Hüzurum (14-cü bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 4 205
Səs ver:
(səs: 3)
Əli idarənin önünə gəlib maşınından düşdü və içəri girdi. Qarşısına çıxanlarla salamlaşıb otaqlarının olduğu mərtəbəyə çıxdı. Və bu da bir gerçək idi ki, Əli ilə qarşılaşanlar təəccüblü idilər. Çünki Əlinin üzündə yüngül də olsa bir təbəssüm var idi. Normalda idarədə heç vaxt gülməzdi. Sərt idi işinin gətirisi olaraq. Otağa girdiyində digər yoldaşlarının gəldiyini gördü.

"Salam." deyərək stuluna oturdu.

"Ala neçə dəfə deyəcəm 'salamun aleykum' deyəcəksən. Salam nədir e?" dedi Yaqub.

"Müəllimlik eləməyi kəs də." dedi Əli stulunda geriyə söykənərək.

Yaqubun telefonu çalınca ekrana baxdı və bir nəfəs alaraq açdı telefonu. Zəng vuran arvadı idi və ərindən bir şey istəyirdi.

"Mən indi haradan tapım onu yazın ortasında." deyərək həfif bir bezginlik və əsəblə danışdı. Təbii arvadı ağlamaqlı səsi ilə "Bağışlayın Yaqub bəy. Sizi də narahat edirik. Biz gedib oğlumla taparıq." deyə danışdı.

Yaqub cəld yerindən qalxdı. "Heç hara gedə bilməzsən Gülnar. Qarnın burnunda hara gedəcəksən! Məni əsəbləşdirmə!" deyərək əsəblə danışdı. Arvadının ağlamaqlı səsi ilə əllərini saçlarından keçirtdi. Bu hamiləlik nə mənəm bir şeydi belə!

"Nə isə, söndürürəm." dedi qadın və Yaqub "getmirsən heç bir yerə, başa düşdün məni həyatım?" dedi daha anlayışlı bir səs tonu ilə. "Yaxşı həyatım." dedi qadın və ərinin bir şey deməyini gözləmədən telefonu söndürdü. Yaqub bir telefona baxır, bir də arvadının telefonu söndürməyini düşünürdü. Bu hamilə qadınlar çox küsəyən olurdular.

Hüseyn, Əli və Əmir bu danışığı stullarında geriyə söykənib əllərini sinələrində birləşdirərək izlədilər. Qəhqəhə atmamaq üçünsə özlərini güclə saxlayırdılar. Təbii, özəlliklə Əmir və Hüseyn. Əli isə o anlarda başqa aləmlərdə idi. Orası isə sadəcə Əliyə özəl idi.

Yaqub oflayaraq stuluna yenidən oturdu. Telefonu da əsəblə masanın üstünə fırlatdı. Arvadı hamilə idi və onun heç olmayacaq şeyləri aşərməsi Yaqubu yorurdu. Hüseyn və Əmir göz gözə gələndə bir birlərinə göz qırpıb telefonlarını qulaqlarına götürdülər. Anında oyunlarına başladılar.

"Alo həyatım." deyərək incəltdiyi səsiylə danışdı Hüseyn.

Əmir isə qalın səsiylə "Eşidirəm həyatımın mənası, uşağımın anası, qəlbimin sahibi." deyərək danışmağa başladı. Təbii anında başına yumruğu yeməyi bir oldu Yaqub tərəfindən.

"Ala sizi parçalayaram adam olun!" dedi Yaqub əsəblə.

Heç onu sayan var idi ki? Cavabı bəsit idi. Yox idi!

"Ayy evimin əri, oğlumun atası, ürəyimin vəhşi kişisi." deyərək danışdl Hüseyn.

Gülməmək üçün güclə tuturdular özlərini.

Əli əlinə öz telefonunu aldı və rəhbərə girdi. Görəsən Hüzur universitetə gedib, deyə düşündü və özünə anında əsəbləşərək telefonu masanın üstünə qoydu.

O sırada ihbar gəldi və polis maşınlarına minib yola düşdülər.

"Ramazanın ilk günü iftara bizdəsiniz brat!" dedi Hüseyn Əliyə.

"Bu haradan çıxdı indi?" deyə soruşdu Əli.

"Səidə sultanın işi. Gəlib gəlməmək sənə qalıb. Amma onu bil ki, gəlməsən Səidə sultan sənlə bir daha danışmaz." dedi Hüseyn ciddi bir səslə. Səsi nə qədər ciddi olsa da üzündə alaylı bir ifadə var idi. O iftar yeməyi çox əyləncəli keçəcəkdi vəssalam və Hüseyn indidən əylənməyə başlamışdı.

İş saatının bitməyinə az qalmışdı. Əli telefonu alıb arvadına zəng vurdu. Ramazan gəlib çatmışdı və dəvəti desə yaxşı olacaqdı Hüzurun anasıgilə söz verməməyi üçün. Amma zəng çatmırdı. Əli gərildi. Neçə dəfə ard arda zəng vurdu amma hamısında da eyni qadının səsi "bu nömrəyə zəng çatmır. Telefon ya söndürülüb ya da əhatə dairəsi xaricindədir." Sonra da ingiliscəsi. Əli əsəblə dişlərini sıxırdı. Bu qız harada idi? Telefonu niyə sönülü idi? Otağın o başında, qulağında telefon. Amma yenə cavab yox idi!

"Brat nə oldu? Kimə zəng vurursan belə?" deyə soruşan Hüseyn dostunun yanına gəldi. Üzü ciddiləşmişdi.

"Hüzura zəng çatmır." dedi Əli. Səsi əndişə dolu idi və ən çox da əsəb və qorxu.

Hüseyn də dostunun səsindən hər şeyi anlamışdı. Əlinin çiyninə yavaşca vurub dostanə bir şəkildə sıxaraq "Bəlkə evdədir? Dərsləri neçədə qurtarır?" deyə soruşdu.

Əli öncə dostuna baxdı, sonra da saata baxdı. 17:42. "Dərsləri çoxdan qurtarmışdır" Ardıyca da "Mən çıxıram." deyərək otaqdan sonra da idarədən çıxdı. İlk olaraq evə getdi amma qapını açan olmadı. Açarla qapını açıb evə girdi. Sırayla bütün otaqlara baxdı amma heç kim yox idi. Əli nigarançılıqla evdən çıxdı və evin yaxınlarındakı dükanlara və mağazalara baxdı amma axtardığı üzü tapa bilmədi. Nigarançılığı yavaşca qorxuya dönüşdü Əlinin. Telefonu çalan kimi telefona baxdı amma gözlədiyi insan olmadığını görüncə əsəblə açdı telefonu.

"Hə?"

"Tapdın?"

"Yox."

"Universitetə baxdın?" deyə soruşdu Hüseyn. O da qorxmağa başlamışdı düzü.

"İndi ora gedirəm."

"Mənə də xəbər elə brat." deyən Hüseyn dostunun onaylayan səsini eşidib telefonu söndürdü. Əli cəld dayanacağa tərəf irəlilədi. Bir də dala qayıdıb maşınını ya da motorsikletini götürə bilməzdi. Dayanacağa gəlib gələn avtobusa mindi. Ayağı ilə ritm tuturdu. Bu da nigaran olduğunu ya da qorxduğunu göstərirdi. Bu duyğu qarmaşasını ilk dəfə hiss edirdi. Universitetin dayanacağına gəlincə düşdü və cəld addımlarla universitetin həyətinə girdi. Masaların olduğu tərəfə irəliləyincə axtardığı üzü tapdı amma heç gözləmədiyi bir şəkildə. Əllərini yumruq tutub önündəki görüntünü izləməyə başladı.

Hüzur və Nuranə danışıqları arasında söhbətlərini bölən oğlana çevirdilər baxışlarını. Bu oğlanı tanıyırdılar. Eyni bölümdə oxuyurdular.

"Bağışlayın narahat edirəm qızlar. Mənə bugünün dərs notlarını verə bilərsiz? Fotokopi elətdirib gətirəcəm."

Nuranə gülümsəyərək "Əlbəttə ki Rəşid. Ancaq mənim notlarım qarışıqdır biraz. Hüzurun notlarını fotokopi elətdirə bilərsən." dedi.

Hüzur təbəssüm edərək "təbii ki, buyur." deyərək masanın üstündəki dəftəri ona uzatdı. Üzünə heç baxmamışdı.

"Təşəkkür edirəm. 10 dəqiqəyə gətirərəm dəftərinizi." deyən Rəşid gülümsəyərək yanlarından ayrıldı.

Hüzur rəfiqəsinə mənalı mənalı baxaraq "Deməli Rəşid. Adını da bilirik!" dedi soruşan bir şəkildə.

"Hahah az eyni bölümdəyik. Necə bilməyim?"

"Mən bilmirəm amma!"

"O sənin problemin. Yəni evlisən normaldır." deyərək göz qırpdı Nuranə.

10-15 dəqiqə sonra Hüzur
"Day duraq e saat da gec oldu." deyərək ayağa qalxdı. Nuranə də onaylayaraq ayağa qalxdı. Tam o sırada Rəşid də gəldi əlindəki fotokopilər və dəftərlə.

"Təkrardan çox sağ ol Hüzur."

"Bir şey deyil." deyə cavabladı Hüzur və uzadılan dəftəri əlinə aldı.

"Doğurdan da çox səliqəli not almısan. Bundan sonra bütün notlarımı səndənmi alsam?" dedi. Üzündə şəhanə bir gülümsəmə var idi və buna qarşılıq olaraq Hüzur da başını əyərək kiçik bir təbəssüm etdi. Əli bu tamaşaya daha çox dayana bilməyərək onların yanına irəlilədi və tam arvadının yanında durdu.

Hüzur yanında birinin varlığı ilə başını qaldırdı və ərinin əsəbi üzü ilə qarşılaşdı

"Nə lazım idi qaqaş?" deyən Əli qarşısındaki bu gülən adama baxırdı. 'Nəyə gülür bu dingil?' deyə içindən soruşan Əli təkrardan arvadına çevirdi.

"Hüzurdan dərs notlarını almışdım qaqaş." deyə qarşılığını verdi Rəşid. Qaqaş kəlməsinə ayrı bir ton vurğulayaraq.

"Hüzur xanım deyəcəkdin deyəsən." dedi Əli.

"Dostlar arasında xanım ya da bəy ünvanlarını işlətmirik. Siz deyəsən bilmirsiniz?" deyən Rəşid alayla gülümsəməsinə davam edirdi.

Hüzur və Nuranə iki oğlan arasındakı dialoqa qulaq asır həm də izləyirdilər.

"Mənim həyat yoldaşım sənin dostun ola bilməyəcəyinə görə ünvanları işlətməyə diqqət edək bundan sonra." dedi Əli və tək qaşını qaldıraraq baxmağa davam etdi.

Hüzur 'yoldaşım' kəlməsi ilə bütün qorxusunun yox olduğuna and içə bilərdi. Nə də gözəl yaraşırdı! Hüzur ərinə çevirdi baxışlarını.

"Ola bilər. Bu arada mən Rəşid." dedi.

Əli ona baxan özündən kiçik olan oğlana baxdı alayla. Ardıyca da Nuranəyə tərəf dönərək "sən evə tək gedə bilərsən?" deyə soruşdu.

Nuranə anında başını müsbət mənada tərpətdi.

Əli yenidən qarşısındakı oğlana baxdı. "Mən səni göndərməmiş uç buradan." dedi və arvadının əlindən tutdu. "Bir də səni arvadımın ya da rəfiqəsinin yanına yaxınlaşdığını, onlara ünvansız səsləndiyini görməyəcəm." dedi və arvadı ilə bərabər arxasını döndü cəld addımlarla irəlilədi.

Hüzur indi ürəkdən gedə bilərdi. Bəli, bəli... İndi sevdiyi adam əlindən tuturdu. Necə gözəl bir şey idi bu. İnsan özünü necə dəyərli hiss edirmiş. İlk dəfə idi ki, əl ələ idilər. İlklərini yaşayırdı sevdiyi adamla. Qorxusu tamamilə getmişdi və yerini xoşbəxtlik almışdı. Xoşbəxtliyin yanında da ümid.

Gülümsədi.

"Bir də çöldə gülmə. Qadağan eləyirəm bunu sənə!" Əlinin səsi düz və sərt idi. Heç bir etiraza məhəl verməyəcək tonda idi. İndi arvadının əlindən tutduğunun fərqində idi amma bərk tutduğunun fərqində deyildi. Ki elə Hüzur da bunun fərqində deyildi. Sevdiyi adam əlini tuturdu, gerisi önəmli deyildi. Ona sərt bir şəkildə söylədiyi ilə gülümsəməsi soldu və başını yüngülcə qaldıraraq "Güldüyümü necə gördün? Mənə baxmırsan axı" deyə soruşdu.

Əli arvadının gözlərinin içinə baxaraq "Yanımdasan, əlini tuturam və sənə baxıram həyatım." dedi tək tək kəlmələrin üstünə basaraq.

Hüzur baxışlarını qaçırmadı, Əliyə baxmağa davam etdi. Və Əli o anda əsas əsəbini xatırladı və əsəblə qışqırdı.

"Telefonun niyə sönülüdür bayaqdan? Bir dənə telefona da baxa bilmirsən?"

Hüzur anidən gələn patlamayla gülümsəməsi soldu. Ümidi yox oldu. Sevdiyi adamın gözlərinin içinə baxaraq səssizcə mırıldandı.

"Ümidi olanın acısı bitməzmiş!"

Bölüm sonu...

Yazar: Məryəm
(səs: 3)
Şərhlər: 2
Baxılıb: 4 205
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri