Hicablı gözəl (6-cı bölüm)

Müəllif: Lusi
Şərhlər: 7
Baxılıb: 5 219
Səs ver:
(səs: 1)
(Ölüm)
Səhər açılmışdı. Zəhraya gözəl bir səhər süfrəsi hazırlamışdım. Yeməkdən sonra yeni evlerinə gedəcəkdik. Zəhra yuxudan ayılıb aşağı düşdü.
Tunar: sabahın xeir sevgilim
Zəhra: sənində (utanmışdı)
Tunar: utanma Tunarın birdənəsi.. keç eyləş
Zəhra: (gülümsənərək) əllərinə salıq
Tunar: mən helə sənə nə qədər belə süfrələr hazırlaycam, yeterki sən belə gül hər zaman.
Səhər yemeyimizi yeyib yola çıxdıq. Günəş bizdən əvvəl gəlmişdi. İçəri keçib salamlaşdıq.
Zəhra: mən otağıma baxım gəlirəm
Tunar: yaxşı canım
Günəş: (sevinərək) yoxsaa, yoxsaa .. ay sizii
Hər ikimizədə sarıldı. Zəhra otağına gedən sonra. Üzr isteyirəm Tunar ilk Zəhranı mənə getirəndə sənin haqqında xoşa gəlməz sözlər danışdım. Amma indi Zəhranın üstündə necə əsib, titrədiyini görə bilirəm. Afərin sənə qardaş bacın səninlə qurur duyur.
Tunar: az teriflə gözlərim yaşaracaq indi) Mən Zəhranın yanına keçim.
Zəhranın otağı bənövşəyi və ağ rəngin çaralarında idi. Zəhranın öz isdediyi kimi sadə bəzədilmişdi.
Tunar: bəyəndin otağını
Zəhra: aha həmdə çox
Tunar: sonra üzüləcəksən amma
Zəhra: niyə?)
Tunar: biz hemişə sevgili qalmaycağıqki)) bəs sən mənim gəlinim olanda, sən artıq bu evdən köcəysən)
Zəhra: utandırmada məni (sinəsinə vurub gülərək)
Tunar: yaxşı, yaxşı) gəl bəri bir şəkil çəkdirək.
Şəkil çəkdirdik .Bu bizim ilk şəkilimiz idi. Tunarsız mən nə edərdim bilmirdim. Onu çox sevirdim. Həyat sonunda üzümə gülmüşdü.
Artıq axşam idi. Tunar getmişdi. Biz yeni evimizdə Günəşlə bərabər tv seyr edirdik. Günəşidə çox sevmişdim. Çox cana yaxın bir qız idi. Mənə Tunarın uşaqlığından bəhs edirdi. Çox dəcəl olbmuş. Mənsə uşaqlığmı heç xatırlamırdım..
Zəhrasız evdə ürəyim sıxlırdı. Neynəyəcəkdim mən yanlarındanda tezə gəlmişdim. Zəng edim? Amma yox narahat etmeyim indi onlar qız qıza söhbet edir. Ən yaxşısı atam gilə getməy idi. Həmdə onlara bu xəbəri demeyim lazım idi. Nəticədə mənim münasibətim Zəhra ilə ciddi idi. İndidən darıxırdım onsuz, bu qız məni necə özünə bağlamışdı. Onu çox sevirdim mən. Hazırlaşıb evdən çıxacaqkən qapının zəngi çalındı. Qapını açdım qarşımda Elvira.
Elvira: nə gözləyirsən? Məni içəri almaycaqsan(cavab gözləmədən içəri keçdi) təksən?
Tunar: niyə gəlmisən?
Elvira: (divanda eyləşib, qıcın qıcının üstünə aşırdır, qısa mini eteydə olduğu ücün özü qəsdən elə oturur) dünənkindən sonra dedim bir baş çəkim senə
Tunar: gedə bilərsən indi (o qədər narahat idimki belə. O an ağlıma Zəhradan başqa heç nə gəlmirdi. Ya Zəhra gəlsəydi indi? Mən necə başa salardım ona.. inanardı mənə görəsən? )
Elvira: indi gəlmişəm içki içmədən getmərəm.
Tunar Elviranın yanına gedib qolundan tutub ayağa durğuzub itəliyərək.
İçki falan yoxdu cəhənnəm ol evimdən! Birdə səni ətarfımda görməyim!
Elvira: hecmi arzulamırsan məni? Mən səni hələdə sevirəm Tunar
Tunar: Elvira bizimki çoxdan bitib xaiş edirəm birdə məni narahat etmə.
Elvira: neyə görə O qıza görə həə?! Bir ona bax bir mənə O qız isdədiylərini sənə verə bilər?!
Tunar: necə belə çirkin danışa bilirsən! Öldürərəm səni Elvira çıx evimdən!
Elvira: O qızda məndə olmayan nə var axı nəə!
Tunar: əxlaq var! (qolundan tutub qapıyı açıb atdım çölə səbrim daşmışdı artıq sonra qapını bağlayıb içəri keçdim) Dəli olacaqdım mən, evdə o baş bu başa gedirdim. Yox belə olmazdı. Nəsə fikirləşib tapmalı idim.
Günəşlərin evi. Qapı çalındı. Bu saatda gələn yəqinki Tunar idi. Qapını açdım. Qarşımda Arifi gördüm. Məni itləyib içəri kecib Günəş, Günəşş deyə bağırdı.
Günəş: sən mənim burda qaldığımı necə öyənmisən həə! Çıx evimdən gözüm görməsin səni
Arif: (Günəşin çənəsindən tutaraq) O gün o şüşəni başıma necə vura bildin hə!! Başıma necə yerdən tikiş atdılar! Bunun cavabın verəcəysən Günəş!
Günəş: (Arifi itələyərək) xəyanətinin bir bədəli olacaqdı!
Arif: demək belə həə..(gülümsənib bıcaq çıxartdı)
Zəhra ilə Günəş bıcağı görüb şoka düşdülər.
ya mənimlə gəlirsən yada burda elə işini bitirəcəm! Sən özünü nə sayırsan həə?!
Günəş: yenə çəkib gəlmisən üstümə! Qorxmuram mən səndən səninlədə gəlmiyəcəm bizimki qutardı!
Arif bıcaq ilə Günəşin üstünə gəlirdi. Gözü dönmüşdü. Bıcağı Günəşə vurmaq istəyərkən Zəhraya araya girdi bıcaq Zəhraya dəydi. Olanların şokundan yeni çıxan `Arif bunu görüb qaçır. Günəş isə Zəhra, Zəhra deyə bağırıb ağlamağa başlayır. Günəş özün toparlayıb tibbi yardıma zəng edir. Yolda isə Tunara zəng edir. Xəstəxana. Günəş “mənə görə oldu, mənə görə “deyib ağlayırdı. Yanına gedib qucaqladım “sənin bir günahın yoxdu... dua elə dua eləki Zəhrama heç nə olmasın.” Yerə çöküb oturmuşdum. O qədər ağlamışdimki gözlərim qızarmışdı. Ona bir şey olmasın Allahım. Onu yenicə tapmışkən itirə bilməzdim. Özümdə deyildim artıq.
Həkim otaqdan çıxdı. Sakit idi hələdə. Yaxasına yapışıb “Zəhra necədir hekim, Zəhra” deyə bağırdım. Həkim danışmırdı. Başın aşağı salmışdı. “Sizə Zəhra necədir dedim!” Gözlərimə kədər dolusu baxıb “Başınız sağ olsun” dedi.

Bölümün Sonu ..

Müəllif:
İ. Qönçə (Lusi)

Ps. Finala Son 1 bölüm
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 5 219
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri