Həftə-həftə hamiləlik
Hamiləliyin 1-ci həftəsi
Beləliklə, ilk həftə… Əlbəttə, bu, hələ hamiləlik deyil, çünki sizdə növbəti menstrual qanaxma var. Lakin istəsəniz də, istəməsəniz də, orqanizminiz yenidən mümkün analığa hazırlaşır. Artıq mərkəzi sinir sisteminiz aktiv şəkildə hormonal zəmin hazırlayır. Yenidənqurmanın məqsədi – 300000(!) yumurta hüceyrəsindən birini tədricən mayalanmaya hazırlamaqdır. Buna orta hesabla iki həftəyə yaxın vaxt gedir. Ona görə də həftəni ilk adlandırırıq: axı sizin gələcək övladınızın ilkinliyi məhz indi formalaşır!

 
Hamiləliyin 2-ci həftəsi
İş davam edir. Minlərlə yumurta hüceyrəsinin içində «lider»i görmək mümkündür. Bu, maye dolu xüsusi qovuğun içində yerləşmiş yeganə yumurta hüceyrəsidir. Həftə sonu qovuqcuq (onu Qraaf qovuğu adlandırırlar) o qədər böyüyəcək ki, yumurtalığın üstünə çıxacaq. Bu ovulyasiyaya hazırlıqdır. Bundan sonra, adətən, yumurta hüceyrəsi uşaqlıq borusuna düşür və burada onun spermatozoidlə görüşməsi mümkün olur: Qraaf qovuğunun yerində xüsusi törəmə sarı cism yaranır. Bu adı yadda saxlayın. Sarı cism hamiləliyin hormonal dəstəyi üçün vacibdir, buna görə də önəmli rolu var. O, həmçinin, qadınlarda yetərincə tez –tez rastlanan hamiləlikdə erkən toksikozun «səbəbkarıdır».

 
Hamiləliyin 3-cü həftəsi
Bu həftə hamiləlik baş tutacaqmı, yoxsa, yox? Sizdə ovulyasiya baş vermişdir və uşaqlıq borusunda yumurta hüceyrəsi mayalanmaya hazırdır. Ən cəld spermatozoidlə rastlaşmanın tam zamanıdır. Bu görüş uğurlu olsa, özünüzü təbrik edə bilərsiniz. Həftənin sonunda mayalanmış yumurta uşaqlığınızın divarına yerləşəcək. Bəzi qadınlarda bu mikroqanaxma ilə müşayiət olunur ki, narahatçılığa dəyməz. İmmun sisteminizdə ilk dəyişikliklər təzahür edir – hamiləliyin ilkin faktorları hazırlanır. Bu cism orqanizminizi «aldatmaqda» mayalı yumurtaya yardım edir. Sizin immun hüceyrələrinizlə dölün hüceyrələri arasında toqquşmanın baş verməməsi üçün EPF lazımdır. Birinci həftənin tövsiyələri qüvvəsində qalır.

 
Hamiləliyin 4-cü həftəsi
Əgər əsassız əsəbilik, yorğunluq, hiss edirsinizsə, süd vəzilərində şişkinlik, giləlrində qeyri –adi həssaslıq varsa, demək, yumurtalığınızdakı sarı cism durmadan çalışır. Bu onu göstərir ki, siz hamiləsiniz. Lakin qeyd etmək lazımdır ki, bu kimi hallar növbəti aybaşıdan bir az əvvəl də baş verə bilər. Bu hamiləlikdir, yoxsa, yox? Xoşbəxtlikdən bu sualları cavablandırmaq mümkündür.

 
Hamiləliyin 5-ci həftəsi
Ötən həftə səhhətinizdə baş vermiş dəyişikliklərə yeniləri əlavə oluna bilər: baş ağrıları, siyimə hallarının çoxalması, yuxululuq, iştahın azalması, ürəkbulanma, hətta qusma. Birdən –birə turşu və marinadlara meyl etmənizin səbəbi özünüzə də bəlli olmaya bilər. Bütün bunlar hamiləliyin erkən toksikozunun əlamətləridir. Səbəb olrqanizminizdə baş verən hormonal dəyişikliklərdir.

 
Hamiləliyin 6-cı həftəsi
Əgər siz erkən toksikozun cazibəsindən yan keçə bilməmisinzsə, artıq bu həftə ürəkbulanma güclənə bilər. Bəzi qadınlar müxtəlif qoxulara qarşı dözümsüz olurlar, tüpürcək ifrazı artır, «şişkin» süd vəziləri əlavə olaraq onların zaman zaman sancması ilə narahatlıq doğura bilər. Yuxarıda qeyd edildiyi kimi, buna səbəb orqanizmdə baş verən dəyişikliklərdir. Bütün bunlar körpənizin normal inkişafı üçün münbit şəraitin yaradılmasına yönəlmişdir və xoş niyyət daşıyır. Orqanizminizin hormonal mühitin dəyişməsinə belə reaksiya verməsi, sadə dildə desək, «istehsalat məsrəfləridir».

 
Hamiləliyin 7-ci həftəsi
Təsadüfən süd vəzilərinizin areollarının (gilələrin ətrafındakı piqmentli sahə areol adlanır) tündləşdiyini görsəniz, təəccüblənməyin. Hamiləlikdə bu adi haldır.
Siz artıq 2-3 həftədir menstrual qanaxmanın baş verəcəyini gözləyirsiniz. Əgər sizdə əvvəllər də gecikmələr olmuşsa və hazırda yuxarıda sadalanan əlamətləri hiss etmirsinizsə də, yenə birinci həftənin tövsiyələrinə əməl edin, bundan kimsəyə zərər gəlməz. Əgər deyilən halları keçirirsinizsə, qadın məsləhətxanasına müraciət edin (əgər indiyədək etməmizsinizsə).

 
Hamiləliyin 8-ci həftəsi
Beləliklə, siz bir aydır ki, intizarla növbəti aybaşını gözləyirsiniz. Əgər indiyədək həkimə müraciət etməmisinizsə, indi tam zamanıdır. Qadın məsləhətxanasına müraciət edin və genetiki ziyarət edin (əgər indiyənədək onun yanında olmamısınızsa).
İlk ziyarətdə hamiləliyinizin fərdi müşahidə cədvəli tərtib ediləcək. Buraya laborator müayinələr də daxil ediləcək.

 
Hamiləliyin 9-cu həftəsi
Yüksək yorğunluq, ürəkbulanma, bəzən başgicəllənmə keçməyə bilər. Söz yox hamiləlik ağır işdir.
Sinənizə baxın: dərialtı damarlar (mavi tor şəklində) aydın görünürsə, demək, sizin qan damarlarınız genişlənmək üzrədir (adətən, bu problem daha gec başlayır).
Mütəəssir olmayın – yaxşısı budur, damarların daha artıq genişlənməsinin qarşısını almaq üçün tədbir görəsiniz:
Süd vəzilərinizi daha yaxşı saxlayan büstqalter geyin;

 
Hamiləliyin 10-cu həftəsi
Yüksək halsızlıq və ürəkbulanma hələ də sizi təqib edirsə, möhkəm olun! İki həftə sonra vəziyyət düzələcək (hər halda, əksər hamilələrdə belə olur). Süd vəzisinin arealı ətrafında mərci dənəsi boyda düyünlər yarana bilər. Bu, tər vəzilərinin böyüməsi ilə bağlıdır və «Monthomeri düyünləri» adlanır. Hamiləliklə bağlı adi haldır.
I-ci həftənin tövsiyələrini unutmayın.

 
Hamiləliyin 11-ci həftəsi
Əhvalınızın sonsuz dəyişkənliyindən, yəqin ki, bezmisiniz. Qadınların çoxu bu zaman menstruasiya qabığı emosional gərginlik (qıcıqlanma, narahtlıq və ya anlaşılmaz nigaranlıq, ağlağanlıq) hiss edirlər.
Bütün bunların səbəbkarı yenə də orqanizminizdəki hormonal dəyişiklikdir.
Hər bir qadın bu emosional xassədən bacardığı kimi çıxmağa çalışır. Kimsə başını ev işləri ilə qatır, kimsə diqqətini hobbisinə yönəldir.

 
Hamiləliyin 12-ci həftəsi
Bu həftə hamilələrin əhvalruhiyyəsində «köklü dönüş» həftəsi kimi qeyd edilir. Ümid edirk ki, siz də bu xoşbəxtlərin sırasındasınız və erkən toksikoz «hücumlarını» zəiflədib.
Cift hamiləlik üçün vacib olan hormonların istehsalında əsas aparıcı rolu öz üzərinə götürür. Yadınızdadırsa, əvvəl bu, yetişmiş yumurta hüceyrəsinin yerində yaranmış sarı cismin səlahiyyətində idi. Məhz bu, 2,5 ay ərzində sizə əziyyət verirdi.

 
Hamiləliyin 13-cü həftəsi
İkinci rübə xorş gəldiniz! Təbrik edirik yolun üçdə biri arxadadır. Proqnozlara rəğmən, toksikoz sizi narahat edirsə, kefinizi pozmayın. rahatlayacağınız günə az qalıb. Əlahəzrət hamiləliyin daha bir xoşəgəlməyən surpirizini müzakirə etməyin tam zamanıdır. Söhbətimizin mövzusu qəbizlikdir. Məhz bu dönümdə qəbizlik yarana bilər. lakin bu, əvvəl və ya sonar da ola bilər. Qəbizliyin səbəbi bağırsaqların peristaltik fəallığının zəifləməsidir. Bu o, deməkdir ki, qida kütləsi bağırsaqlardan həvəssiz keçir, gecikir və bərkiyir. Peristaltik fəallığı zəiflədən orqanizmdəki hormonal dəyişikliklərdir. Böyüməkdə olan uşaqlığın da təsiri var. O, getdikcə qarın boşluğunda bağırsaqların yerini daraldır. Qeyd etmək lazımdır ki, uşaqlığın ölçüsü qəbizliyə daha çox, hamiləliyin sonrakı müddətində şərait yaradır.

 
Hamiləliyin 14-cü həftəsi
Nə zamansa «hamiləlik» anlayışı üzərində düşünmüsünüz? Rus dilindəki anlamı «bremya» (ağır yük, ağırlıq) sözü ilə bağlıdır. Hamiləlik həqiqətən çətin prosesdir. Bir də buraya erkən toksikoz əlavə edilsə, vəziyyəti təsəvvür etmək çətin olmaz. Bu da paradoks sayıla bilər – qadınların çoxu təsdiq edir ki, hamiləliyi məhz toksikozun hücumları zəifləyəndən sonra dərk etmişlər.

 
Hamiləliyin 15-ci həftəsi
Beləliklə, siz «hamiləliyin ikinci rübü» adlı ecazkar tamaşanın baş qəhrəmanı rolunu tamamilə mənimsəmisiniz. Gələcək ana fəxri adını vüqarla daşıya bilərsiniz. Ailə üzvləriniz də bunu yetərincə anlamalıdırlar. Adətən, bu dönəmdə ailədə gözlənilən artımla bağlı normal «işgüzar» münasibət yaranır. Hər kəs yardım etməyə, dəstək olmağa çalışır. Ailə üzvlərinizin hər cür iştirakını dəyərləndirin – xoşməramlı birgə çalışıb – cavablamalar ailə üvlərini yaxınlaşdırır, sanki ailəni «sementləyir».
İçinizdəki dəyişikliyə gəldikdə isə, güzgüyə baxdıqda qarnınızın ortasında qasığdan göbəyə qədər qəhvəyi xəttin uzandığını görəcəksiniz. Bunun səbəbi «melanin» adlanan xüsusi piqment maddəsidir. Hormonların növbəti işləyidir. Doğuşdan sonra keçib gedəcək.

 
Hamiləliyin 16-cı həftəsi
Bu həftə siz ilk dəfə dölünüzün tərpənişini hiss edə bilərsiniz. Əgər əvvəllər doğmusunuzsa və ya arıq bədən quruluşuna maliksinizsə, ehtimal daha yüksəkdir. Ümumiyyətlə, qadınlar ikinci hamiləlikdə dölün tərpənişini birincidən 2-4 həftə əvvəl hiss edirlər. Qadınlar bu hissi əvvəllər yaşadıqları üçün daha ayıq olurlar. Əslində, ilk hamiləliyin 22- 23 –cü həftəsinə qədər qadın dölün tərpənişini hiss etmirsə, təəccüblü deyil: sonrakı müddətdə dölün səxavətlə vurduğu dürtmələrdən fərqli olaraq ilk titrəyişlər çox zəif olur.

 
Hamiləliyin 17-ci həftəsi
Uşaqlığınızın dibi (yəqin sizin üçün uşaqlığın dibini üst saymaq asan olardı) qasığ birləşməsi ilə göbək arasındakı məsafədə yerləşir. Əgər siz «qasıq birləşməsinin» harada yerləşdiyini bilmirsinizsə, izah edirik: barmaqlarınızı astaca göbəyinizdən aşağıya doğru sürüşdürün, tezliklə əliniz sümüyə toxunacaq. Bu, qasırğa birləşməsidir.

 
Hamiləliyin 18-ci həftəsi
Yuxu və arxası üstə uzanmaq artıq sizi narahat edə bilər, çünki uşaqlıq böyüməkdə davam edir və qarın boşluğunda getdikcə daha çox yer tələb edir. Ayaqlarınızın, döş qəfəsinizin altına yastıq qoyaraq istirahət və yuxu üçün optimal vəziyyət alın. Fantaziyanızı işə salın –yalnız o, yastıqlardan münasib, ən effektli konstruksiya qurmağa kömək edər. Yeri gəlmişkən, əgər sizdə alınsa – bəlkə konstruktor qabiliyyəti sizinki qədər güclü olmayan hamilə rəfiqələrinizlə də bölüşəsiniz?

 
Hamiləliyin 19-cu həftəsi
Siz doğuşla bağlı psixi –proflaktik hazırlığı və Analıq məktəbini unutmamısınız? Bu barədə eşitməmisinizsə, mütləq ginekoloqunuzdan soruşun.
Tarix bəllidirsə, o zaman gözləyin.
Müxtəlif məişət çətinliklərini bəhanə gətirərək məşğələləri buraxmaq qəti yolverilməzdir.
Rusiyada, ABŞ da, Yaponiyada aparılmış statistik tədqiqatlar göstərir ki, belə kurs keçmiş hamilə qadınlar doğuş zamanı daha az ağırlaşmalara məruz qalırlar.

 
Hamiləliyin 20-ci həftəsi
Uşaqlıq getdikcə yuxarıya qalxmağa başlayır və qarnınız bir qədər irəliyə çıxır. Hamiləlik müddəti ilə həmahəng bu hadisə vüsət almağa başlayacaq. Ola bilsin ki, tənəffüsünüzdə bir qədər çətinlik yaransın, çünki qarın boşluğundakı daxili orqanlar diafraqmanı yuxarıya basır və bununla da ağciyərlərinizin rahat hərəkət etməsinə mane olur. Döl aşağıya – çanaq nahiyyəsinə düşməyincə, bu, belə olacaq. İlk hamiləlikdə bu, doğuşdan bir neçə həftə əvvəl, sonrakı hamiləliklərdə bilavasitə doğum ərəfəsində baş verir.

 
Hamiləliyin 21-ci həftəsi
Körpənizin cinsiyyəti haqqında fikir söyləyənlər yəqinki, əfsanə və xalq deyimlərinə əsaslanırlar. Bəzi hamilələr də maraqlarını üstələyə bilmirlər və yorucu hesablamalara qatılırlar. Digərlərini isə bu, əksinə qıcıqlandırır.
Dölün cinsiyyətinin proqnozu üçün müxtəlif sistemlərdən (Çin diaqramı, yaxud populyar qəzet və jurnallarlda dərc olunan tövsiyələr) istifadə cazibədar görünə bilər, lakin əksər halda bu öncəgörmələrin dəqiqliyi yüksək deyil.

 
Hamiləliyin 22-ci həftəsi
Əhvalınız əvvəlki kimi yaxşı olmalıdır.
Hamiləlik zamanı cinsi yaxınlıq ər –arvad arasında bəzən çox müzakirə olunur, bəzən də bu barədə heç danışılmır. İnsanların əksəriyyətinin bu dövr üçün seks barədə düzgün təsəvvürü yoxdur. Bunu müzakirə etməyin tam vaxtıdır.

 
Hamiləliyin 23-cü həftəsi
Məsləhətxanada ginekoloq sizin qarnınızı əlləyir. Bu, mövqeyi müəyyən etmək üçündür. Qərarın boşluğunda dölün yerini təyin edilməsi üsullarından biri belə adlanır. Əlavə olaraq, santimetrlə uşaqlıq dibinin dayanıqlı vəziyyətdə hündürlüyü ölçülür. Deyildiyi kimi, uşaqlıq dibi onun ən yuxarı hissəsidir (qübbə). Bu göstəricilərin ölçülməsi dölün böyümə tezliyi barədə mühakimə yürütməyə imkan verir. Göstəricilərin çox kiçik, «çox böyük» dəyişikliyi barədə narahatlığınızı önləmək üçün deməliyik ki, bəzi yayınmalar mümkündür. Narahatlığa əsas olsaydı, ginekoloqunuz bu barədə sizi xəbərdar edərdi. Tam əminlik üçün bu sualla ona müraciət edin.

 
Hamiləliyin 24-cü həftəsi
Uşaqlığınızın dibi indi göbəyinizdən azacıq yuxarıda yerləşir.
Vaxtından əvvəl doğumun əlamətləri ilə tanışlıq vacibdir ki, (üç dəfə tüpürüb qapını döyəcləyək) heç kimi qəfil yaxalamasın.
Vaxtındanəvvəl doğum çox vaxt yay aylarında baş verir ki, bu da hamilə qadının həddən çox maye itirməsi ilə bağlıdır. Ona görə də əgər yay aylarıdırsa və hamiləliyinizin birinci rübünün sonudursa, maye qəbulu rejiminə diqqətlə yanaşmaqda davam edin.

 
Hamiləliyin 25-ci həftəsi
Yaxınlarda siz mama–ginekoloqunuzla tez–tez görüşməyə başlayacaqsınız.
Doğulacaq körpənizin yerləşdirilməsi barədə düşünmək vaxtıdır. Valideyinlərin çoxu ilk aylar körpə ilə bir otaqda qalmağa üstünlük verirlər. Gecə yedirmələri, bezin dəyişdirilməsi üçün belə daha rahatdır və s. Belə olduqda valideynin nigaranlığı da az olur. Əgər yataq otağınızın yanında ayrıca uşaq otağı varsa və siz körpəni burada yerləşdirməyi qərara almısınızsa, o zaman xüsusi aparatlar: körpələr üçün monitor, qidalanma üçün taymer və s. əldə edin. Bu variantın da öz üstünlükləri var: körpə yalnız yatmağı öyrənir və eyni zamanda ər–arvad münasibətləri də qaydaya düşür (körpənin yanında sekslə məşğul olmağa utanırlar).

 
Hamiləliyin 26-cı həftəsi
Sizin monopoliyanız bitmişdir. Körpənizin hərəkətlərini indi ailə üzvləriniz də hiss edə bilərlər. Öncə mütləq atanı sevindirin (əgər əvvəllər ona bu imkanı yaratmamısınızsa).
Yeni bir çətinlik – yataqda yuxu və istirahət üçün rahat hal axtarışları. Axı hər zaman sol böyrü, ya sağ böyrü üstə uzanmaq da mümkün deyil! Həm də ailə üzvlərini gecələr narahat etmədən vanna otağına, mətbəxə keçmək imkanınız da olmalıdır. Hamilələr üçün xüsusi çoxfunksiyalı döşəklər istehlakçıları razı salır. Təəssüf ki, satışda belə döşəklər yox dərəcəsindədir. Ona görə də əvvəlki varianta qayıdın – yastıqlardan quraşdırdığınız mürəkkəb konstruksiya həyatınızı yüngülləşdirə bilər. Bircə problem var – yastıqlar çox yer tutur və ailə yatağında Ana olmağa namizəddən başqa kimsəyə yer çatmaya bilər.

 
Hamiləliyin 27-ci həftəsi
Bu dövrdə çəkinizdə hissolunacaq dərəcədə artım ola bilər. Ətrafınızdakı adamların bu barədə müxtəlif rəyləri ola bilər, lakin bilməlisiniz ki, hamiləlik vaxtı çəkinin artması ziyanlı deyil. Çəkidə artım hamilə qadının orqanizmindəki sağlam dəyişikliklərə dəlalət edir.
Praktiki olaraq hər bir hamilə qadının süd vəzilərinin ölçüsünün və çəkisinin artması müşahidə olunur. Orta hesabla hamilə olmayan qadınların süd vəzilərinin çəkisi 200 qram, hamilələrin süd vəzilərinin çəkisi orta hesabla 780 qram olur!

 
Hamiləliyin 28-ci həftəsi
İndi siz mama –ginekoloqunuzla ikiqat artıq görüşəcəksiniz. Gələcək doğumun perspektivləri ilə bağlı mütəxəssislə məsləhətləşmənin tam zamanıdır. Doğumun ağrısızlaşdırılması, epizotomiya, doğum hərəkətinin stimulyasiyası barədə məlumatlanmanız faydalı olardı. Doğum zamanı bu situasiyalarla üzləşə bilərsiniz və bunların təyinatı, siz və körpəniz üçün müsbət və mənfi cəhətlərini bilməniz vacibdir.
Ola bilsin ki, sizin süd vəziləriniz qatı maddə (molozivo) ifraz edir. Əgər bu, baş verməyibsə, pis əlamət (məsələn, körpənin əmizdirilməsində gözlənilən çətinliklər) kimi qəbul etməyin.

 
Hamiləliyin 29-cu həftəsi
Üçüncü rübə xoş gəldiniz!
Döl böyüməkdə davam etdiyi üçün siz getdikcə daha çox diskomfort hiss edə bilərsiniz. Bu da təbiidir, böyüməkdə olan uşaqlıqla qonşuluqda sizin daxili orqanlarınız sıxılmağa başlayır. Xoşagəlməz halı azalmaq üçün qamətinizi dik tutun, müvafiq (bağırsaqlarda qaz yaradan sellülozalı ərzaqdan az istifadə edin), fiziki hərəkət və istirahətə diqqət yetirin. Bununla belə, tənəffüsünüzün çətinləşməsi, beldə və ayaqlarda ağırlıq, xoşagəlməz durum davam edə bilər. Dözümlü olun!

 
Hamiləliyin 30-cu həftəsi
Diskomfortun azalması üçün qamətiniz yenə əsas rol oynayır. Bədəninizin ağırlıq mərkəzi dəyişməkdə davam edir, ona görə də qamətinizə diqqət yetirin.
Səhhətinizin qorunmasında və fəaliyyətinizin yüksək səviyyədə saxlanılmasında fiziki hərəkətlərin əhəmiyyəti böyükdür. Doğuma hazırlıqda bu hərəkətlər çox kömək edə bilər. Ən əsası odur ki, canfəşanlıq etməyəsiniz, bu vaxta qədərki həyat tərziniz aktiv hesab olunmurdusa, daha diqqətli olmalısınız. Optimal gərginliyi piyada gəzinti və üzgüçülükdə ala bilərsiniz (yalnız qısa məsafələrə və aşağı sürətlə). Müxtəlif növlü gərilmələr də faydalıdır.

 
Hamiləliyin 31-ci həftəsi
Qarnınızın həcmi artmaqdadır, döş qəfəsi və çanaq nahiyəsində sizi narahat edən xoşəgəlməz hissiyyat var. Bu, təbiidir, böyüməkdə olan döl özü üçün daha geniş sahə tələb edir.
Bəzi qadınlarda bu zaman davamlı qıcqırma olur (əvvəllər epizodik ola bilərdi). Səbəb yenə eynidir. Böyüyən uşaqlıq digər orqanları əvvəlki yerlərindən sıxışdırır, mədənin işləməsi üçün bəzi çətinliklər törəyir. Az, lakin tez –tez yeməyə çalışın. Yeməkdən sonra yarıoturaq vəziyyətdə bəzən qıcqırmadan qurtarmaq olar.

 
Hamiləliyin 32-ci həftəsi
Uşaqlıq əzələlərinin yığılması (Brekston –Hiks, yadınızdadırmı?) daha tez –tez baş verə bilər. Adətən, bu dövrdə hamilə qadınlar doğum və onun qadın, uşaq və bütün ailə üçün doğuracağı problemlər barədə ciddi düşünməyə başlayırlar. Bunları düşünən tək siz deyilsiniz. Sualların sırası tipikdir.
Nə vaxt və necə doğum evinə yatırılacaqsınız? Özünüzlə nə götürməlisiniz?

 
Hamiləliyin 33-cü həftəsi
İndi siz ayrıd edə bilərsiniz: körpəniz sizi dizləri ilə, yoxsa dirsəkləri ilə təpikləyir. Baxmayaraq ki, o, əvvəlkindən daha az hərəkət edir. Yəqin ki, uşaqlıq boşluğunda zərif ritmik dümsüklər də hiss etmisiniz. Bu belə səbəbləndirilir ki, döl… hıçqırır!
Bu sizdə narahatlıq yaratmamalıdır. Doğuş prosesi, doğuşdansonrakı dövr və yenidoğulacaq uşaq barədə bilgiləri öyrənməkdə davam edin. İndi nə qədər öyrənsəniz, sonra sizin üçün bir o qədər asan olacaq. Dahi sərkərdənin dediyi «təlimdə nə qədər çətindirsə, döyüşdə o qədər asandır!» aforizmi yalnız əsgərlərə aid deyil.

 
Hamiləliyin 34-cü həftəsi
Bədəniniz doğuma hazırlanmaqda davam edir. Bəzən hiss edə bilərsinriz ki, uşaqlıq əzələlərinin yığılması əvvəlkindən fərqlənir. Gəlin doğum aktının əsas məqamları ilə tanış olaq.
Doğumun üç əsas mərhələsi var.

 
Hamiləliyin 35-ci həftəsi
Üçüncü trimesterdə dəmiri bol olan qidalar qəbul etmək çox vacibdir. Körpəniz öz bədənində dəmir ehtiyatı saxlamaq üçün bu əhəmiyyətli mineral maddəni sizin bədəninizdən qəbul edir. Ehtiyatını daha çox qırmızı qan hüceyrələri formasında saxlayır. Bu mənimsəmənin ən çox hissəsi doğuşdan öncəki son aylarda baş verir.
Başlar yoxsa quyruqlar. "Başım yuxarı olmalıdır yoxsa aşağı?" Başı aşağı ya da verteks vəziyyəti doğuş üçün ideal vəziyyətdir. Körpənizin başı(bədənin ən böyük hissəsi) uşaqlıq yolundan birinci gəldiyi zaman, doğuş daha rahat keçir. Körpələrin təxminən 3-4 faizi 35-ci həftəyədək bu vəziyyətdə olmur. Əgər doğuş zamanı başdan başqa hansısa bir bədən üzvü birinci görünərsə, buna tərs doğuş deyilir.

 
Hamiləliyin 36-cı həftəsi
İndi siz həkiminizlə hər gün görüşəcəksiniz.
Bu müddətdə körpələrin çoxu uşaqlıqda başıaşağı vəziyyət alırlar. Lakin yançağı aşağı (orta hesabla – 100 –dən dördü) yerləşən körpələr də olur. Bu, yançaq və çanaq vəziyyəti adlanır.
Bu doğuş zamanı bir çox problemlər yarada bilər, lakin problemsiz də ötüşə bilər. Mama həkimlər gələcək anaları dəfələrlə xəbərdar edirlər ki, doğuşun kesar əməliyyatı ilə aparılmasına real variantlardan biri kimi baxılmalıdır.

 
Hamiləliyin 37-ci həftəsi
Hamiləliyin, necə deyərlər, «mənzilbaşına» çatmısınız. İndi doğuş başlasa, çətin ki, həkimlər onu saxlamağa çalışsın. Körpənizi dünyaya gətirməyə hazırlaşdığınız doğum evi barədə ətraflı məlumat almağa çalışın. Yaxşı olar ki, əriniz və ya qohumlarınızdan kiminsə doğuşda iştirak edə biləcəyi yer olsun. Bu barədə bir az sonra danışacağıq. İndi isə uşağın döşlə qidalandırılmasından söhbət açacağıq.

 
Hamiləliyin 38-ci həftəsi
Ola bilsin, sizdə elə bir hiss olsun ki, sanki qarnınızın altından ayaqlarınıza doğru cərəyan keçir. Buna səbəb dölün çanağın dərinliyinə enməsi və bu zaman sinir gövdəsinə toxunmasıdır.
Biz doğum prosesi ilə tanışlığa kifayət qədər vaxt sərf etmişik. İndi gəlin daha bir məsələni – doğum palatasında ailə üzvlərinin iştirakını müzakirə edək.

 
Hamiləliyin 39-cu həftəsi
Artıq siz orqanizminizdəki dəyişikliyin xüsusiyyətlərini dəqiq müəyyən edə bilərsiniz. Gəlin doğuşun əlamətlərini müzakirə edək.
Döl getdikcə çanağın dərinliyinə, yəni uşaqlığın dibinə enir. Tənəffüsünüz yüngülləşəcək. Əgər bu, sizin ilk doğuşunuz deyilsə, o zaman hazır olun – doğuş «qaşla –göz arasındadır». Uşaqlıq yolu yumşalmağa başlayıb. Həkimlər bu vaxt uşaqlıq yolunu barmaqla yoxlayırlar, lakin uşaqlıq yolunun «yetişməsi» heç də həmişə doğuşun başladığına dəlalət etmir.

 
Hamiləliyin 40-cı həftəsi
Körpənin dünyaya gəlməsi!
Sizin orqanizminiz bu ana çoxdan həzırlanırdı. Həmin gün gəlmişdir. Qeyd etmək lazımdır ki, bu tarix dəqiq olmaya da bilər. Əslində. yalnız 4% -ə qədər qadın dəqiq vaxtında doğur. 98%- ə qəqədər hamilələr vaxtından bir–iki həftə tez və ya gec doğurlar. Əksər hallarda bu normal hadisədir.
Yadda saxlayın ki, körpənizin bu dünyaya hansı yolla gəlməsi o qədər də vacib deyil. Doğuş zamanı nəsə demisinizsə, onu xatırlayıb, bunun üçün utanmağa da dəyməz. Hər halda siz qəhrəmanlığa bərabər möhtəşəm bir iş görmüsünüz.


Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri