Hüzurum (30-cu bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 4 110
Səs ver:
(səs: 0)
Əli maşını saxlayaraq arvadına baxıb "Düş gedək qarnımızı doyuraq." deyərək maşından düşdü. Arvadının da düşməsi ilə maşını kilidlədi. Yan yana gəlincə heç vaxt itirmədən arvadının əlini öz əlinin içinə aldı və restorandan içəri girəcəkləri sırada Hüzurun durması ilə durdu. Cavab gözlərcəsinə arvadına baxdı.

"Niyə durdun, yeri də." dedi Əli.

Hüzur gəldikləri restoranı görüncə duraqsadı. Buranın olduqca bahalı bir yer olduğu bəlli idi. Bunu xarici görünüşü ilə açıqca ifadə edirdi.

"Bəlkə başqa yerə gedək ?" deyə fikrini söylədi.

Əli Hüzurun birdən birə belə bir istək istəməsini anlamayınca "Neyçün? Nəsə oldu?" deyə soruşdu. Nigaranlığı lap artdı.

"Bura... bahalı yerə oxşayır." dedi. Sevdiyi adamın maaşı bəlli idi və belə yerlərə boşu boşuna gəlməyə ehtiyac yox idi.

Əli arvadının niyə durduğunu anlayınca ilk olaraq qaşlarını çatdı. Bundan sonra arvadının çəkingən baxışlarını görüncə qaşlarını əvvəlki halına gətirdi. Dodaqları yana doğru qıvrılarkən "Mənim xanımım ərini də düşünərmiş," deyərkən arvadını biraz daha özünə çəkdi. "Narahat olma, bura biz dostlarla gəlirik həmişə. Elə də bahalı yer deyil." dedikdən sonra arvadına baxıb göz qırpdı. Gülümsəməsi genişləyərkən arvadının bu düşüncəli rəftarına məmnuniyyətini də göstərirdi.

Hüzur sevdiyi adamın söylədikləri ilə "Hmm, kimdi görəsən o dostlar ?" dedi maraq içərisində və o marağının böyük qismini qısqanclıq tuturdu.

Əli arvadının qısqanclıq qoxan sualı ilə tək qaşını qaldıraraq "Oo o qədər insanla gəlmişəm bura, indi bir bir adlarını çəkim?" deyərək lağla qarşılıq verdi. Arvadının get gedə dəyişən baxışlarından çox da doğru yolda olmadığını anlamışdı amma vaz keçməyə niyyəti yox idi.

Hüzurun sevdiyi adamın dediyi ilə qısqanclıq bütün damarlarına gəzinərkən dirsəyi ilə sərt qarnına vurdu. "Buna bax ee. Arvadınam mən sənin. Xatırla arada!" dedi sevdiyi adamın qəhvəyi gözlərinə baxaraq. Əli arvadının bu sözündən sonra tək qaşını qaldırıb mənalı bir şəkildə baxıb başını arvadının qulağına doğru əydi. "Bugün...bugün tamamilə arvadım olacaqsan," dedi və hicabının üstündən bir öpüş qondurdu. Arvadının sürətlə qızaran yanaqlarına baxıb göz qırpdı və arvadının əlindən tutaraq restorana girdilər. Söylədiyində qərarlı idi! Mobil telefonuna gələn mesaj səsi ilə cibindən telefonu çıxartdı. Ekranı açdı. Mesaj Hüseyndən idi.

"Harda qalmısuz e sizi gözləyirik"

Əli mesaja qarşılıq olaraq "gəldik" yazıb göndərdi və başını arvadına çevirdi. Onun utancaqlıqdan sıyrılıb telefonuna baxmağa çalışması gülümsətdi. Arvadı tam da onun kimi qısqanc idi və bu qısqanclıqları evliliklərinə sevinc qatırdı. Əlbəttə ki, gələcəkdə Allah'ın izni ilə, sevinc qaynaqları qısqanclıq deyil, uşaq səsləri olacaqdı.

"Xeyirdi?" deyə lağla soruşarkən dostlarının oturduğu masanı görmüş, onlara tərəf irəliləyirdi.

Hüzur bayırda sevdiyi adamın qulağına açıqca fısıldadığı şeylə utancla qızararkən bir şey deyə bilməmişdi ancaq restorana girəndə telefonuna gələn mesajla bütün qısqanclığı ayağa qalxmış və sevdiyi adamın telefonuna baxmışdı birbaşa. İlk olaraq mesajın kimdən gəldiyinə baxanda 'Hüseyn' yazısını görüb içi fərahlayaraq dərin bir nəfəs almışdı. İndi də ərinə tutulması ilə nə deyəcəyini bilməsə də "Yoldaşımın telefonuna baxa bilmərəm yəni?" deyə soruşarkən ərinin iri addımlarına yoldaşlıq etməyə çalışırdı.

"Əlbəttə ki baxa bilərsən həyatım səndən gizlim yoxdu ki" dedi, telefonu əlində bir tur çevirib arvadına uzatdı. "İstəyirsən verim qurdalamaq işlərinə davam elə" dedi atmaca dolu səsi ilə.

"Sən belə deyildin Əli, xeyirdi?" deyə soruşdu Hüzur sevdiyi adama baxaraq.

"Xeyirdi həyatım xeyirdi. Əsərinlə qürur duya bilərsən."

"Sadəcə məni sevməyinlə qürur duya bilərəm." dedikdən sonra baxışlarını sevdiyi adamdan çəkərək önünə döndü.

"Allah'a Şükr, gəlib çıxdız."

Əli dostları ilə salamlaşdı. Yaqub, Əmir, Hüseyn.
Sonra Hüzuru tanıtdı qürur dolu səsi ilə. Hüzur ilə evli olmaq onu qürurlandırırdı. Biraz əvvəl arvadına söylədiyi hələ ağlını məşğul edərkən, indilik bunu ört basdır etmək istədi. Arvadının artıq daha cəsur olması, ona qarşılıq verməsi... Xoşuna gəlsə də bəzən Hüzurun bu cəsur rəftarı işini çətinləşdirirdi. Bəli! Səhər arvadına 'ürəyimi ələ keçirirsən' demişdi amma səni sevirəm deyə bilməmişdi. Sevmək hiss etdikləinin yanında xəfif qalırdı.

Yaqub da öz həyat yoldaşını Hüzur ilə tanış elədi. İki gənc qız bir biri ilə mehribancasına qucaqlaşıb salamlaşandan sonra yerlərinə əyləşdilər.

Hüseyn və Əmir tək idi. Əslində Hüseyn sevdiyi qızı dəvət eləmişdi amma gəlməyəcəm demişdi. Onu tapdığı o gün, o hicablı halı və dedikləri hələ də ağlında idi. Nuranəyə o anda 'halalım ol' deyərkən çix ciddi idi. Bu vəziyyəti anasına deyincə ilk öncə anası təəccüblənmiş, sonra şapalağı yemiş, azarını eşitmişdi o cür evlilik təklif etmək olarmı deyə və ən sonda da xoşbəxtliklə bərk bərk qucaqlamışdı. Anasının o halı ağlına gəlincə təbəssüm edərkən qolundan dürtülməsi ilə yanındakı Əmirə baxdı. Onun baxışlarındakı parıltıları görüncə yenə nə isə oyun çevirəcəyini anlamışdı.

Hüseyn tək qaşını qaldırınca Əmir gülümsəyərək baxışları ilə Hüzur və Əlini işarət etməsiylə keçmişdə Yaquba elədikləri teatrı xatırlayıb gülümsədi.

"Bacı bu sənin yekəbaş ərin məni yaxşı tanıtmadı. Ona görə mən özümü tanıdım" deyən Əmir əlini qaldırıb Hüzura uzadarkən "Mən polislərin axtarılan üzü, təqsirlilərin qorxusu olarkən, eyni zamanda gənc qızların xəyallarını bəzəyən Əmir Bəşirzadə." dedi gülümsəyərək.

Hüzur qarşısında ona əlini uzadan Əmirə baxırdı. Sevdiyi adam yanında idi. Əmirin belə bir şey etməsi qarşısında təəccüblənsə də söylədiklərinə təbəssüm etdi. Bilirdi ki əgər gülsə sevgili əri əsəbləşəcəkdi.

Əli Əmirin dediklərini zatən əsəbləşmişkən bir də əlini uzatması ilə əsəb küpünə dönərkən dostunun əlinə sərt bir şəkildə vurub "Çək əlini!" dedi əsəbi səsi ilə. Yaqub bu görüntü qarşısında qəhqəhə atıb "Ala sakit ol" dedi. Arvadı hamilə idi və bir an əvvəl uşağınının doğulacağı günü gözləyirdi. Həm uşağına bir an öncə qovuşmaq, həm də arvadının dəyişən hormonlarının istilasından qurtulmaq üçün.

Əmir Yaqubun qəhqəhələri arasında söylədiyi ilə baxışlarını ona çevirib "Deyənə də bax da. Avara polis görürsən ?" deyib Hüseynə baxarkən Hüseyn də "Görürəm görürəm. Amma bu avara sözü mənə bir iki bədən böyük gəlir artıq. O söz sənə yaraşır" dedi.

"Niyə bu ləqəb sənə böyük gəlir ? Yoxsa bilmədiyimiz vəziyyətlər var ?" deyə soruşdu Yaqub.

Əmir "Brat səni də itirdik? Grupun mədari iftixarı olaraq bir mən qaldım?" dedi əylənən bir tonda.

Hüseyn Əmirin bu rəftarına gülərək "Avara polislərin mədari iftixarı Əmir Bəşirzadəni alqışlayıram" deyə alqış tutandan sonra "Mən yazığın adı çıxıb ee, sən məndən beş bətərsən." dedi.

Əmir heç etkilənmədən "Hamısı yaraşığımın ucbatından!" dedi.

Əli və Yaqub eyni anda "Ağzını yığışdır ala!" dedilər.

"Yaxşı yaxşı sakit olun. Ən yaxşısı yemək sifarişlərimizi verək." deyə soruşarkən iki əlini təslim oıurmuş kimi havaya qaldırdı Əmir. Səsindəki əyləncə hələ də özünü qoruyarkən dodaqlarının kənarındakı təbəssüm ona yoldaşlıq edirdi.

"Gəldiyimizdən bu yana ilk dəfə ağıllı bir şey dedin. Təbrik eləyirəm" deyən Əli başını arxaya çevirərək garsonla göz təması qurarkən əlini qaldırıb yanlarına gəlməyini gözlədi.

Qısa müddətdə sifarişlərini verən grup gülüşmələr, sataşmalar yoldaşlığında yeməklərini yeyərkən Hüzur çox bir şey yeyə bilmirdi. Bunu fərq edən Əli heç nə etmədən önündəki yeməyi yeməyə davam etdi. Hüzur ilk dəfə tanıdığı Əmir, Yaqub və Gülnarı sevmişdi. Hamısı yaxşı insanlara oxşayırdılar. Gülnarın hamilə olması və arada şirin şirin danışıqları onu gülümsətsə də qolundan dürtülməsi ilə gülümsəməsini təbəssümə çevirirdi. Ah, bu Əli çox qısqanc idi və onu ən yaxın dostlarından belə qısqana bilirdi. Başını yüngülcə sallayarkən önündəki ətdən kiçik bir parça alıb yedi. Niyəsə iştahı yox idi. Özünü fərqli hiss edirdi. Yorğun desən deyildi. Bəlkə də sevdiyi adamdan ala bilmədiyi cavab ona ağırlıq edirdi həm bədəninə, həm ruhuna.

Yeməklər yeyilmiş, sıra şirniyı gəlincə Hüzur isti şokolad istəmişdi. Əli buna təbəssüm edərək özü də eynisindən istədi. Yaqub, Gülnar və Əmir sifarişlərini verəndən sonra geriyə bir tək Hüseyn qalmışdı.

Əli başını telefonuna əymiş hərarətlə bir şeylər yazan dostuna "Hüseyn bir şey sifariş vermirsən?" deyə soruşdu. Onun kimlə mesajlaşdığını çox yaxşı bilirdi.

Nuranə...

Hüseyni tamamilə ağıllandıran qız.
Dostunun o qızı necə çox sevdiyini görə bilirdi. Sevginin nə olduğunu yavaş yavaş öyrənirdi və bunu başqalarında görmək qəribsəməsinə səbəb olmurdu artıq əvvəlki kimi. Çünki əvvəlki Əli çox geridə qalmışdı. Artıq Hüzurun Əlisi vardı və Əli bundan çox məmnun idi.

"Sənin istədiyinin eynisindən" deyərək baxışlarını təkrardan telefona yönəldən Hüseynin üzü gərgin idi. Mesaj bölümünə girib Nuranəyə kəskin bir dildə cavabını yazdı.

"Tez yanıma gəlirsən! Bir dəfə də ikilətmə məni də!"

Cavab gecikmədi. "Yaxşı" Hüseyn aldığı cavabdan məmnunca gülümsəyərək başını telefondan qaldırdı. Əlinin ona narahatlıqla baxmasına qarşılıq 'problem yoxdu' deyirmiş kimi baxıb telefonunu cibinə qoymadan da "Afərin mənim halalıma" deyərək mesaj yazıb göndərdi.

Hüzur önünə gələn şirni ilə gözləri parıldayaraq çəngəli əlinə aldı və yeməyə başladı.

Yaqub arvadının əsnəmələri ilə "Bizim getmək vaxtımız gəldi, siz söhbətinizə davam eləyin." deyərək arvadı ilə bərabər aağa qalxdılar və masadakılarla sağollaşıb restorandan ayrıldılar. Əmir də şirnini yeyəndən sonra telefonuna gələn mesajla "Mən də getdim. Sabah görüşərik." deyib əl salamı verərək masadan ayrıldı.

Geridə qalan Əli, Hüzur və Hüseyn də söhbətlərinə davam edərkən masaya yaxınlaşan Nuranəni görən Hüzur çəngəli əlindən tez atıb sevinclə ayağa qalxdı. Təəccüblə rəfiqəsinə baxarkən qucaqlaşdılar. Heç gözləmirdi bunu. Gözləri yaşlarla dolarkən Nuranənin qulağına "Xeyirli olsun quzum. Rəbbim daim eləsin." deyə danışdı.

İki qız bir birindən ayrıldı.

Hüseyn sevdiyi qızın gəlməsi ilə ayağa qalxmış və böyük bir sevgiylə halalım dediyi qıza baxdı. Onun Hüzurla qucaqlaşmağını təbəssümlə izləyərkən ona təəccüblə baxan Əliyə sadəcə çiyinləri qaldırıb endirərək cavab verdi.

Nuranə Hüzurla ayrılandan sonra boş stullardan birinə oturaraq ona təəccüblə qarışıq məmnuniyyətlə baxan rəfiqəsinə və onun həyat yoldaşına baxaraq "Ər arvad deyəsən çox təəccübləndirdim sizi." dedi gülümsəyərək. İki həftəyə yaxın idi ki, hicablı idi. Həyatının dəftərində yeni bir səhifə açmış və bəmbəyaz səhifə ilə həyatına davam edirdi. Keçmişin üstündən xətt çəkib, artıq sadəcə onu sevənlərin yanında idi.

"təəccübləndirdiyin düzdü vAllah baldız," deyən Əli baxışlarını qızdan çəkib dostuna çevirdi. Nuranə təbəssüm edərək qarşılıq verərkən ona gözləri nəmli bir şəkildə baxan rəfiqəsinin əlini tutub gülümsədi. "Sabah hər şeyi danışacam sənə" deyərək açıqlama edərkən baxışlarını Hüseynə çevirdi.

Hüseyn məmnuniyyətlə gülümsəyərkən "Xoş gəldin halalım," dedi.

Əli və Hüzur eşitdikləri ilə təəccüblə Hüseyn və Nuranəyə baxarkən Nuranə utancla qızarmağa başlamışdı.

"Necə yəni?" deyə təəccüblə soruşan Hüzur baxışlarını rəfiqəsindən ayırmadı heç. Cəld bir cavab gözlədiyini kəskin baxışları ilə bəlli etdi.

Nuranə əsəbi baxışlarını bir an Hüseynə yönəltsə də onun vecsiz rəftarı ilə tezdən Hüzura baxıb "Mənə evlilik təklifi eləyib güya." dedi.

Hüseyn "Guya? Adam kimi evlilik təklif etdim də!" dedi.

Əli əylənərək "Adam kimi evlilik təklifi necə olurmuş brat?" deyə soruşdu.

"Qaqaş mən deyim də. Nə bir üzük, nə bir hazırlıq. Dümdüz halalım ol dedi" dedi Nuranə.

"O da bir şeydi Nuraş, mənim tezbazar evlənməyimdən sonra. Üstəlik... "dedikdən sonra durdu. Səsi ilk başda şən çıxsa da sonradan pot qırdığını anlayıb cümləsini yarım buraxdı və önündəki şirni ilə oynamağa başladı.

Əli arvadının dedikləri ilə üzündəki əylənən ifadəni silib yerini gərginliyə buraxaraq arvadına baxdı. Onun hələ də küskün olduğunu bilmək canını yandırırdı. Keçmişi unutdura bilməmək çox pis bir hiss idi. Əlini arvadının əlinin üstünə qoyub ona baxmasını sağladı.

İki göz bir biri ilə uyumlu bir şəkildə baxışarkən Əli xəfifcə təbəssüm edərək "Sən mənim başıma gələn ən gözəl varlıqsan Hüzur." dedikdən sonra arvadının gözlərindəki xoşbəxtliyi görəndə nəfəs aldığını hiss etdi. Tək qaşını qaldırarkən "Mənimlə evli olmağa sonsuza qədər hə deyərsən? Amma ancaq bir cavab haqqın var." dedi əylənərək. Hüzur ərinin könlünü alması ilə xoşbəxtliklə gülümsəyərkən bir daha şükr etdi Yaradan'ına.

Nuranə bu romantik səhnə qarşısında gülümsəyib "Bu polislər də işin asanını seçiblər. Üzük olmadan evlilik təklif eləyirlər, cavab haqqı da tanımırlar. Nə gözəl bir dünya!"

Hüzur dostunun bu dediyinə qısa bir gülüş atıb baxışlarını ərinə çevirdi. Əlini göstərdi. Öz əlində üzük olsa da ərinin barmağında üzük yox idi. Bu zamana qədər bunu heç dilə gətirməmiş olsa da bu onu içdən içə narahat edirdi.

Əli arvadının Nuranənin dediyinə qatılırcasına gülüşünə heyranlıqla baxarkən onun baxışları ilə əlini göstərməsi ilə ilk başda nə dediyini anlamasa da sonrasında səbəbini anladı. Dik duruşunun arxasına gizlənsə də bu baxışlardan narahat oldu.
"Aa sənin üzüyün hanı Əli müəllim," deyə lağla soruşan Hüseynə qarşılıq "Ağzının üstünə yumruğu istəmirsənsə yum!" dedi əsəblə.
Hüseyn iki əlini yuxarı qaldıraraq "Yaxşı brat sakit ol." dedi. Ardıyca da gülümsəyərək Hüzura baxaraq "Bacı Allah sənə bu adamla səbr versin." dedi.

Hüzur Hüseynin söylədiyinə təbəssüm edərək "Amin" dedi ilk olaraq və baxışlarını sevdiyi adama çevirdi. Onun qaşlarının çatılması ilə cümləsinə davam etdi. "İnsan səbr ilə insandır. Səbr isə sirdir, ardır, imtahandır. Əli mənim ən böyük imtahanım idi bir vaxtlar, indilərdə isə Şükrümdü..."

Yazar: Məryəm
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 4 110
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri