Hüzurum (25-ci bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 3 984
Səs ver:
(səs: 0)
Hüzur alarmı söndürmək üçün tərpənməyə çalışdı amma bacarmadı. Bədənini saran güclü qollar buna əngəl olurdu. Üzünü bədənini saran adama dönmək istədi amma yenə bacarmayınca ofladı. Bu adam necə güclüdü belə, deyə düşünərkən qulağında sevdiyi adamın ilk olaraq nəfəsini, ardıyca da yuxulu səsini eşitdi.

"Rahat dur!"

"Durmalıyıq, obaşdanlıqdır. Həm də sən demədin ki, acam."

"Yadıma gəlmir."

"Məncə işinə gəlməyəndə yadına salmaq istəmirsən." deyən Hüzur bədənini saran qolların gəvşəməsi ilə üzünü sevdiyi adama tərəf döndü və üz üzə gəldilər.

"Hüzur..." deyən Əlinin səsi olduqca yumşaq çıxmışdı. Baxışları arvadının onu isidən yaşıllıqlarında idi. Necə dənizə baxanda hüzurlu olurdusa, Hüzurun gözləri də onun hüzurlu olmasına səbəb olurdu.

"Hə ?" dedi Hüzur gözlərini adamdan bir an olsun qaçırmadan.

Əli arvadının üzünü incələrkən təbəssümü gülümsəməyə dönüşdü. "çox şirin görünürsən belə" dedi və əlini qaldırıb Hüzurun canını yandırmayacaq şəkildə dartdı. Bir daha nə şəkildə olur olsun, Hüzurun canını yandırmayacaqdı!

"Necə?" deyə soruşan Hüzur təəccüblü idi. Sevdiyi adamdan belə bir şey deməsini gözləmirdi. Buna görə də ağzı azacıq aralı qalmışdı.

Əli arvadının bu şaşqın halına qısa bir qəhqəhə atandan sonra çənəsindən tutub aralanan dodaqlarını qapadıb, göz qırpdı. "Mənə belə şirin şirin qarşılıq verəndə" dedi əlini arvadının çənəsindən çəkmədən.

"Hə yəni əvvəlki mən şirin deyildim?" səsi nazlı və küskün çıxmışdı. Əslində Hüzur çox xoşbəxt idi amma ərinə biraz daha nazlana bilərdi. Nə də olsa Əli kimi adamı bu hala gətirmək çətin işdi vəssalam.

"Əvvəlki sən məni bu hala gətirə bilməzdi."

"Şikayətçisən bundan?" deyə soruşarkən cavabın olumsuz olmaması üçün içdən içə narahat oldu.

Əli arvadının bu sevimli halı qarşısında özünü daha çox saxlaya bilməyib yanağından kiçik bir öpüş aldı. Hüzurun nazlı halı bir başqa gözəl idi.

"Dur arvad dur, dur gedək obaşdanlığımızı eləyək." deyərək yataqdan qalxdı Əli. Hüzur mızmızlanaraq "Ee sualıma cavab vermədin axı!" deyib yataqda oturdu qapıya tərəf gedən ərinə baxaraq.

Əli qapının cəftəsindən tutdu, oturan və maraqla cavab gözləyən arvadına göz qırpıb
"Zamanı gələndə deyəcəm." dedi.

"Bəs o vaxt nə zaman?" deyə soruşan Hüzur sevdiyi adamın üstünə gedirdi.

Əli otaqdan çıxmamışdan qabaq arvadına səsləndi, səsini sərt çıxarmağa çalışmışdı. "Hüzur."

" Hə?" dedi biraz çəkinərək. Ərinin səsini eşitməsi ilə çox qabağa getdiyini, hətta uşaqlaşdığını anladı.

Əli Hüzurun biraz öncəki səs tonundan çəkindiyini anladı və gülümsəməsini gizlətməyə çalışaraq başını önünə əydi və arvadına baxmadı. Otaqdan çıxmamışdan qabaq da "heç olmasa bir az ər sözü dinlə, dur gəl."dedi gülümsəməsi genişləyərkən qapıdan çıxdı. Çıxan kimi də qapıya atılan yastıq səsi ilə gülümsəməsi qəhqəhəyə dönüşdü.

" Puaah" deyən Hüzur ərinin dalıyca yastığı atınca biraz rahatladığını hiss etdi. Sevdiyi adamın qəhqəhəsini eşidincə gülümsəməsini əngəlləyə bilmədi və gülümsədi. Dilində yenə eyni şükr vardı.

'Eşqimi eşqimə nəsib etdiyin üçün şükrlər olsun Allah'ım...'

İmsaqdan sonra ər arvad öz kiçik camaatlarını yaradaraq, özlərini Yaradan'ın hüzuruna təslim etdilər. Namaza başladıqları anda bütün dünyalıqları geridə buraxdılar. Son səcdələrini etdikdən sonra zikrlərini etdilər və əllərini səmaya qaldırıb ürəklərindən keçən duaları səssizcə dilə gətirdilər. Hüzurun duasında Əli, Əlinin duasında Hüzur vardı.

Hər aşiqin xəyalı idi sevdiyinin duasında yer almaq. Hüzur və Əli də bir birlərinə dualarında yer verdilər, özləri də bilmədən.

Namazdan sonra ikisi də uzanmışdı. Əli elə o anda yuxuya getsə də Hüzurun gözünə yuxu girmirdi. Yata bilmirdi və sevdiyi adamla oturub söhbət etmək, vaxt keçirmək istəyirdi. Bu səssizlik onu boğurdu və daha çox dayana bilməyib "Əli." deyə səsləndi. Özü yatmırsa, Əli də yatmaya bilərdi. "Hmm..." deyən Əli başını yastığa daha çox basdırarkən əlləri yastığın iki yanında, üzü üstü yatmağa davam etdi.

"Dur da" dedi balaca qız uşaqları kimi.

"Nəə?"

"dur deyirəm."

Yuxulu səsi ilə "Neyçün?" deyə soruşanda əsnədi amma gözlərini Açmadı. Yuxusundan oyatdığı üçün əsəbləşməməyə çalışırdı. Əli üç şey qarşısında əsəblərini cilovlaya bilməzdi və ağzına gələni deyərdi. Onlardan biri ac olanda, biri sözü kəsiləndə, biri də yaxşı yata bilməyəndə. İndi onlardan birini yaşayırdı.

"yatma " dedi Hüzur.

" Neyçün?"

"istəmirəm"

Əli hərfləri yayaraq "nəyi?" deyə soruşdu.

"yatmağını."

"kim?" Əli yuxulu halı ilə soruşa biləcəyi ən məntiqli sualları soruşur və arvadının dərdini anlamağa çalışırdı.

Hüzur sonunda dözə bilməyərək "Allah eşqinə, Əli sən nə danışırsan? Dur deyirəm də." deyə danışdı huysuz uşaqlar kimi çıxan səsi ilə.

"Arvad," dedi Əli əlini yastığın üstündən qaldırarkən. Əsəbləşməməyə çalışırdı.
"Hə... "deyə mırıldandı Hüzur. Ərinin yatarkən -hər zamanki kimi- necə yaraşıqlı olduğunu gördü. Həm də yatarkən çox məsum görsənirdi.

" Uzan yat" deyən Əli gözünü yarı yarıya açaraq arvadını görməyə çalışdı və onu çiynindən tutub yatağa uzatdı. O anda arvadının təəccüb və reflekslə qışqırmasına üzünü buruşdurdu. Arvadının səsinin necə də ciyciy olduğunu düşünmədən edə bilmədi üzünü əvvəlki halına döndürərkən. Əli tək bir şey istəyirdi indi.

"Yata bilsəydim yatardım da." deyərkən ərinin onu bir anda yatağa atmasının təəccübünü üstündən atmağa çalışırdı.

Əli isə buna artıq bir son vermək istəyirdi. Yuxusunun qaçmasına çox az qalmışdı və Hüzuru bərk bərk boynundan tutaraq tərpənməyini əngəlləyirdi. "Niyə yata bilmirsən?"

"Nə bilim, yata bilmirəm."

"Gəl arvad, gəl " deyərək onu qollarının arasına alıb sinəsinə basdırıb gözlərini heç açmadan" İndi yum gözlərini yat və mən oyananana qədər də oyanma." dedi və yuxusuna qaldığı yerdən davam etdi. İstədiyi tək şey də gerçəkləşmiş oldu; arvadını qollarının arasına alaraq yatmaq.. . Hüzur sevdiyi adamın onu qollarının arasına almasına təbəssüm etdi və ərinin dediyini eləyib gözlərini yumdu və yatmaq üçün dua etməsinə belə gərək qalmadan yuxu tutdu onu. Məyərsə ehtiyacı olan tək şey ərinin qolları arasında olmaqmış...

❣❣

Hüseynin gecə boyunca gözünə bir qram da yuxu getməmişdi. Nuranəylə heç cür əlaqə qura bilmirdi. Yer yarılmış da içinəmi girmişdi bu qız? Nə olmuşdu belə qeybə çəkilmişdi anlamırdı. Nuranənin hara getdiyini bilsə bilsə Hüzur bilərdi. Bunun üçün tələsirdi amma saat bir dəqiqə dəqiqə irəliləyirdi, vaxt keçmək bilmirdi. Nə vaxt saata baxsa bayaq baxdığından sadəcə bir dəqiqə keçmiş olurdu. Nə olardı, tez günorta olsaydı...

Sıxıntıyla iki əlini saçlarının arasından keçirdi. İndi siqaretə ehtiyacı var idi amma içə bilmirdi. Belə olmayacağına qənaət gətirincə əynini dəyişib otaqdan çıxdı. "hara?" deyə soruşan anasına da "işim var" deyib maşının açarını alıb evdən çıxdı. Pilləkənləri iki üç düşərkən bir zaman Nuranəni düşünərək mahnılar oxuyardı amma indi vəziyyət dəyişmişdi Hüseyn heç nə düşünmək istəmirdi. Nuranə gedişi ilə sanki Hüseynin hisslərini də özü ilə aparıb getmişdi. Son sürət sürdüyü maşını ilə qısa müddətdə Əlinin evinin önündə idi. Qapını döydü. Saat 12-yə gəlirdi amma qapını açan yox idi.

Hüzur qapının çaldığını eşidincə gözlərini çətinliklə açdı. Ərinin qollarının arasında tərpənərək "qapı çalır..." dedi.

Əli oflayaraq "çalar çalar susar." dedi.

Qapı durmadan çalınca Əli əsəblə yataqdan qalxıb otaqdan çıxdı. Kim olduğuna belə baxmadan açdı qapını. Onu yuxusundan oyadanın üzünə yumruq atmaq üçün hazır hiss edirdi özünü.

Hüseyn qapını açan Əlinin sərt üzünü görməməzlikdən gəldi. İndi heç bir zarafata baş vurmayacaq halda idi. Nuranənin harada olduğunu öyrənməli idi biraz da olsa rahatlaya bilmək üçün.

Əli dostunun bitkin halına görüncə "Nə olub Hüseyn? Səidə xalaya bir şey olub?" dedi nigaranlıqla. Hüseyn sadəcə başını iki yana tərpətdi. Allah'a şükrlər olsun ki, anası yaxşı idi. Olan ürəyinə olmuşdu...

"Nuranə yoxdu!"

Hüseyn bunu elə bir tərzdə demişdi ki sanki canından can qopardırdılar.

Əli Hüseynin niyə bu halda olduğunu qismən anlayaraq qırağa çəkilib, dostunu içəri dəvət etdi. Hüseyn tamamən açılan qapıyla içəri keçib qonaq otağındakı divana atdı özünü. İki əliylə üzünü qapatdı. İlk dəfə belə şeylər hiss edirdi və sevdiyinin tərk edişi çox can yandıran idi.

"beş dəqiqə gözlə gəlirəm " deyən Əli yataq otağına girib ona maraqla baxan arvadına" Hüseyn gəlib. Çox pis bir haldadır. " deyib açıqlamasını etdi. Qarderobdan tünd göy rəngli cins şalvarını və üstünə də ağ rəngdə t-shirt'ünü alıb arvadına baxdı. Bir şey deməsinə gərək qalmadan Hüzur arxasını ona dönüncə gülümsədi. Cəld şalvarını geyindi." Dönə bilərsən" dedi, tişörtünün ətək qismini aşağı çəkərkən.

Hüzur yanaqları qızarmış bir şəkildə "Nə olub? Pis bir şey olmamışdır inşAllah." dedi səsindəki əndişə ilə.

"Bilmirəm arvad, gedim danışım görüm nə olub. " deyərək qapıya yönəldi. Otaqdan çıxmamışdan qabaq da arvadına tərəf dönüb " Nə geyinəcəksən?" deyə soruşdu.

Hüzur bu suala bir məna verə bilməyib boş boş baxdı. "Başa düşmədim" dedi.

"Bizim yanımıza gələndə nə geyinəcəksən deyirəm."

Hüzur anladığı ilə genişcə gülümsəyərkən "bilmirəm ki, həyatım, ımm nə geyinim görəsən.?" dedi əylənərək.

Əli Hüzurun tam önündə durub "Məncə bilməlisən" deyib tək qaşını təhdidvari bir şəkildə qaldırdı.

"doğurdan aşkitom? "

Əli arvadının aşkitom deməsi ilə üzünü buruşduraraq "aşkitom nədir e? Mən yumşağam?" deyə soruşdu.

Hüzur ərinin belə üsyan edərmiş kimi söylədiyinə səsli gülüncə, Əli tez arvadının dodaqlarını öz əliylə bağladı. Ona qocaman gözləri ilə baxan arvadına doğru əyilib "Sənə neçə dəfə deyəcəm? Bu gözəl qəhqəhələrini sadəcə biz yalnızkən ata bilərsən. Biri eşidər, gülüşünə tutular, dözə bilmərəm mən." dedikdən sonra əllərini arvadının dodaqlarından çəkdi. "Başa sala bildim?" dedi arvadından uzaqlaşarkən.

Hüzur sadəcə başını aşağı yuxarı tərpətdi. Başqa nə deyə bilərdi ki? Sevdiyi adamın qısqanclığının dərəcəsi qarşısında dili lal oldu.

Əli məmnunca gülümsəyərək arvadından tamamən uzaqlaşdı və qapının cəftəsini çəkməmişdən öncə son dəfə arvadına baxıb "Qapının ağzında gözləyirəm. Beş dəqiqən var. Tez geyin." deyərək otaqdan çıxıb qapının ağzında durdu. Üzündə isə son zamanlarda daimi qonağı olan gülümsəməsi vardı.

Hüzur beş dəqiqən var kəlməsi ilə tez özünə gəlməli olduğunu özünə xatırladaraq iki əlini də qaldırıb qızaran yanaqlarının üstünə qoydu. Qarderobun önünə keçərək sevdiyi adamı daha çox qısqanclıq krizinə soxmamaq üçün qara donunu aldı. Niyəsə don geyinməyi daha çox sevirdi. Tək rəng, bənövşəyi rəngli şarfını alıb başını örtdü. Yatağı yığışdırmağı sonraya saxlayaraq otaqdan çıxdı və divara söykənərək onu gözləyən əri ilə qarşılaşdı.

"Aa dostunu niyə gözlədirsən, ayıb oldu. " dedi ərinə baxaraq.

Əli arvadını eşitməmiş kimi üstünü incələdi və gördüklərinə məmnun olduqdan sonra gülümsədi. Hicabının gizlətdiyi saçları ancaq o görə bilərdi. Sağ yatağının üstündə bir iki tel saç görüb arvadına doğru əyildi. Həmin telləri şarfın altına gizlədəndən sonra "Hə, indi tamamıq. Day keçək içəri. Həm qonağımızı da çox gözlətməyək" deyərək göz qırpdı və qabaqdan özü otağa girdi. Arxada qalan Hüzur isə ərinin özündən ödün verməyən odunluğuna gülümsəyərək başını iki yana salladı və arxasıyca qonaq otağına girdi.


Yazar: Məryəm
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 984
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri