Hüzurum (27-ci bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 3 876
Səs ver:
(səs: 0)
Hüseyn dostunun evindən çıxandan sonra bulvara gəlib biraz sakitləşməyə çalışdı. Canı yanırdı. İlk dəfə belə şeylər hiss edirdi, həm də qarşılıqsız... İki əli də şalvarının cibində, başını yerə əyərək yeriyirdi. İndi getsə Nuranənin evinə... Qapını qırsa... Niyə səni sevməyən bir adam üçün yas tutursan desə, məni sevmək ehtimalın heç yoxmu desə... İçini töksə...

Edə bilərdi.

Hüseyn dəli dolu biri idi və bunu edəcəkdi. Gülümsəməsi genişləndi. İstiqamət sevdiyi qızın evi idi. Addımlarını sürətləndirdi. Tez maşınına minib evin önünə gəldi. Binaya girib sevdiyi qızın qapısının önündə durdu. Zili çaldı. Bir çaldı, iki çaldı, üç çaldı... Açan olmadı. İnadçı idi demək ki. Amma o inaddısa Hüseyn ondan da inadçı idi. Yerə çöməldi. Kürəyini dəmir qapının pərvazına söykətdi. Bir ayağını uzadıb digərini qırdı və əlini dizinin üstünə qoydu. Dərin bir nəfəs aldı və danışmağa başladı.

"Nuranə, içəridəsən, bilirəm. Aç qapını. Danışmaq istəyirəm."

Heç səs səda yox idi. Amma pes etmək də Hüseynə görə deyildi. O hər daim hər şeyin üstünə gedər və bacarardı. Nuranəni də özünə aşiq edəcəkdi. İnancı tam idi.
"Açmayacaqsan? Yaxşı elə olsun. Mən danışaram. Qulaq as amma ha, yaxşı? Dəlilər kimi öz özümə danışmış olmayım. Məni eşidirsənsə bir səs çıxara bilərsən?"

Hüseyn gözlədi hər hansı bir səs eşitmək üçün, tam ümidini itirəcəkdi ki ayaq səsləri eşitdi. Gülümsədi. Sonra başını da qapıya söykədi. "Niyə zənglərimə, mesajlarıma cavab vermədiyini bilirəm. Qınamıram səni. Bilirəm a...şiq...sən..." deyərkən son kəlməni söyləyərkən çox çətinlik çəkmişdi. Sevdiyi qızın başqasına aşiq olması çox ağırdı.

"Mən də sənə aşiqəm, " dedikdən sonra həfif gülümsədi." Mən sənə aşiqəm, sən başqasına. Necə gülməlidi hə? İkimiz də aşiqik, ikimiz də sevilmirik. " dedikdən sonra durdu. Gülümsəməsi acı dolu idi. Bir insan eşq ağrısı çəkərkən necə normal gülə bilərdi ya da necə qəlbi hüzurlu ola bilərdi?

Hüseyn heç bir səs eşitməyib danışığına davam etdi.
" Sənin necə ürəyin ağrıyırsa, mənim də ağrıyır. Sən necə əzab çəkirsənsə mən də əzab çəkirəm..." başını sinəsinə əydi. "Gəl əlini uzat mənə. İkimiz də ağrıyan ürəklərimizə dərman olaq. Sağaldaq bir birimizi."

Hüseyn başqa nə deyə bilər bilmirdi. Boğazı düyün düyün ikən danışmaq çox çətin idi. Özəlliklə bir kişi olaraq, qürurunu ilk başdan ayaqlar altına almaq, sevdiyi qızın dalıyca düşmək çox çətin idi. Eşqdə qürur olmaz deyənlərdən idi amma bunun da bir yerə qədər davam edəcəyinin də bilincində idi.

"Səndən sadəcə bir şey soruşacam. Əgər bunun cavabını versən, səndən heç vaxt getməyəcəm." dedikdən sonra başını qaldırdı və bağlı qapıya baxdı. Dərin bir nəfəs alarkən müsbət bir cavab almaq üçün dua edirdi. "Yanında olmağıma izn verərsən?"

Hüseyn tək nəfəslə sualını soruşub cavabı gözlədi. İçəridə onu dinləyən qızdan bir işarət gözlədi. Dəqiqələr bir birini qovarkən heç bir səs yox idi. Pes etmək üzrə idi. Qaşları çatıldı, dodaqları düz bir çizgi halına büründü, Əli yumruq halını aldı. Yavaşca yerindən doğruldu. Buraya qədər idi demək ki.

Arxa fonda "gitme, ölüm gibi zamansız gitme" mahnısı çalsa Hüseyn üçün uyğun olardı. Çiyinləri çökmüş bir şəkildə tam qapının önündə durdu. Son ümid bir işarət gözlədi amma gəlməyəcəyini də bilirdi. Bu eşqi tək başına yaşamağa məhkum idi.

Arxasını bağlı qapıya döndü və bir addım atıb gözlədi. Aşiq tərəfi vaz keçməməli olduğunu deyirdi. Addımlarını atıb pilləkənlərin başında durub başını arxaya çevirdi. Qapalı qapı ilə qarşılaşacağını zənn edərkən qapının önündə sevdiyi qızın ona baxdığını gördü. Necə eşitməmişdi qapının açılmaq səsini? Gözləyiş içində qıza baxdı və bir cavab gözlədi. Yoxsa bu bir işarətmi idi?

Hüseyn düz çizgi halındakı dodaqlarını yavaşca qıvırıb gülümsəyərkən "Bu..." demişdi ki, sözlərini gözləri qıpqırmızı olmuş Nuranə kəsdi.

"Mənim həkimim də, dərmanım da olarsan?"
Hüseyn şən bir qəhqəhə atdı. Əvvəlki şən Hüseyn geri gəlmişdi bu eşitdikləri ilə. Başını müsbət mənada sallayarkən addımlarını sevdiyi qıza doğru atdı. Onun başındakı hicaba hələ indi fikir verirdi. Əllərini uzadıb yanaqlarındakı göz yaşlarını siləcəkdi ki, sevdiyi qızın geri çəkilməsi ilə əlləri havada qaldı.

"Dinimizdə mənə toxunmağın günahdır."

Əli bu sözü çox işlədirdi. Diqqət etməsi gərəkən tək nöqtə bu sözü arvadının yanında ikən dilə gətirməmək, ya da çox tez tez işlətməmək idi.

Ayaqlarını divanda boylu boyunca uzatdı. Hüseynin bu vəziyyətinə üzülsə də bilirdi ki hər kəs alnına yazılanı yaşayırdı. Tək arzusu dostunun hiss etdiklərinə qarşılıq tapması idi. Qarşılıqsız sevgi çox pis olmalı idi. Bugünə qədər sevgililəri olsa da heç ciddi bir münasibəti olmamışdı.

Hüzur... Arvadı... Zorla evləndirildiyi qız... Onunla hara getdiyini bilmirdi. Heç nə əvvəlki kimi deyildi. Onun o yaşıllıqlarına qınaqsız baxdığı anda anlamışdı bir şeylərin dəyişəcəyini. O yaşıllıqlarda nə isə gizli idi. Sanki bir şeyləri anlatmaq istəyirdi amma bir məna verə bilməmişdi. Ta ki arvadının ona olan hislərini anlayana qədər.

Hüzur onu sevirdi. Evləndikləri, hətta qarşılaşdığı ilk andan bəri sevirdi. Bunu anladığı an qorxsa da, qaçışın olmayacağını bilirdi və buna görə də özünü hüzur selinə buraxmışdı. Arvadının eşqindən bəslənmək, qəlbində yer tutmasına izn vermək və ağlındakı qınaqları silməsini istəmişdi. Bacardı da. Hüzura qarşı bütün ön qınaqlarını silmişdi həyatından. Onun eşqi ilə daha sakit bir insan olmuşdu. Hətta arvadı yavaş yavaş ürəyini ələ keçirməyə başlamışdı belə.

Bundan qaça bilməmiş, ya da qaçmaq istəmişdi. Hüzur sözün əsl mənasında həyatında idi. Onu görmədiyi anda nigaran qalır, onun nazlandığı, ya da qısqandığı zaman çox xoşuna gəlirdi. Qısqanılmaq gözəl bir hiss idi və arvadı bunu bəlli etməkdən heç çəkinmirdi. Əli dodaqlarını yana doğru qıvırarkən ağlında nə izlədiyi futbol, nə də başqası vardı. Arvadından başqa düşündüyü yox idi və bu da vəziyyətin pisləşdiyinə işarə idi. Birinə bu qədər çox bağlanmaq, onun yoxluğunu düşündüyü anda ürəyinin ağrıması nəyə işarə idi, heç cür qavraya bilmirdi. Xoşlanmaqmı, eşqmi, sevgimi, nə? Buna cavab tapsa rahatlayacaqdı. Bəlkə onda hər şey daha fərqli olacaqdı.

Hüzur ərinin dostu gedəndən sonra yataq otaqlarını yığışdırmış, sonra da evi yığışdırıb süpürmüşdü. Sevdiyi adam TV izləyərkən özü də mətbəxə keçib iftar üçün hazırlıqlara başladı. Amma nə bişirəcəyinə heç cür qərar verə bilmirdi. Mətbəxdən səsləndi. "Əlii bura gəl."

Əli daldığı düşüncələrdən arvadının o şəffaf, insana hüzur verən səsi ilə çıxdı."Nə var " deyə cavabladı arvadını. Hər nə qədər arvadı həyatını ələ keçirsə də özündən taviz vermirdi. Əli Əkbərov belə idi. Polisliyin sərt rəftarını üstündən ata bilmirdi.

" Gəl demişdim" deyib mətbəxdən çıxdı, qapının eşiyində durdu. Ona isti şokolad qəhvəlikləri ilə baxan adamı görüncə bütün əsəbi anında keçdi. "Axşama nə istəyirsən bişirim?"

"Əşi neynirsən elə də" deyib baxışlarını tezdən tvyə çevirdi.

Hüzur iki əlini də yumruq tutub belinin kənarına qoydu. "Neynəyəcəyimə qərar versəydim səndən soruşmazdım Əli." deyərək ərinə baxdı. Ərinin baxışlarını ondan çəkməsi ilə tv'nın qarşısına keçib ərinin üzünə baxdı.

Əli tv'nın önünü kəsən arvadına tək qaşını qaldıraraq "Deyəsən əsəbləşmişik?" dedi təbəssüm edərkən. Arvadı ilə oynamaq xoşuna gəlirdi. Onun o sevimli mimikaları onu güldürürdü.
Hüzur ərinin bu dediyi ilə belindəki əlini havaya qaldırıb "Hii yox aa, nə əsəbləşmək???" dedi.

"Nə bilim, mənə elə gəldi." deyən Əli uzatdığı ayaqlarını xalçanın üstünə basarkən, iki qolunu da ayaqlarının üstünə qoydu. Baxışları arvadında idi.

Hüzur Əlinin duruşunu dikləşdirib ona meydan oxuması ilə bir əlini belinə qoyub digər əlini havada tutdu. "Mən heç sənə əsəbləşərəm?" "Əsəbləşməzsən?" deyə soruşan Əli bu səfər iki qaşını da qaldırıb ima ilə baxdı arvadına.

Hüzur iki əlini də qaldırıb 'nəbilim' işarəsi edərkən bunu dedikləri ilə də təsdiqlədi. "Nəbilim."

Əli ayağa qalxdı və arvadına doğru bir addım atdı. Tam qarşısında durdu." Ürəyin oyun oynamaq istəyir?" deyə soruşarkən səsindəki atmaca əllə tutulan cinsdən idi.

"Oyun oynamaq yaşını keçmişəm axı deyəsən," deyərkən səsi huysuz çıxmışdı.

"Onda Ramazan ayı tez qurtarsın."

"Niyə?"

"Oyun oynayacağımız uşaqlarımız olsun deyə."

Hər şey bura qədər idi. Hüzur sevdiyi adama təəccüblə baxarkən gözləri sona qədər açılmışdı. Eşitdikləri ilə dodaqları O şəklini alarkən gözlərini sevdiyi adamdan heç çəkmədi. Yalnış eşitmiş olma ehtimalı yox idi yəqin ki. Düz eşitmişdi. Əri onu tamamilə qəbullənmişdi və uşaq istəyirdi. Hətta uşaqlar!

"Niyə bu qədər təəccübləndin? Artıq tam mənada ailə olmaq istəmirsən?" deyib arvadına baxdı. Onun bu çaşqın halları gülümsəməsinə səbəb olurdu. Uşaq demək ailənin sevinci idi və ata olmaq istəyirdi. Amma sadəcə Hüzurdan uşaqlarının olmağını istəyirdi. Zatən başqa cür ola da bilməzdi. Hüzur onun idi və bu belə davam edəcəkdi.

Hüzur özünə gəldi. Dodaqları yana doğru qıvrıldı. Təbəssümü bir günəş ədası ilə qəlblərini aydınlatdı. Sevmək, sevilmək və qarşılığını almaq. Hüzur utancla yanaqları qızararkən sadəcə başını müsbət mənada salladı və işıl işıl yaşıllıqlarla sevdiyi adama baxdı.

Əli üçün ən gözəl ton idi Hüzurun gözləri... Hüzur verən gözləri...

Bölüm sonu...

Yazar: Məryəm
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 876
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri