Uşağı çox öpmək olmaz

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 7 662
Səs ver:
(səs: 4)
Xalq arasında "öpüş xəstəliyi "olaraq bilinən Ebstein Barr virusu (EBV) uşaqlara bu şəkildə keçir. Öpüş xəstəliyi qızdırma, membranlı faringit, limfa toxumalarında, dalaqda və qaraciyər böyüməsi kimi narahatlıqlara səbəb ola bilir.
 
Antalya Manavqat Dövlət Xəstəxanası baş həkimi və Uşaq Xəstəlikləri Mütəxəssisi Dr. Mehmet Kuru öpüş xəstəliyinin uşaqlara keçməsinin qarşısını almaq üçün "bu körpə necə şirindir ” deyərək öpmək istəyənlərin qarşısında durmağın vacib
 
olduğunu deyir. Həkim xəstəliyin keçməsində ən əhəmiyyətli faktorun tüpürcək olduğunu söyləyir: "Dəfələrlə bu sözü eşitmisiniz — "öpməyə doya bilmədim, çox şirin uşaqdır”. Halbuki uşaqları, sevgidən də olsa dayanmadan öpmək heç də
 
doğru deyi. Yad adamların uşağımızı öpməsinə icazə vermək isə böyük bir səhvdir. Gözəl bir körpə görən kimi, küçədə ya da hər hansı bir məkanda yanına gedib, yanağından öpürük. Bu hərəkətlə tüpürcəkdə olan və son illərdə körpələri və kiçik
 
uşaqları da zərərli vəziyyətə atan «öpüş xəstəliyinə» yoluxdura bilərik».
 
Həkim xəstəliyin qızdırma, membranlı faringit, limfa toxumalarında, dalaqda və qaraciyər böyüməsinə səbəb ola biləcəyini qeyd edir: «Uşaqları ağız və ağız ətrafından öpməyin. Ana və atalar yaxınlığı nə olursa olsun, uşaqlarını qucağına alıb
 
öpməyə çalışan hər kəsi də xəbərdar etməlidir. Xəstəlik birdən və ya yavaş olaraq qızdırma, baş ağrısı, titrəmə, iştahsızlıq və halsızlıqla başlayıb, limfa toxumalarında şişmə, şiddətli boğaz ağrısı ilə davam edə bilər. Ancaq bu xəstəlikdəki əlamatlər özünü tez də göstərə bilər. Virus, körpələrdə atəşi 39-40 dərəcəyə qədər yüksəldə bilər».
(səs: 4)
Şərhlər: 11
Baxılıb: 7 662
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri