqqında aparılan araşdırmalarla sizi tanış edir.

Uludağ Universitetinin professoru Dr.Handan Asude Başal valideynləri uşaqlarına bəzəkli gəlinciklər almamaqda xəbərdarlıq edir. Bəzəkli gəlinciklər uşaqlarda gənc qız olma həvəsini artıraraq uşaqlıq duyğularını yaşamaqlarına əngəl törədir. Bu tərz oyuncaqlar süni bir nəslin meydana gəlməsinə səbəb olur. Uşaqların sağlamlığına mənfi təsir göstərən bu tip oyuncaqlardan uşaqlarınızı uzaq tutun. Bu tip bəzəkli gəlinciklərin əvəzinə uşaqlarınızı təfəkkürünə, sosial və duyğusal hisslərinin inkişafına kömək edə biləcək oyuncaqlarla tanış edin.

Parçadan hazırlanan oyuncaqlara üstünlük verin.
Psixoloqlar ailərə uşaqları üçün parça gəlinciklər almasını məsləhət görürlər. Parça oyuncaqlar uşaqların xəyal gücünü inkişaf etdirir. Bəzəkli gəlinciklər isə sarı saçlı model görünüşləri ilə uşaqlarda həsəd aparmaq, özünü ona bənzətmək kimi duyğular formalaşdırmaqdan başqa bir şey deyil. Bəzəkli gəlinciklər 5-6 yaşlı qızları öz uşaqlıqlarını yaşamadan gənc qız olmağa həvəsləndirir. Uşaqlarda necə gözəl bir paltar geyinsəm, necə makiyaj və saç forması seçməliyəm kimi düçüncələr formalaşdırır. Bu kimi problemlərin qarşısını almaq üçün uşaqlarınızı xəyal güclərini genişləndirəcək oyuncaqlarla tanış edin.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 399
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri