Əllərim qırılaydı, balama əl qaldırmayaydım

Müəllif: Mr. OffiCeR
Şərhlər: 13
Baxılıb: 3 269
Səs ver:
(səs: 9)
Alış-verişdən yeni qayıtmışdı, əlindəki torbaları mətbəxə apardı. Qapıda dayanan 5 yaşlı oğlu kiçik bacısının "gördüyü işləri” xəbər vermək üçün səbirsizliklə gözləyirdi. Nəhayət: "Ana mən həyətdə oynayanda bacım divarı yazdı. Həm də kağızını yeni dəyişdirdiyimiz divarı!” – deyə böyük qardaş dilləndi. Ana bu sözləri eşidən kimi özündən çıxdı və: "Haradadır bacın? Tez onu bura çağır!” – deyə qışqırdı. Əlindəki axırıncı torbanı da masanın üstünə qoyandan sonra balaca qızının həmişə gizləndiyi şkafa üz tutdu. Anasının səsini eşidən kimi qızı qorxudan titrəməyə başladı. Çünki bütün bunlardan sonra başına nə gələcəyini yaxşı bilirdi...
 
Anası təqribən on dəqiqə divar kağızlarının nə qədər bahalı olmağından, o kağızları almaq üçün nə qədər işləmək lazım gəlməyindən danışdı. Dəqiqələr keçir, ancaq qadının səsindəki əsəbilik keçmirdi. Üstəlik, əsəbi azalmaq əvəzinə get-gedə artırdı. ve hirsini qızını vurmaqla azaldirdi... Sonra ana qızının divarı yazdığı otağa getdi. Otağa girəndə gözləri yaşla doldu. Çünki divarda böyük hərflərlə "Anamı çox sevirəm!” sözləri yazılmışdı. Üstəlik, bu sözlər böyük bir ürəyin ortasında idi... Ana o gündən nə divar kağızını dəyişdirdi, nə də üzərindəki yazını sildi. Boş bir çərçivə tapıb yazının üzərinə qoydu. Hər dəfə otağa girəndə dayanıb fərəhlə bu yazını oxudu...
 
Elədiyinin, dediyinin nə məna daşıdığını, sonradan hansı reaksiyalara səbəb olacağını düşün. Düşün ki, sonradan gec olmasın...
(səs: 9)
Şərhlər: 13
Baxılıb: 3 269
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri