Hüzurum (31-ci bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 5 389
Səs ver:
(səs: 0)
Hüzur və Əli dostlarının yanından ayrıldıqdan sonra səssiz bir yolun sonunda evə çatmışdılar. Saat çox gec olmuşdu.

"Hüzur," deyərək səslənən Əli başını oturduğu divandan arxaya doğru uzadıb koridordan yataq otaqlarının qapısına baxdı.

"Hə," deyərək qapı aralığından başını uzadan Hüzur, şarfının iynəsini çıxararkən sevdiyi adama baxırdı.

"Yanıma gəl."

"Beş dəqiqə gözlə" deyərək gülümsəyən Hüzur, ərinin divanda duruşunu dikləşdirib, ardıyca da göz qırpıb gülümsəməsini izlədi. Əvvəlki halı ağlına gələrkən, ərinin bu halından olduqca məmnun idi.

"Tez ol." deyərək arvadını uyaran Əli arvadının gülümsəyərək otağa təkrar girişini izlədi. Başını iki yana tərpədib tv'ya çevirdi, kanalları gəzib yenə idman kanalında durdu. Bu səfər futbol deyil, basketbol matçı izləyirdi. Tutduğu bir komanda
olmadığı üçün həyəcanla izləyə bilmirdi.

Hüzur əynini dəyişib rahat olacağı mavi pijamasını geyindi. Saçını dağınıq bir toppuz elədi. Ərinin TV izlədiyini görüb başının üstündə durdu. Başını ona çevirincə "Mən acımışam e Əli, bir şey hazırlayım yeyək?" deyə soruşdu. Həqiqətən də acımışdı. Getdikləri restoranda da bir şey yeyə bilməmişdi. Niyəsə elə yerlərdə bir şeylər yeyə bilmir, iştahı qaçırdı.

Əli arvadının -sevdiyi arvadının bu ifadəsinə baxarkən qəhqəhə atıb ayağa qalxdı. Arvadı balaca uşaqlar kimi əlini qarnına qoyub ona baxırdı.

"Hüzur," deyərək əlini arvadının çiyninə qoyub özünə yaxınlaşdırdı. Başını əydi.

"Hə," Deyən Hüzur ərinin yaxınlığından məmnunca gülümsəyərək başını qaldırdı. İsti şokolad gözlərinə eşqlə baxdı. "Əlini qarnının üstünə qoydun e indi," deyərək özü də əlini arvadının əlinin üstünə qoydu. Danışığına davam etdi. "Söz demişdim e sənə bayaq, yadında?" durdu və arvadının reaksiyasını gözlədi.
Hüzur Əlinin üstündəki ərinin əllərinə baxarkən soruşduğu sualla duraqsadı. Nəfəsi kəsilərkən nə cavab verəcəyini bilmədi. Əlbəttəki sevdiyi adamın nə dediyini çox yaxşı xatırlayırdı amma özünü hələ hazır hiss etmirdi. Bəli, bəlkə indi araları çox yaxşı idi amma evliliklərinin ilk günlərini unutmamışdı, unuda bilmirdi. Hər səhər sübh namazına qalxdığında o zamanlar gözü yaşlı bir şəkildə etdiyi duaları anımsayır, onunla birlikdə sevdiyi adamın davranışlarını xatırlayırdı. O zamanla indikini qarşılaşdıranda Allah'a şükrlər edirdi amma olmurdu. O anları heç cür zehnindən silə bilmirdi.

Özəlliklə evliliklərinin ilk gününü...

O qapıdan içəri girməkdən qorxarkən, ərinin ona sərf etdiyi cümlələr çox ağır idi. Heç bir qadının eşitmək istəməyəcəyi şeylər idi. Atasına küskünkən, bir tərəfi buruqkən, hər gənc qız kimi xəyal etdiyi toyuğun gerçəkləşməməsi ilə, nişanlılıq dönəmini yaşamaq istəyib yaşaya bilməməsi ilə... Çətin idi... Olanlara səbr etmək isə daha çətin idi.

O anların gözünün önünə gəlməsi ilə balaca bir qız uşağı kimi burnunu çəkdi. O anları unuda bilməmiş olsa da əlbəttə ki sevdiyi adamdan uşaqlarının olmasını istəyirdi. İkisindən bir parçanın qarnına nəfəs almağını istəyirdi. Göz yaşları axarkən gülümsədi. Başını qaldırdı və sevdiyi adama baxdı. Onun gözündəki narahatlığı görməsi daha da duyğusallaşmasına səbəb oldu. Artıq sevildiyini hiss edirdi. Sevdiyi adam ondan nigaran qalır, dəyər verir və güldürürdü.

Əli soruşduğu sualla səssizliyə bürünən arvadını diqqətlə izlədi. Arvadının səssiz qalmasını yalnış anlarkən, başını qaldırması ilə gözündəki nəmliyi görüncə nigaranlığı artdı. Tez iki əlini də Hüzurun yanaqlarının üstünə qoydu. Göz yaşları əlinin üstünə axarkən arvadını bir daha ağlatdığı üçün özünə əsəbləşdi. Baş barmaqları ilə göz yaşlarını silərkən başını əydi və dodaqlarını arvadının alnına dəydirdi. Eləcə gözlədi sakitləşməsi üçün. Yanında olduğuna inandırmaq üçün...

Toxunuşunda bir ananın şəfqəti, bir atanın güvəni və bir həyat yoldaşın sevgisi vardı.

Əli arvadına hər şəkildə yanında olacağını anlatmaq istədi. Artıq onsuz ola bilməyəcəyini... Onsuz bir yanının yox olacağını hiss etdirmək istədi. Geri çəkildi, başını əydi və arvadının gözlərinin içinə baxdı. O yaşıllıqlarda özünü gördü. Təbəssüm edərkən "Yanındayam," deyərək nəm yanaqlarını oxşayaraq dodaqlarını basdırdı və geri çəkildi. "Hər zaman yanındayam Hüzurum..." dedikdən sonra danışığını sonlandırdı. Başını sol yanağına yaxınlaşdırıb ora da öpüş qondurdu. Geri çəkilərkən iki əli hələ də arvadının yanaqlarında idi.

Hüzur sevdiyi adamın bu yaxınlaşması ilə bütün qorxusu, əndişəsi yox olarkən yerini hüzura, xoşbəxtliyə buraxdı. Gülümsədi. Parlayan yaşıllıqları ilə ərinə baxdı təşəkkür edərcəsinə.

Əli arvadı ilə arasındakı az olan məsafəni də qapadıb onu qolları ilə bərk bərk qucaqladı. Saçlarına toxundurduğu dodaqlarından tökülən hər kəlmə arvadını ürəyinə gedən yolda əmin addımlarla irəliləyirdi.

Nə qədər o vəziyyətdə qaldılar bilmirdilər amma ilk özünə gələn Əli oldu. Özünə gəlməsinə səbəb isə arvadının qarnından gələn aclıq səsləri idi. Gülümsəyərək geri çəkilərkən bir əlini arvadının quruldayan qarnına qoyub "Deyəsən çox acıyıb mənim gözəl arvadım." deyərək arvadının gözlərinin içinə gülümsəyərək baxdı.

Hüzur ərinin bu rəftarı ilə böhran havasından çıxıb qəhqəhə atdı. "Hə acımışam mənim yaraşıqlı yoldaşım," deyərək eyni şəkildə ərinin qəhvəliklərinə baxarkən.

Əli duruşunu düzəltdi. Bir əlini arvadının çiynindən aşağı salarkən "Onda bir başa mətbəxə." deyərək qolunun altındakı arvadı ilə mətbəxə girdi. Stulu çəkib Hüzuru oturdub soyuducuya yönəldi. Açıb içindəkilərə göz gəzdirdi. "Əli," deyərək ayağa qalxan arvadına dönərək "Tez yerinə otur Hüzur." deyərək uyaran baxışlarını göndərdi arvadına. Baxışlarının etkili olması ilə məmnunca gülümsəyərək dolaba təkrardan döndü. 3 dənə pomidor götürüb təzgahın üstünə qoydu və təkrardan dolaba yönəlib 4 dənə də yumurta aldı əlinə, soyuducunu bağladı. Üzündəki gülümsəmə ilə yumurtaları da pomidorun yanında qoydu. İlk olaraq pomidorları yudu və qabıqlarını soydu. Sonra da cəld bir şəkildə doğramağa başladı. Sonra bir kasanın içinə yumurtaları qırıb içinə duz da qatıb çəngəllə yaxşıca çırpdı və onları yan yana qoyandan sonra baxışlarını arvadına çevirdi.

Hüzurun təəccüblə onu izlədiyini görüncə əyləncəli səsi ilə "Necədir gözəl xanım, bəyəndiniz məni?" deyə soruşdu. Ardıyca da hər zamanki kimi tək qaşını qaldırdı.

Hüzur ərinin onu fərq etməsi ilə çənəsinə söykədiyi iki əlini də çəkib duruşunu düzəltdi. Sevdiyi adamın özünü bəyənmiş rəftarına tək qaşını qaldırmaq istəsə də heç cür bacarmırdı düzü. Bir neçə dəfə yoxlamış olsa da nəticə hüsran olunca da tək qaşını qaldırmağa çalışmadan birbaşa iki qaşını qaldırdı meydan oxumaq istərcəsinə. Oysa bu görüntüsü ilə nə qədər sevimli göründüyünün fərqində belə deyildi.
Əli arvadının duruşunu düzəltməsi və ona qarşılıq iki qaşını qaldırması ilə əngəlləmək istəmədiyi qəhqəhəsini sərbəst buraxarkən "Tək qaşa qarşılıq iki qaş elə, həyatım?" deyərək arvadına doğru bir neçə addım atıb tam da dibində durdu. Onun başını qaldırıb ona baxması ilə başını əydi. İki əlini də arxasında belinin üstündə bağlamışdı.

Hüzur sevdiyi adamın dediklərindən sonra tam dibində durması ilə başını qaldırıb o aşiq olduğu qəhvəliklərə baxdı. Necə gözəl baxırdı elə...

"Elə həyatım." dedi gülümsəyərək. Baxışlarını çəkmədi doyasıya baxdı sevdiyi adamın parıldayan qəhvəliklərinə.

Əli aldığı cəsur cavabla dodaqları iki yana doğru qıvrılarkən "Onda mən neyləsəm iki qatını eləyəcəksən?" deyə soruşdu mənalı bir şəkildə. Hüzur ərinin sualını anlamadığını üzünü şəkildən şəklə soxaraq bəlli edincə Əli eyni mənalı şəkildə açıqlamasını etdi.

"Bax həyatım," deyərək arxasında birləşdirdiyi əllərini çəkib bir əlini arvadının çənəsinə apardı. Çənəsini tutarkən "Mən tək qaşımı qaldırınca sən iki qaşını qaldırdın e, onu deyirəm. Mən neyləsəm sən məndən artığını eləyəcəksən?" deyə soruşdu.

Hüzur açıqlamanı dinlərkən baxışları ərinin qəhvəliklərindən ayrılıb çənəsindəki əlinə baxır sonra tezdən qəhvəliklərinə dönürdü. "Hə, elə eləyəcəm." dedi baş qaldıraraq və cəsurca.

Bu cəsur rəftarının birazdan sönəcəyini bilsəydi bu qədər cəsur davrana bilməzdi.

Əli arvadının bu cəsur halına gülümsəyərkən burnundan öpüb bədənini geri çəkdi. "Onda mücadiləmiz başlasın həyatım." deyərək arxasını döndü.

Hüzur nə mücadiləsi olduğunu anlaya bilməsə də üstələmədi.

Əli bir dənə soğan da alıb soyub, yudu və cəld doğramağa başladı. Yaşaran gözlərini aça bilmədi bir müddət.

Bu soğan necə acı idi belə!

Hüzur cəld yerindən qalxıb əllərini isladıb ərinin yaşlı və qapalı plan gözlərinin üstünü yumağa başladı. Bunu bir neçə dəfə arxa arxaya eləyincə Əli gözlərini araladı. Qanlanmış gözləri ilə arvadına baxıb yanağından öpüb onu tezdən stuluna oturtdu və üzünü yuyandan sonra yeməyi bişirməyə başladı. Tavanı yanan qazın üstünə qoydu. Yağ tökdü və sonra soğanları qatıb ölmələri üçün tez tez qarışdırdı. Bir neçə dəqiqə sonra da pomidorları qatdı. O anda çıxan cız səsi üzünü gülümsətdi. Biraz qarışdırdı ərzaqların bir birinə qarışması üçün, ardıyca da baharat olaraq biraz duz, istiot və azca da nanə qatıb qarışdırdı və tavanın qapağını qapadıb arvadının qarşısına keçib oturdu. "Bilirəm acından ölürsən amma biraz gözlədəcəm səni." dedi gülümsəyərək. Ardıyca da "İstəyirsən salatdan zaddan gətirim onlardan ye hələlik." dedi.
Hüzur gülümsəyərək başını iki yana mənfi mənada tərpədəndən sonra sevdiyi adamın niyə bu qədər çabaladığını bilmək istədi. "Əli..." dedi ilk olaraq və ərinin maraqla ona baxması ilə danışığına davam etdi. "Niyə?" deyə soruşdu sadəcə. Niyəsə ilk başdakı cəsur rəftarından əsər əlamət yox idi.

Əli eşitdiyinə qarşılıq nə deyəcəyini bilmədi. "Nə niyə Hüzur?" deyə soruşdu anlamadığını bəlli edərək.

Hüzur dərin bir nəfəs alıb udqunandan sonra "Niyə... Niyə mənim üçün bu qədər əlləşib bir şeylər hazırlayırsan?" deyə soruşdu. Bu sualın cavabı onu həqiqətən çox maraqlandırırdı.

Əli anladığı sualla stulunda qabağa doğru əyilib arvadının əllərini öz əllərinin arasında alarkən gözlərini arvadının gözlərinə dikdi. "Sənin üçün..." deyəndən sonra udqundu. "Elədiklərimin üzrü üçün Hüzur..." deyəndən sonra peşmanlıqla harmanlanan qəhvəliklərini açıb bağladı və danışığına davam etdi. "Evliliyimiz ilk günlərində hazırladığın yeməkləri yemədiyim üçün... Ən çox da bir səhər... Süfrəni dağıdıb üstünə qışqırdığım üçün... Bu kiçik çırpınışım, sənin üçün bir şeylər eləmək istəməyim buna görədir. Qəbul elərsən məni? Bağışlayarsan?"

Əli danışığını sonlandırandan sonra dərin bir nəfəs aldı. Baxışları arvadında, nigaranlıqla ondan cavab gözləyirdi. O vaxtlar üçün dərin bir vicdan əzabı yaşayarkən, ağlı başına gəlmişkən bağışlanmaq istəyirdi. Vicdan əzabını dindirmək üçün arvadının əfvinə sığınmaq istədi.

Hüzur səssizcə başını müsbət mənada tərpədib qollarını sevdiyi adamın boynuna doladı. Bərk bərk qucaqladı. Ona xas olan qoxusunu içinə çəkdi, gözlərini xoşbəxtliklə qapatdı. Titrəyən dodaqları qıvrıldı və təbəssümü qonaq oldu üzünə.

"Eşitməyə ehtiyacım var Hüzurum," deyən Əli boynundakı qolları açıb arvadını özündən ayırdı. Tam gözlərinin içinə baxdı. Ordakı xoşbəxtliyi gördü. Təbəssüm etdi. Hüzur iç rahatlığı ilə "Bağışladım." dedi təbəssümü dodaqlarından əksiltmədən.

Əli eşitdiyi ilə təbəssümü genişləyərək gülümsəməyə dönüşdü.

Hüzur ərinin gülümsəməsinə qarşılıq verərkən burnuna gələn qoxu ilə diqqət çəkildi. Burnunu bir iki dəfə çəkin qoxunun nədən gəldiyini anlamağa çalışdı.

"Əli," dedi narahat səsi ilə.

Əlinin o anda bütün fikri arvadında idi. Onun narahat səsini eşidincə diqqəti dağıldı və anında burnuna gələn qoxu ilə böyük addımlarla qazın başına gəlib əlbezi olmadan tavanın qapağını açdı və isti qapağı tez təzgahın üstünə atarkən əsəblə xomurdanırdı. Taxta qaşığı alıb tavanın içindəkiləri yoxladı. Çox yanmamışdı. Qazı biraz azaltdı və yumurtanı da tavanın içinə atdı.

"Day ərin üçün biraz yanmış yemək yeyəcəksən həyatım." dedi yumurtanı tavanın içində qarışdırarkən, baxışlarını arvadına çevirdi. Lağ dolu səsinə baxışlarındakı parıltılar da qarışmışdı.

Hüzur ərinin bu rəftarına qarşılıq o duyğusal andan tez sıyrılıb "Ehh neyləyim başqa şansım yoxdu." dedi. Çiynini çəkdi. "Acından ölürəm. Məcbur yeyəcəm." deyərək danışığını sonlandırdı.

Əli arvadının bu rəftarını ayrı bir sevirdi. Onun yanında belə rahat olması, zarafatcıl olması çox özəl, çox gözəl idi. Tavanın altını söndürdü. Arvadına tərəf yeridi. Başını əydi. "Başqa şansın olsaydı mənim bişirdiyim yeməyi yeməzdin?" deyə soruşdu tək qaşını qaldıraraq.

Hüzur "Hmm düşünməliyəm." deyərək əlini çənəsinə qoyub gözlərini qısdı. Düşüncəli halı ilə olduqca sevimli görsənirdi.

Əli səssizcə arvadını izlədi.

"Yəqin... " deyərək çənəsindəki əlini endirdi. Ərinin ona təhlükəli baxması ilə "Başqa şansım olsaydı..." deyərək danışığını uzadarkən sevdiyi adamın gərilişi ilə zövq almağa başladı. İki qaşını qaldırdı.

Əli "Həə sonra? Başqa şansın olsaydı nə olardı?" deyə soruşdu. Baxışları təhlükəli idi.

"Aaa amma mənə belə pis pis baxırsız danışa bilmirəm polis bəy!" dedi səsinə qorxu qarışdırmağa çalışarkən. Oyunbaz parıltılar çoxdan yaşıllıqlarına yerləşmişdi. "Polis bəy indi vəzifə başında deyil xanım. Sualımın cavabını gözləyirəm." deyərək iki əlini də mətbəx masasına söykətdi və arvadını qollarının arasına həps etdi.

Hüzur ərinin qollarının arasına həps ediləndən sonra baxışlarını qaldırdı. "Mənim səndən başqa şansım yoxdu polisim," dedi və başını qaldırıb sevdiyi adamın saqqallı yanaqlarına kiçik bir öpüş qondurdu.

Əli arvadının söylədiyi ilə məmnun olarkən onun öpüşü ilə gülümsədi və geri çəkilməyinə izn vermədən qollarının arasına aldı. Yanaqlarından öpdü və ər arvad bir birinin qollarında xoşbəxtliyi yaşadılar.

Bir birindən ayrılandan sonra Əli arvadı üçün süfrəni hazırladı. Tavanı ortaya qoyub bir neçə salatlıq da düzdü süfrəyə. Yemək yeyəndən sonra Əli soyuducudan südü çıxartdı. İsidəndən sonra böyük boy fincanlara tökdü. Arvadının fincanına bir qayıqda şəkər tozu qatıb qarışdırdı və fincanları alıb salondakı jurnal masasının üstünə qoydu. Şəkərli olanı arvadının qabağına qoydu. Digərini də öz qabağına.

Hüzur dumanı tütən südə gülümsəyərək baxarkən fincanı iki əlinin arasına aldı. Üfləyərək kiçik bir qurtum aldı. Südü həqiqətən çox sevirdi. Baxışlarını sevdiyi adama çevirincə onun da süd içəcəyini anladı.

"Sən süd sevmirsən axı." dedi maraq içində. Evliliklərinin ilk zamanlarında özü üçün süd isitdiyi zaman ərinin söylədiyi söz gəlmişdi ağlına.

Əli onun xatırladığı anı arvadının da xatırladığını bilirdi. Onun maraq dolu baxışlarına gülümsəyərək qarşılıq verdi. Fincanı dodaqlarına yaxınlaşdırdı. İsti süddən bir qurtum aldı. Fincanı ağzından uzaqlaşdırarkən arvadının gözlərinin içinə baxaraq "Artıq sevirəm." dedi min bir məna yüklü səsi ilə. Hüzur ərinin son söylədiyi ilə birdən həyəcanlandı. Ürəyi küt küt atmağa başladı. Sanki sevdiyi adam 'Səni Sevirəm' demişdi. Gözləri parıldadı. Fincanındakı süddən bir qurtum daha aldı. "Sevindim," dedi qısıq çıxan səsi ilə.

Sonrasında ikili südlərini içdilər. İnsan sevdiyi üçün sevmədiyini də sevə bilirmiş. Sevdiyi üçün yanıq yemək də yeyə bilirmiş. Sevdiyi üçün zamanında heç sevmədiyi südü də içə bilirmiş.

Hüzur və Əli o gecənin sonunda hər zamankı kimi qucaqlaşıb hüzur içində yatdılar.

Əli bir daha təklif etmədi ağlındakıları gerçəkləşdirmək üçün. Hüzur səsini çıxartmadı ərinin anlayışı qarşısında.

Yuxuya dalarkən hər ikisinin üzündə də xoşbəxtlikdən qaynaqlanan təbəssüm hakim idi.

Əli hələ saat çox tez ikən oyanmış, iki qolunu da arvadının başının kənarlarına qoyub arvadını izləyirdi. Onun hər halı ilə bu qədər gözəl olması... Onu dəli edirdi. Yavaş yavaş Hüzurun oyandığını görüncə duruşunu heç pozmadı. Üzündə hələ də təbəssüm hakim idi. Zatən arvadı onun xoşbəxtlik səbəbi idi.

Hüzur gözlərini ovuşdurandan sonra ona gülümsəyərək baxan əri ilə qarşılaşdı. Bunu gözləmirdi.

"Sabahın xeyir."

"Sənin də sabahın xeyir." dedi yuxulu səsi ilə. Sonra davam etdi. "Niyə mənə belə baxırsan?"

"Çox kifirsən ona baxıram ki bir qız necə bu qədər çirkin ola bilər?!" dedi ciddi üzü ilə. Arvadına sataşmaq, onu əsəbləşdirmək çox xoşuna gəlirdi.

Hüzur ərinin bu dediyi ilə çiyninə yumruğu keçirmiş, ərinin daha da keflənməsinə səbəb olmuşdu. Hüzurun bu halları üçün ürəyi gedən adam üzünə yayılan gülümsəmə ilə ən sonunda qəhqəhə atmışdı. Altında doğrulmağa çalışan arvadını sərt ayaqlarının arasına sıxışdırmış, bədənini hiss etməyi üçün basdırmışdı. "M mən gedim şey eləyim." deyərək güclə Əlinin yanından ayrılıb otaqdan çıxarkən arxada buraxdığı ərinin halından bixəbər idi. Əli əsəbi idi. Arvadı bəzi şeylərə hazır olmadığını bildirmişdi bundan bir həftə qabaq. Ona elədiklərini unuda bilmirdi. Bilirdi çox acı yaşatmışdı arvadına, amma arvadı bu evə girəndən bu yana heç bir qadına yan gözlə baxmamış, əl sürməmişdi. Aralarındakı tənsəl çəkim hər yan yana gələndə qığılcım çıxardır, ən kiçik bir hərəkətdə alovlanırdı.

Hər fürsətdə göz həbsinə aldığı incə bədəni süzürdü. Əlinin özünə elədiyi ən böyük etirafı idi bəlkə də bu. Hüzuru görən gözləri ilə alovlanan bədəni...

Otaqdan çıxıb hamama girərkən arvadının mətbəxdə nə isə elədiyini gördü. Sonra ikili səhər yeməklərini yemişdilər. Əli arvadına onu bugün gəzməyə aparacağını demiş və Hüzur da buna çox sevinmişdi. Süfrəni yığışdırandan sonra otağa girib əynini dəyişməyə başladı. Əli isə hələ də oturmuşdu. Özü hazır idi, arvadı da geyinəndən sonra gedəcəkdilər. Arvadını sevindirmək üçün əlindən gələn hər şeyi edirdi. Keçən bir neçə dəqiqənin sonunda sıxılıb otağa girdi. Üstünə geyinmiş olduğu ağ uzun paltar ilə aynada özünə baxaraq hicabını örtən yaşıl gözlərlə qarşılaşınca səssizcə udqundu. Don belinin incəliyini ortaya çıxarırdı. Donun ətəyi klyoş şəkildə ikən bəyazın duruluğu Hüzura bir ayrı yaraşmışdı.

"Çıxart o paltarı!" Kəskin və sərt rəftarı ilə etiraz qəbul etməyəcək tonda söyləmişdi. Xəyal qırıqlığı içində ərinə baxan Hüzur etiraz etmək üçün çoxdan bükdüyü çəhrayı dodaqlarını danışmaq üçün açmışdı. "Amma hava çox istidi, bu paltar da çox sərin saxlayır. Əli nolar çıxartmayım. Həm sən yanımdasan."

'Həm sən yanımdasan" kəlməsi bütün əsəbini alıb aparmışdı Əlinin. "Yaxşı." deyərək başını tərpədib arvadının əlindən tutub öncə otaqdan, sonra evdən çıxartdı. Yol kənarında bir dükanın önündə saxlayıb ət alandan sonra yenidən yola davam etmişdi. Ən sevdiyi yerə aparırdı Hüzurunu. Bir zamanlar ürəyi sıxılanda, nə isə baş verəndə dəniz kənarına gedib rahatlamağa çalışardı. İndi gərəyi yox idi. İndi arvadının gözlərində görə bilirdi dənizi... Hüzur gəldikləri yeri görüncə çox sevinmişdi. Bakının ən gözəl kəndlərindən birində idilər indi. Və buranın dənizi çox gözəl idi. Hər yer adamla dolu ikən Əli maşınını ən qabaqlara sürüb çox adamın olmadığı yerdə saxladı. Bir tərəfdə çox aralıda ailələr vardı sadəcə. İstəmirdi yarı çılpaq kişilərin yanında maşını saxlasın. Ona görə buralara qədər gəlmişdi. Hüzur sevinclə maşından düşdü. Kiçik kiçik dalğalar sahilə vurarkən ucsuz-bucaqsız görünən dənizə baxdı. Necə də gözəl idi. Allah'ın varlığını inkar edənlər bu cür gözəlliyi belə sadəcə bir təbiət hadisəsi olaraq adlandırırdılar. İmkansızdı ki bu. Bu gözəlliyin bir Yaradan'ının olmaması imkansız və bunu düşünənlərin vəziyyətləri gülünc idi.

Yanında ərini hiss etməsi ilə başını ona çevirdi. "Çox gözəldir..." dedi, içindən keçəni dilinə tökərkən. Qarşılığı da gecikməmişdi.

"Sənin qədər yox..."

Hüzur ərindən gələn bu etirafla yanaqları qızararkən başını başqa tərəfə çevirdi. Əli də arvadının bu utancaqlığına gülümsədi. İkisi də xoşbəxt idi.

Hüzur gətirdikləri palazı yerə sərəndən sonra stəkan və boşqabları süfrəyə düzürdü. Əli də manqalda ətləri bişirərkən bir yandan arvadını izləyirdi. "Mən sənə demədim o paltarı geyinmə...? Əyilmə Hüzur dəli eləmə məni!"

"Off Əli. Uzun paltardı da nə istəyirsən?" deyəndən sonra pomidor, xiyar doğrayıb salat boşqabı düzəltdi. Əli də ətlərin yarısını bişirmişdi.

Əlində kömürün harlanması üçün yelpinci sallayarkən ağ tişörtünün altındakı əzələləri bilinirdi. Ərinin yanında 'mən arvadıyam" deyirmiş kimi duran Hüzur qısqanclığının fərqində idi.

Qısa müddətdə qalan ətləri də bişirən Əli ilə qurduğu yer süfrəsinə oturmuşdu. Hüzur ətlərin qoxusu ilə iştahı daha da açılarkən qarnını doyurmaq üçün ətlərdən birini əlinə alaraq yeməyə başladı. Əli isə kübarlıq eləməyə çalışmadan, yeyilməsi gərəkdiyi kimi yeyən arvadına gülərək baxdı. Çox qız görmüşdü amma Hüzur hamısından fərqli idi. Əlinə aldığı əti ləzzətlə yeyərkən özünün də yeməli olduğunun fərqində deyildi.

"Hüzur sən hamilə qalsan işimiz var ki."

Ərinin dediyi ilə yediyi boğazında qalan gənc qız öskürməyə başladı. Önünə uzadılan su stəkanı ilə suyu içib öskürməkdən yaşayan gözlərini ərində sabitlədi.

"Sən bayaq hamilə dedin ya mən səhv eşitdim ?"

"Niyə bu qədər təəccübləndin? Boşanmağı düşünürsən?" Əli əsəbləşdiyini bəlli edirdi. Hüzur isə ərinin yalnış anlaması ilə nə deyəcəyini bilmədi. Ərinin üzünə baxanda əsəbləşdiyini görəcək qədər tanıyırdı.

"Yox mən elə demək istəmədim, səhv başa düşdün. Biz səninlə ər arvad belə olmamışkən sən hamiləlikdən danışırsan. Ona təəccübləndim. Bəlkə indi normalıq amma keçmişdə yaşadıqlarımız normal şeylər deyildi Əli. Mən hələ də alışa bilməmişəm hər şeyin bu qədər gözəl olmağına. Yuxu kimidir, oyansam keçmişə dönəcəkmişəm kimi hiss eləyirəm." Arvadının sözləri ilə qollarının arasına alan Əli hüznlə saçlarına öpüş qondurdu. Haqq verirdi. Yaşanılanlar hər daim unudulmaz bir iz buraxırdı.

"Onda keçmişi unutsan yaxşı olar həyatım."

Üzünü üzünə yaxınlaşdırmış dodaqlarını bir külək kimi sürətlə dəydirib geri çəkmişdi. Qulağına üflədiyi nəfəsə boynunun arxasında tutduğu əli yoldaşlıq edərkən, ürəyinə yoldaşlıq edən dodaqlarından tökülən kəlmələr olmuşdu.

"Mən ilk öncə səni, sonra bizdən olan bir parçanı istəyirəm. Mən bizim möcüzəmizi istəyirəm..."

Boynunun arxasında tutduğu əli ilə başını sabitləyərkən dodaqlarına iştahla qapandı. Dolğun dodaqları Əliyə həzz dalğası yayarkən Hüzur şokdan tərpənə bilməz hala düşmüşdü. İlk öncə ər arvad olmaq, sonra uşaq istəməsi və indi sevgi dolu öpüş onu özündən keçirmişdi. Fərqində olmadan ərinin dodaqlarına asılan Hüzur əllərini də ərinin saç diblərinin arasından keçirirdi.

Çılğınlar kimi öpüşən cütlük ətrafda heç kəsin olmamasının verdiyi rahatlıqla yerə uzanarkən Əli Hüzurun üstündə yerini almışdı. Tutqu dolu bir öpüş belə bu ikiliyə zaman məkan qavramını unutdururdusa, bir bütün olduqları zaman heç unuda bilməyəcəkləri bir gün olaraq ağıllarına qazılacaqdı.

Kürəyi torpaqla birləşən Hüzur idrak etdiyi gerçək ilə Əlidən qoparkən gözlərinə baxmadan baxışlarını əymişdi.

"Sən mənə neynirsən belə Hüzur...?"

"Əli dur vAllah mən heç nə eləmədim yapışdın mənə çəkil."

Utancdan üzünə baxa bilmədiyi kimi bütün günahı da ərinin üstünə atırdı. Hüzurun üstündən doğrulan adam isə nəfəsini düzənə salıb imayla arvadına baxarkən birazdan deyəcəklərinin arvadının xeyrinə olmayacağı bəlli idi.

"Ona görə dodaqlarımdan qopa bilməyib vakuumladın məni hə Hüzur?"

"Hiiih" Əli fəryadla dodaqlarına qapanan Hüzur əsəblə ərinin ayağına vurdu. "Vakuumladın nədi Əli hə tozsoranam axı mən sabah birsigün səni silib süpürürəm də."

"Ağzımdan aldın ha sözü, sən elərsən səndə bu iştah varkən." Hüzurun qızaran üzünə kefli bir qəhqəhə atandan sonra arvadının ayağa qalxması ilə ona 'hara?' deyirmiş kimi göz qırpdı. "Səni eşitmək istəmirəm biraz gəzəcəm. Doydum onsuz da biraz da havamı alım." Özünü itirmiş olmasının nəticəsində ərinin dediklərinə etiraz edə bilmirdi. Elə bir sehrə qapılmışdı ki, heç düşünmədən qarşılıq vermişdi.

Tərs baxış atan arvadının ilk öncə yanağını dartıb sonra əlini tutdu. Yavaş yavaş günün batması ilə günəşin işıqları dənizin gözəlliyinə gözəllik qatarkən bu ikili də mənzərəni bəzəyən cütlük olmuşdular.

Biraz gəzəndən sonra dənizin qırağında bir yerə oturmuşdular. Arvadının ayaqlarına qoyduğu başı ilə torpağa uzandı. Hüzur əllərini Əlinin saçlarında gəzdirərkən səssizlik hakim idi.

Bir müddət səssizcə uzaqlara dalan ikili Əlinin uzandığı yerdən qalxması ilə daldığı düşüncələrdən uzaqlaşdı.

"Nə oldu Əli?"
Əli gülümsəyərək cibindən balaca qutunu çıxartdı.
"Bu nədi?" deyə soruşdu maraqla.
"Sənin üçün almışam." deyib açdı. İçində tək qaşlı çox gözəl bir üzük vardı. Hüzur təəccüblə ərinə baxdı.
"Niyə?"
Əli arvadının bu sualına heç düşünmədən cavab verdi. "Çünki səni sevindirmək istədim Hüzur... Çünki sən sevinəndə mən sevinirəm. " deyib üzüyü barmağına taxdı. Hüzur bunun üçün çox sevinmişdi. Üzük deyildi onu sevindirən. Ərinin sözləri idi, onu düşünmüş olması idi... Təşəkkürünü etmək üçün sevinclə boynuna atdı özünü. Əli arvadından gözləmədiyi sevinc reaksiyası nəticəsində kürəyi torpaqla birləşmiş, Hüzur üstünə yıxılmışdı. Dodaq məsafələri bir nəfəs qədər bir birinə yaxın ikən gözləri nə istədiklərini bəlli edərcəsinə baxmağa başlamışdı. Qollarını arvadının belinə saran Əli onu tək həmlədə altına alarkən bir saniyə gözlərini gözlərindən ayırmamışdı.

"Sənə aşiqəm mən Hüzur. Nəfəs qədər möhtacam sənə..." Əli və Hüzur bu qısa zamanda sanki bütün dilləri öyrənmiş, bir birlərinə göstərmişdilər. Əli ilk günlərdə bütün kini , bütün əsəbi ilə arvadına sərt davranmış, indi isə içində yaranan qəribə hislərlə açdığı yaraları qapatmağa çalışırdı.

Hüzur ona gözəl sözlər söyləyən adama heyrətlə baxırdı. İri yaşıl gözləri biraz daha açılmış, sinəsi sürətlə enib qalxmağa başlamışdı. Cavab verə bilmirdi. Sanki dili lal olmuş, ürəyi ərinin qollarında can verirdi.

"Hüzur qadınım ol, mənim ol" Əlinin əlləri arvadının yanaqlarında idi. Yavaş yavaş oxşayırdı. Gözləri Hüzurun gözlərində ondan gələcək müsbət cavabı gözləyirdi.

"Mən zatən səninəm Əli. Qadının deyil, hər şeyin olmaq istəyirəm."

Bu bir qəbul ediş işarəsi idi. Əlinin dodaqları eşitdikləri ilə yuxarı doğru qıvrılarkən qəhvəlikləri şəhvətlə parıldamışdı.

"Sən mənim arvadımsan Hüzur var bundan artığı? Mən sənin olandan sonra zatən mənim hər şeyimsən."

Əli gücü ilə, duruşu ilə hər qızın istəyəcəyi bir kişi idi. Bu yaşına qədər heç bir qızı bu qədər arzulamamışdı.

Hüzur ərinin sözlərini dinlərkən gözlərini qırpışdırır, içində baş qaldıran həyəcan duyğusunu basdırmağa çalışırdı. Gözləri nəmlənməyə başlarkən içindən gələn cəsarətə əngəl olmaq istəmədi. Bugün özünü durdurmayacaqdı. Beyni yeri ürəyini seçəcək, ürəyi necə istəyirsə o cür davranacaqdı.

Yanındakı əlini qaldırıb ərinin üzünə doğru yaxınlaşdırdı. Əlləri titrəyir, ovuc içləri sanki çox istidə qalmış kimi tərləyirdi. Ərinin saqqallarını oxşamağa başladı.

Özünü saxlamağa çalışırsa çalışsın bacara bilmirdi. Əlinin etkisinə girdiyində sadəcə ona baxmaq, toxunmaq, öpmək istəyi var olurdu. Ərinin gözlərinə bir daha dərin bir şəkildə baxıb üzünü ona yaxınlaşdırdı. Dodaqlarına yaxınlaşdığında gözlərini gözlərindən ayırmadı. Yaşıl və qəhvəyi indi tutquyla baxırdı. Əsəb, kin, üzüntü yox idi. Sadəcə böyük bir arzu, böyük bir şəhvətlə dolu idi irisləri. Hüzur baxışlarını dodaqlarına endirib ürkək, amma ərini təhrik edən səsi ilə fısıldadı. "Məni qadının elə Əli. Məni sənə aid elə..."

Və dodaqlar möhürləndi. Hüzur dodaqlarını ərinin yanan dodaqlarına böyük bir istəklə basdırdı. İlk dəfə bu qədər cəsur idi.

Əli arvadının dedikləri ilə, dodaqlarına qapanan dodaqları ilə rəsmən coşmuşdu. Təəccüblənmişdi...

Öpüşünü sərtləşdirdi. Dodaqlarını elə əzirdi ki, Hüzur daha çox dayana bilməyəcəyini düşündü. Aldığı dad, hiss etdiyi duyğular çox fərqli idi.

Arvadının kürəyində olan əllərini biraz daha sıxlaşdırıb bədənini qucağına doğru çəkdi. Hüzurun ayaqları ayrılmış ərinin bel qisimlərinə doğru qıvraq bir şəkil almışdı. Əlinin sərtliyini hiss edir, bayılmamaq üçün dirənirdi. Bu gecə bu adamın qadını olacaqdı. Sonunu düşünmürdü.

Əli özünü daha çox saxlaya bilməyəcəyini bildiyi üçün dodaqlarını çətinliklə də olsa ayırdı. Tündləşmiş qəhvəliklərində ildırımlar çaxırdı. Arvadının üzünə baxdı, öpülməkdən şişmiş, qızarmış dodaqlarını incələdi. İstəmədən öz dodaqlarını yalamış, özünə biraz daha sancı qatmışdı.

"Hüzur özümü güclə saxlayıram bu dəqiqə."

Sözlərinə arvadı güldü.

"Özünü tut deyən yoxdu ki."

Əlinin göz bəbəkləri eşitdikləri ilə böyüdü, ani bir hərəkətlə arvadının qucağından ayrılıb ayağa qalxdı. Əlini ona uzadıb tutmasını gözlədi. Daha çox səbr edə bilməyəcəkdi. Bir an əvvəl evlərinə gedib, gün ağarana qədər bədənində həyat tapmaq istəyirdi.

Hüzur ərinin dediklərindən hər nə qədər narahat olsa da bildirməməyə çalışaraq cavab vermişdi. Uzatdığı əlini tutdu. Ani bir hərəkətlə yapışdığı sinəyə ovuc içini toxundurdu. Tərləmişdi və isti idi eyni onun bədəni kimi. İçindən coşub gələn arzu selinə iki bədən də etiraz etmirdi.

"Ah Hüzur sonum olacaqsan. Sus və sadəcə yeri." Əgər biraz daha danışmağa davam edərsə harada olduğunu unudacaqdı. Böyük əlləri ilə dartdığı bədəni sürətli və sərt addımlarla dalıyca sürüyür, bir an əvvəl evə çatmaq istəyirdi.

Maşının yanına çatdıqlarında qapını sərt bir şəkildə açıb arvadını oturacağa uçurtdu rəsmən. Hüzur həm təəccüblənir, həm də ona duyulan bu arzudan ötrü sinəsi qabarırdı.

Əli sükan arxasına keçib maşını sürməyə başladı. Arvadının nə halda olduğunu görmək üçün başını yana çevirdi. Hüzurun sözlərini xatırlayınca nə qədər gülmək istəsə də şiddətli ağrısı buna əngəl olurdu. Bir saatlıq bir yoldan sonra evin önündə maşını saxladı.

Hüzur bu qədər tez çatacaqlarını düşünməmişdi. Maşının qapısının açılması ilə ərinin çoxdan düşmüş olduğunu anladı. İri bədənini maşının kənarına söykəmiş düşməsi üçün onu gözləyirdi. Hüzurun hələ də reaksiya vermədən ona baxdığını görən Əli qollarını uzadıb onu maşından düşürdü. Binaya girincə Cibindən çıxardığı açarla qapını açıb Hüzuru çəkişdirərək evin içinə saldı. Qapını sərt qapadıb üzündəki bic gülüşlə Hüzurun üstünə doğru yeriməyə başladı. Hüzurun qəlbi sanki yerindən çıxacaqdı. Mədəsində kəpənəklər yerinə dinozavrlar təpinirdi. Yanına iki addımda çatan Əli belindən tutub özünə doğru çəkdi. Vücudları arasında demək olar ki heç boşluq qalmamışdı. Bədənini biraz daha Hüzura söykəyib "Bunu hiss edirsən?" deyə soruşdu.

Hüzur ilk əvvəl ərinin sözünü anlamasa da hiss etdiyi sərtliklə gözləri böyüdü. Əlinin üzündəki gülüş böyüyərkən dodaqlarındakı basqı ilə gözlərini yumdu. Necə bir hiss idi bu. Necə bir dadı vardı bu dodaqların. İnsanı özünə çəkdikcə çəkən bir cadu kimi. Dodaqlarını dişlədiyində yaranan ağrı ilə istəmədən izlədi. İki bədən də məntiqlərini tərk etmişdi. Ruhları ilə bir birlərinə arzularını çatdırırdılar.

Hüzurun əlləri sevdiyi adamın saçlarına doğru gedərkən nə zaman qarşılıq verməyə başladığını belə xatırlamırdı. Əli baldırlarından tutub havaya qaldırdığında ani bir reaksiya ilə ayaqlarını belinə sardı. Əli qucağındakı arvadı ilə hərəkət etməyə başladığında dodaqları ayrılmış, öpüşləri boynuna yol almışdı. Kəsik kəsik aldıqları nəfəs bir birinə qarışırdı. Sonunda otaqlarına girmiş, ayağı ilə qapını bağlamışdı. Yatağa doğru gedərək arvadını soyuq çarpayının üstünə uzandırdı. Tünd qəhvəliklərini yaşıllıqlara çevirib incələdi. Dodaqlarının üstünə atəşli öpüşünü buraxıb qulaq məməsini burnu ilə geriyə doğru qaldırıb fısıldadı.

"Bu gecə bədəninin hər zərrəsinin dadına baxacam..."

Üflədiyi yeri sərt dişləyib üstündəki yerini aldı.

Hüzur danışa bilmirdi. Danışsa kəkələyəcəkdi, ən yaxşısı özünü məharətli əllərə təslim etmək idi. Yatağın soyuqluğundan ilk başda irkilsə də üstündəki isti nədən sayəsində alışmışdı. Əlinin dodaqları boynunun üstündə şəkillər çizir, öpürdü. Dodaqlarını boynundan ayırıb üstündən qalxdı. Hüzurun içində boşluq yarandı, bir məna verə bilmədiyi bir üzüntü. Əli üstündəki tişörtü çıxarıb əllərini Hüzurun paltarının zamokuna apardı. Yavaşca endirib aşağı atdı. Hüzur ərinin əlləri altında titrəyir, gözlərini bağlı tuturdu. Əli əlləri vücudunun hər yerində gəzinərkən əsəblə dodaqlarına doğru fısıldadı. "Aç gözlərini Hüzur!"

Hüzur eşitdiyi ilə göz qapaqlarını qaldırıb ərinə baxdı. Əli altındakı bədənin gərildiyini hiss edirdi. Sinəsinin açıqda qalan qisminə bir öpüş qondurub "Rahatla," dedi.

Sabaha vücudunda bir çox izin varlığı olacaqdı. Dinləyərkən belə narahat olduğu məsələlərin indi baş rolunda idi. Hüzur qorxurdu, vaz keçmək üzrə idi. Əlinin arxasında duran əllərini tutdu.

"Sakit ol gözəlim, özünü sıxma və məni durdurmağa çalışma. İndidən sonra yalvarsan da dayanan deyiləm." Arvadının utandığını bildiyi halda önündəki mənzərəyə baxmaqdan çəkinmədi. Hüzur hiss etdiyi böyük utancla "Əli" deyə boğuq səslə fısıldayıb əlləri ilə sinəsini qapatmağa çalışdı. Əli xırıltılı səsi ilə danışmağa başladı. "Dayan Hüzur qoy baxım sənə." Səsi etiraz qəbul etmirdi. Biraz daha incələdikdən sonra sonra inləyərək sinəsinə doğru qapandı. Bu səfər daha sərt idi. Əlləri şalvarına doğru getdiyində gözlərini bağladı. O da digər geyimlərlə birlikdə yerdə yerini alarkən ikisi də sadəcə alt paltarı ilə qalmışdı. Qorxu bədənini əsir aldığında yatdığı yerdən doğrulmağa çalışdı.
"Əli nolar dayan qorxuram."
"Şş sakit ol Hüzur, özünü mənə burax."
Hüzur ərinin sözləri ilə başını yastığa qoydu tezdən. Bu səfər əngəl olmadan hər bir üzvünü hiss edirdi.
Əlləri yavaş hərəkətlərlə göbək oyuntusunda gəzinməyə başladığında arvadının gözlərinə baxaraq güldü və göz qırpdı. Bu gülüş arvadının ölüm səbəbi olacaqdı, xəbəri yox idi. Hüzur yenə dayana bilmədən "Qorxuram..." dedi. Səsi elə qısıq çıxmışdı ki, özü belə güclə eşitmişdi. "Qorxma gözəlim sənin canını ağrıtsam öz canımı ağrıtmış olaram, özünü mənə burax."

Əli hər bir hərəkətində gözəl sözlərini sıralamış, hər bir hərəkətində 'qadınım' deyə qulağına fısıldamışdı.

İki bədən yorğunluqla yatağa uzanarkən Əli arvadının narın bədənini qolları arasına alıb bərk bərk qucaqladı. Saçlarını qoxlayıb alnının bitişinə dodaqlarını basdırdı. Qulağına doğru fısıldayıb arvadının ona daha çox yapışmasına səbəb oldu.

"Mənimsən. Bu qaranlıq dünyamı aydınladan tək varlıqsan. Su qədər möhtacam sənə qadınım..."

Son sözlərini demiş, özlərini bədənlərinə, gözlərini yuxuya həbs etmişdilər.

Yazar: Məryəm
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 5 389
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri