Hüzurum (26-cı bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 4 249
Səs ver:
(səs: 0)
Əli qabaqda gedərək qardaşım dediyi Hüseynin qarşısında oturdu. Bir müddət üzünü izlədi lakin gördüklərindən heç məmnun qalmadı. Bir şeylər olmuşdu nə olduğunu bilmək istəyirdi. Otağına girən arvadına qaş göz edərək yanına oturmasını səssizcə ifadə etdi. Hüzur yanına oturunca da divanda önə doğru əyildi.

"Nə olub?" deyə soruşdu.

Hüseyn əllərinin arasındakı başını qaldırıb qarşısındakı gənc cütlüyə baxdı. O da belə olmaq istəyirdi. Qəlbini ağrıdan qızın həyat yoldaşı olmaq istəyirdi. Həm sevdiyi yanında olsa qəlb ağrısı falan da qalmazdı. Bitkin səsi ilə " yoxdu, gedib" dedi başını təkrardan əllərinin arasına alaraq. Çiyinləri çökmüş vəziyətdə idi.

Əli heç bir şey anlamadı. Kim yox idi, kim getmişdi... "Kim gedib e? Adam kimi danış da." dedi əsəbləşməyə başlayan səs tonu ilə.

Hüseyn bitkin idi. Danışmağa halı yox idi. Göz altları göyərmiş, üzü solmuşdu. Başını qaldıraraq Əliyə baxdı.

"Nuranəni deyirsən?"

Bu sualı Hüzur soruşmuşdu. Anlamışdı qarşısındakı adamın çökmüş halından.

"Sənin xəbərin var?" dedi Əli. Səs tonu hesab soruşan kimi idi.

Hüzur sevdiyi adamın ona əsəbi bir şəkildə baxmasına duruşunu heç dəyişmədi. "Hüs-" demişdi ki, əri tək qaşını qaldırdı. "Xəbərim yoxdur. Dostunun vəziyyətindən anladım." deyərək açıqlamasını verdi.

Əli arvadının ağzından, bu dostu da olsa, heç bir kişinin adını eşitmək istəmirdi. Ki bunu da baxışları ilə bəlli etmişdi. Ağıllı arvadı da həmən anlamışdı uyarısını. Təkrar dostuna döndü və onun çökmüş halına baxdı. Bu hala gəlməsinə səbəb ancaq sevdiyi birinin getməsimi idi? İnsan başqa səbəblərdən ötrü də bu hala düşə bilərdi.

"Necə bildin?" deyə baxışlarını arvadına çevirdi.

"İnsan sevgisini itirəndə özünü də itirər. Gözlərinin içinə gülməz, yata bilməz, yemək yeyə bilməz və həyatdan soyuyar."

Hüzur gözlərinin içinə baxaraq demişdi bunları. Bir zamanlar Hüzur da bu vəziyyətdə idi. Amma şükrlər olsun ki, eşqinə sahib çıxmışdı sevdiyi adam. Əli arvadının söylədikləri ilə tək qaşını qaldırdı ilk öncə. Sonra da aralanan dodaqları məmnuniyyətlə yana doğru qıvrıldı. Arvadının gözlərindəki Şükrü gördü. Ona baxarkənki parıltısını gördü. Sağaltmışdı arvadını. Bəli, bəlkə aşiq deyildi amma ilk günlərdəki kimi pis də davranmırdı. Hüzura nə hiss etdiyini heç cür qavraya bilmirdi... Onun nə vaxtsa birdən onu buraxıb getmiş ola biləcəyini düşünəndə ürəyi ona arxasını dönüb, nəfəs almağını çətinləşdirirdi. Ya da arvadının onu Sevməkdən vaz keçəcəyi düşüncəsi... ruhu daralırdı. Hüzurun belə bir şeyi heç vaxt etməyəcəyini arvadının hər baxışında görür və rahatlayırdı. Hə, Əli Hüzurun onu sevmədiyini öyrəndiyi anda qapını çırpıb getməsindən dəli kimi qorxurdu. Hüzura alışmışkən onsuz yaşaya bilməzdi. Bu nə eşq, bu nə sevgi idi. Bu bambaşqa bir şey idi və Əli bunun adını qoya bilmirdi.

Hüseyn qarşısındakı bu sevgi tamaşasına qibtə etdi. Əgər Nuranə ona gəlmiş olsa idi, onlar da belə ola bilərdilər. Başını aşağı əyərkən üzgün çıxan səsi ilə "Biraz mənə fikir versəniz də dərdimə dərman tapsanız..." dedi.

Əli baxışlarını tez arvadından çəkib dostuna çevirdi. "Danış görək nədi dərdin."

Hüseyn bu sualı gözləyirmiş kimi başını heç qaldırmadan danışmağa başladı. Səsi üzgün və bitkin idi.

" Nuranə yoxdu... Bizə gəldiyiniz iftar yeməyindən sonra hər şey çox gözəl idi. Yəni... Biz... Danışmağa başlamışdıq. Sevgimə inandırmağa çalışdım. Hətta inandırdırdığıma inanmışdım amma... Bacarmamışam sən demə... " dedi və başını qaldırıb qarşısındakı ər arvada baxdı. Onların ona üzgüncə baxmasına qarşılıq heç utanma hiss etmədi. Eşqdən utanılar ki heç?
" Gedib... " deyərək danışığını sonlandırdı.

Hüzur Hüseynin Nuranə ilə danışdığını bilirdi. Danışdıqları zaman da Nuranənin necə sevincli olduğunu görürdü. Rəfiqəsi Hüseynlə çox xoşbəxt idi amma niyə Hüseynə gedəcəyini demişdi. "Gedəcəyini Nuranə özü dedi?" deyə soruşdu. Hüseyn başını mənfi mənada iki yana tərpətdi. Kaş ki özündən eşidəydim deyə düşündü. Bəlkə onda bu qədər çox canı yanmazdı.

"Zənglərimə, mesajlarıma cavab vermirdi. Mən də getdim evinə ki, görüm nə olub. Qonşusu çıxdı dedi ki gediblər."

Hüzur bu eşitdiyi ilə lap fikrə getdi. Bu işin içində başqa nəsə var idi amma nə? Ağlına gəlincə də "Bugün ayın neçəsidir?" deyə soruşdu.

Əli və Hüseyn birdən birə belə bir sual gözləmədikləri üçün ikisi də Hüzura baxmağa başladılar. Əli baxışlarını arvadından çəkdi.
"Nə baxırsan ala? Qabağına bax!" dedi.

Hüseyn belə bir reaksiya gözləmədiyi üçün "Məndən də qısqanırsan ala? Bacı deyirəm e BACI!" dedi bacı kəlməsini basdıraraq. Səsi bezgin çıxmışdı.

"Baxma elə diqqətlə!"

Hüzur sevdiyi adamın bu qədər qısqanc olması qarşısında yanaqları utancla qızararkən baxışlarını ərinə çevirdi. "Əli," dedi qısıq səsi ilə.

"Nə var!" deyərək əsəblə arvadına döndü. Və anında arvadına belə kobud davrandığı və səsini yüksəltdiyi üçün peşman oldu. Dostunun yanındaykən belə davranmamalı idi. Arvadını qırmışdı. "Bağışla Hüzur," dedi o da qısdığı səsi ilə. Qəhvəliklərinə anında yerləşmişdi peşmanlığın izləri.

Hüzur ərindən belə bir reaksiya gözləmədiyi üçün üzülmüş və sonradan onun gözlərindəki üzrü və peşmanlığı görüncə təbəssüm etdi.
"Qaqaş bugünün tarixi nə idi?" deyə soruşdu.

Hüseyn qaqaş kəlməsi ilə dostuna mənalı mənalı baxdı və xətasını anlamasını istədi. "16 iyun"

Hüzur ağlına gələnin doğru olduğunu anladı. Bu gün Nuranə üçün çox özəl bir tarix idi. Əslində özü özünə əziyyət çəkdirdiyi bir tarix idi və Hüseyndən sonra da bu tarixə önəm verməsi çox pis idi. Belə olmamalı idi. Nuranəyə Hüseyn layiq idi. O deyil! Amma heyf ki, Nuranə onu unuda bilməmişdi. "Qaqaş, bugünün səninlə heç bir əlaqəsi yoxdur." dedi üzgün bir şəkildə. Hüseyn heç bir şey anlamadı. Nə demək idi bu? Bəs onda niyə ona heç bir şey demədən getmişdi?

"Yəni bugün... Şey... Sevdiyi var idi aa..." dedi çətinliklə və cümləsini heç cür tamamlaya bilmirdi. Qarşısındakı adamın daha da pərişan olmağını istəmirdi.

Hüseyn Hüzurun hər kəlməsində daha da yıxılırdı. Belə bir şey gözləmirdi. Heç ağlına gəlməmişdi. O sevdiyi adamı tamamilə unutduğuna inanmışdı. Hüseynin özünü sevməsə də onu unutduğuna inandırmışdı özünü. Axmaqlıq idi!

Hüzur deyəcəyi cümlənin davamını gətirmək üçün dərin bir nəfəs aldı. "Onu ilk gördüyü gündü bugün... Yəni bir şeylər hiss e..." demişdi ki Hüseyn əlini qaldırıb susmağını istədi. Davamını eşitməyə dözə bilməyəcəkdi. Sevdiyi qızın başqasına hislər bəsləməsi çox ağır idi.

Əli Hüseynin bu halını görüncə baxışlarını arvadına çevirdi. Hüzur getsə o daha bətər günlərə qalacağına əmin idi. Çətin idi. Baxışlarını arvadından ayıra bilmirdi. Bütün ömrünü onun yaşıllıqlarına baxaraq keçirdə bilərdi.

"Mənimlə maraqlana bilərsiniz?"

Hüseynin səsi huysuz uşaqlar kimi çıxmışdı. Oyuncağı əlindən alınmış balaca bir uşaq kimi çıxmışdı. İndi tərifi olmayan bir acının içində boğulurdu.

Əli dostunun bu huysuz halına təbəssüm edərkən, Hüzur başını əyərək gülümsədi.

"Yaxşı oğlum atan bu dəqiqə maraqlanacaq səninlə." deyərək oturduğu yerdən yavaşca qalxarkən Hüseyn "Yoox. Brat bax... Eləm-" demişdi ki, üstündə Əlini tapdı.

Əli cəld Hüseynin üstünə atlayaraq divana yıxdı. Və iki yekə kişi boğuşmağa başladılar. Əlinin tək bir məqsədi vardı, o da qardaşım dediyi Hüseynin kefini yerinə gətirə bilmək idi. Ki bacarmışdı da. Qəhqəhələri havada uçuşurdu. Hüzur divanda boğuşan ikiliyə ilk əvvəl təəccüblə baxarkən, sonradan gülümsəyərək izləməyə başladı. Ərinin bu uşaq kimi halına heyran qalmışdı. Əli və Hüseyn divanda boğuşarkən yerə yıxıldılar və anında birindən acı bir nida töküldü. "Ahhhh!"

Hüzur cəld yerindən qalxdı və yerdə yatan iki adama baxdı. Üzündəki əndişəli ifadə bu səsin kimdən çıxdığını bildirən bir şəkildə idi. Heç bir hərəkət eləmir, sadəcə Hüseynin yerdən qalxmasını gözləyirdi. Beləcə ərinə kömək edə biləcəkdi. Əli yerə düşdüyü anda qışqırdı. Əlini belinə apararkən yanında ona baxan Hüseynə sərt bir şəkildə baxdı. "Ala nə baxırsan, kömək elə durum da!"

Hüseyn bir neçə dəqiqə də olsa çıxmışdı böhran havasından və bunun səbəbkarı dostundan başqası deyildi. Gülərək "Dur görüm" deyərək dostunun əlindən tutdu və ayağa qalxmağa çalışdılar. Çünki Əlinin acı dolu səsi təkrar qulaqlara doldu. Hüzur narahatlıqla "Ayy, nə oldu?" deyərək ərinə baxdı.

"Bacı, qorxma heç nə olmayıb. Naz eləyir." dedi və özü yerdən qalxdı, dostuna da kömək edib ayağa qaldırdı. Divana uzanmasına kömək oldu.

"Naz?! Nə naz ala??? Belimi qırdın ee!!!" deyən Əli sərtcə dostuna baxdı.

"Atam çox nazlısan ee." deyə özünü divana atdı Hüseyn.

"Ay mən sənin! Ala indi belə olmasaydım gör sənin başına nə oyun açırdım!"

Hüzur ikili arasındakı atışmanı izlədi. Ərinin əyilib üzünə baxdı. Heç canı ağrıyana oxşamırdı amma ağrımasaydı da elə qışqırmazdı. "Həkimə gedək?" deyə soruşdu. Səsindəki əndişə itməmişdi. Nə olursa olsun, ərinin o qışqırığı yadından çıxmırdı.

"Ay bacı heç yeri ağramır ee, uşaqlaşır da." deyən Hüseynə, anında başının altındakı yastığı atdı Əli. "Ala səni sayla verirlər?"

Hüzur ərinin bir neçə dəqiqə içində nə çox 'ala' kəlməsini deməsinə şahid olunca qaşlarını çatdı. Yerindən doğruldu.

Əli arvadının ayağa qalxması ilə "Hara?" deyə soruşdu.

"Gəlirəm" dedi düz səs tonu ilə və otaqdan çıxdı ...

Əli gedən arvadının dalıyca baxarkən düşüncələr içində idi. Hüzurun səs tonundakı fərqli tını da hiss etmişdi. "Nə oldu ki indi?" deyə soruşdu dostuna dönərək.

Hüseyn tezdən əvvəlki halına bürünmüşdü. Bir neçə dəqiqliyinə xoşbəxt olsa da yerini hüzn almışdı yenə. Bitkincə tək çiynini qaldırıb "Zarafat elədiyini başa düşdü deyəsən." dedi.

Əli "Doğurdan?" deyərkən oturduğu yerdə doğruldu. "Aktyorluğumda geriləmə var?" deyə soruşdu.

Hüseyn yenə çiynini yuxarı qaldırıb çəkincə "Əşii. Sənin də bu halın heç çəkilmir e." deyib ayağa qalxdı. Dostunun çiyninə əlini qoyub sözarası "Narahat olma. Həll eləyəcəyik."deyərək təsəlli vermək məqsədlə təbəssüm etdi və yataq otağına, arvadının otağına getdi. Onu nələr gözlədiyini bilmirdi və gərilirdi. Təqsirlilərin qorxduğu polis Əli Əkbərov arvadından qorxurdu. Bunu eşidən bilən olsa ad sanından geriyə heç nə qalmazdı.

Yataq otağına girib qapını qapatdı və arvadına baxdı.

"Nə olub Hüzur?"

Hüzur ərinin səs tonunu eşitməsi ilə qəhqəhə atmaq istədi amma edə bilməzdi. Elədiyi an ərindən azarı yeyəcəyini bilirdi. "Səncə nə olub Əli?" deyib ərinin sualına sualla cavab verdi.

"Sənə səsimi yüksəltdiyim üçün əsəbləşdin."

Hüzur başını mənfi mənada tərpətdi.

Əli düşündü və digər ehtimalı söylədi.

"Belim əzildi deyib sənə zarafat eləməyimə əsəbləşdin."

Hüzur təkrardan başını olumsuzca salladı.

Əli başqa nə etdiyini düşündü amma cavab tapa bilməyincə arvadına yaxınlaşdı.

"Bəs nə?"

Hüzur iki əlini də sinəsinin altında birləşdirib "Əli sən bugün neçə dəfə ala kəlməsini işlətmisən?" deyə soruşdu.

Əli heç belə bir şey gözləmədiyi üçün ilk öncə təəccübləndi, ardınca gülümsədi və daha sonra arvadını qollarının arasına alaraq bərk bərk qucaqladı. "Sən mənim bütün yaxşılıqlarımın qarşılığısan Hüzur." dedi bütün minnət dolu səsi ilə...

Bölüm sonu...

Yazar: Məryəm
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 4 249
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri