Alın yazım (1-ci bölüm)

Müəllif: _Mrs_
Şərhlər: 7
Baxılıb: 5 847
Səs ver:
(səs: 1)
Səhərin ilk işıqları ilə gözlərimi açıb,yerimdə dikəldim.Hər zaman olduğu kimi dizlərimi qarnıma doğru cəkərək gözlərimi boşluğa zilləyib düşünməyə başladım.Beynim cavabsız suallarla dolu idi,hələdə axşam yaşananları,bibimin dediklərini düşünürdüm.
-Afiq bu qızı nə edəcəyəyik? Nəslimizdə bununla yaşıd qız qalmadı hamısı ərə getdi bir bu başımıza qaldı,kimə oxşadı bilmirəm.
Qapıdan eşitdiyim sözlər,qəlbimi qırdığı qədər,məni qəzəbləndirmişdi.Bibim məni necədə düşünürmüş,mənə nə çox canı yanırmış.Atamın bacısna cavab qaytarmamaq üçün səssizliyini görüb içəri keçdim,susmaq niyyətim yox idi onsuz bu xasiyyətimə tərs idi.Haqsızlıq qarşısında esla susmazdım.
-Nə olub ay bibi? Sizin qazancınızla dolanıram?-İlk dəfə özümdən böyüyə cavab qaytarırdım və buna peşiman deyildim.
-Yox qızım səhv başa düşürsən,elə demək istəmirəm.İstəyirəm səndə ailə qurasan yerini yurdunu biləsən.Yaşın ötür
-27 yaşım var sadəcə heç yana tələsmirəm.Atam
ın yanındayam,başqasına yük olmuram ki?
Bibim nə demək istədiymi yaxşı başa düşmüşdü amma onunda susmaq fikri yox idi.çox danışmaq da kimə oxşadığım məlum oldu.
-Bilirəm yük olmadığnı.Olmaz ki,sənde digər qızlar kimi bəzənəsən,baxımlı olub gözəl görünəsən.
-Bezdim artıq eyni sözleri eşitmekdən-səsim getdikcə yüksəlirdi-hə bibi mən çirkinəm,nə edə bilərəm çirkinəm,buna görə heç kim bəyənmir.İndi deyirsiz,gündüzlər bəzənim gecələr isə bu görüntümə geri dönüm? Nə var,nə var kimsə məni bəyənəcək? Olmaz bibi başa düşün olmaz,əgər kimsə məni bəyənib yanında istəyəcəksə elə bucur,çirkin halımı da bəyənməlidi.
Sözümü deyib otağıma keçmişdim və özümü yatağa atıb yuxuya təslim etmişdim.
Görəsən niye xarici görnüş bu qədər önəmlidi? Üzüm çirkin ola bilər amma ali təhsilliyəm,işl
əməsəm də ibtidai sinif müəlliməsiyəm,hərkəs tərəfindən sevilən,özümdən böyüyə hörmət eden,hər şeyin yerini bilən,ağıllı biriyəm amma deyəsən bunlar yetərli deyil.Bibimin sözünü düşündüm...Doğurdan mən kimə oxşamışdım?Azərbaycan qadınları gözəl olur deyirlər,bəs mən Azərbaycanlı deyiləm? Yox Azərbaycanlıyam
.Rəhmətlik anam Bakılı olub,atam isə Şəmkir rayanundandı.Yox yox mütləq atamda yada anamda soy-köklərində haradansa bir "gəlmə" olub və mən ona bənzəmişəm.Kimdi gorəsən o adam?niyə duşunurəm ki,bilsəm nə olacaq gözəlləşəcəm? Təbii ki yox.Uşaq vaxtı en çox izlədiyim film adını tam xatırlamasam da "Esmiralda" adlı qızın həyatından bəhs edən film olub.Gözəllər gözəli qaraçı qızı Esmiralda onu sevən şahzadələrə yox deyib ve kilsə zəngi çalan qozbel Quasimodaya aşiq olub.Güzgüdə özümə hər baxanda o filmi xatırlayırdım.Mən Quasimoda,nə vaxtsa mənə aşiq olacaq Esmiraldanı gözleyirdim.
Çox düşündüm deyesen...Geyinib otağımdan çıxdım.Gün içində,lazım olmadıqca kasmetika ilə işim olmazdı,onsuz da çirkin biri idim.Bir neçə saatlıq görüntümü dəyişməyin nə mənası vardı çünki üzümdə ki boya silindiyin də eyni qız olacaqdım.Mətbəxə keçdiyimdə Səadət xala,yəni atamın ikinci həyat yoldaşı,dərin fikrə dalmışdı.Nə düşündüynü başa düşmək elədə çətin deyildi,bəlli idi bibimin sözleri onu da incitmişdi çünki Səadət xala məni öz oğlundan ayırmırdı hətta bəzi vaxtlar məni Kənandan cox sevdiyni düşünürdüm.
-Xala bizimkilər çıxdı?
Səsimi eşitdiyi zaman irkilməsini və üzgün simasını gizləməyə çalışmasını gördükdə bibimin ünvanına "gözəl sözlər" göndərməyə başladım.
-Hə qızım atan Kənanı məktəbə qoyub işə gedecek.otur sənə çay süzüm.
Mənim 8 yaşım vardı,anamı avtomobil qəzasında itirdik.2 il sonra atam Səadət xala ilə ailə qurdu ve 3 il sonrasında Kənan adlı qardaşım dünyaya gəldi.Hal hazırda Kenan 7-inci sinif şagirdi idi,atam isə bir şirkətdə mühasib olaraq çalışırdı.Mənim işləmək istəyim istək olaraq qalırdı çünki tələb olunan məbləği düzəltmək imkanımz hələki yox idi.Başqa işdə də işləsəm çox sevdiyim müəlliməlik sənətinə xəyanət edəcəyimi düşünürdüm.Qısacası nə edəcəyimlə bağlı qəti fikrim hələki yox idi.
-Xala xahiş edirəm elə qəmli durmayın,mən bibimin bucur ifadələrinə alışmışam üzülmürəm,sizində üzülməyinizi istəmirəm.
-Ağıllı balam-yaxınlaşıb başımı qucaqladı-inan axşamdan bura özümü toplaya bilmirəm.Dedim birdən bibinin sözünü içinə atarsan,elə bilərsən səni doğurdan yük olaraq görürük
-Xala mən uşaq deyiləm ki,bilirəm.Bir gün mənimdə qismətim çıxacaq,bu da hər kəsə en doğru cavab olacaq.
-İnşAllah ağıllı qızım.
Çaydan sonra ev işlərinidə Səadət xalaya köməyə başladım.Axşamüstünə yaxın bina sakinləri hava almaq üçün həyətə toplaşırdı.Yayın isti havalarını ötüşdürməyin ən gözəl yolu idi.Böyüklər bir tərəfə toplaşmış,qonşumuz və eyni zamanda yaxın rəfiqəm olan Aynur və mən,onlardan aralıda söhbət edirdik.
-Axşam Aytənin "həri"si olub.
-Allah xoşbəxt eləsin.
-Üzük almağa getdiklərində gördüm qəşəng oğlandı yaraşırlar.
-Allah yaraşdırsın-sıxılırdım artıq,kiminsə həyatını müzakirə mövzusuna çevirmək mənlik deyildi.Aynura izin versəydim oğlanın nəsil nəcabətini ortaya yığardı.
-Əslində səndə tanıyırsan.Yadındadı Günayın toyunda görmüşdük.
-Yox yadımda deyil
-Günayın xalası oğlu adı da Məna.
-Məna? Çoxmu mənalı həyatı varmış-dediyim sözə ilk özüm gülmüşdüm ve Aynur da mənə qoşulmuşdu.Söhbetin dəyişirilməsi üçün ela fürsət olmuşdu.
Deyib gülərkən uzaqdan bizə yaxınlaşan Aytəni gördüm.Havalı yerişi "yüksək dağları mən yaratdım" mesajı verirdi.
-Salam qızlar necesiz.
Üzümə gülümsəmə qondurb başımı yellədim.Sevmirdim bu qızın insanlara yuxarıdan aşağı baxmasını.
-Təbrik edirəm Aytən,xoşbəxt ol.
-Sağolun qızlar sizədə qismət-üzünü mənə tutaraq-sənin üçün biraz çətindi.
-Niyə?
-Bu çirkinliklə ər tapmağın çox çətindi-deyib gülməyə başladı.
Biri meni tutsun bu qızın saçnı başnı yolub əlinə verməyim.
-Sən bu əxlaqsızlıqla ər tapdınsa,məndə taparam dərd eləmə-gülümsəyib dediyim sözlə Aytəni tok vurmuşdu sanki.
Susmayacaqdım...Mənim canımı acıdanı,məndə acıdacaqdım.
-Sən nə demek istəyirsən?
-Sən daha yaxşı bilirsən.
Onu bir neçə defə fərqli oğlanla görmüşdüm və Aytən bunu bilirdi.Yenə susmur davam edirdi.
-Danışğına fikir ver,ən azından sənin kimi eybəcər deyiləm.küpə girən qarılara oxşuyursan amma hələdə danışmağa dilin var.
Bu qız bəla axtarırdı amma mənim ona bəla olmaq fikrim yox idi.Sözləri məni çox incitmişdi hətta gözlərim dolmuşdu.Yox yox indi axmayın nə olar,yalvarıram indi axmayın.Özümü ələ alıb gözlərinə baxaraq sözümü dedim.
-Bir gün mənə elə bir qismət çıxacaq ki,hamınız qibtə ilə baxacaqsız.Bu sözümü unutma Aytən.Görəcəksən insanların sənin kimi xarici yox,daxili gözəlliyə önəm verdiyni görəcəksən.bunuda mən göstərəcəm həmdə böyük zövqlə və təbii ki,yaraşıqlı oğlanla ailə quraraq.
Cümləmi tamamlayıb arxama baxmadan evə yollanmışdım.Otağıma keçib yatağa uzanaraq göz yaşlarımı sərbəst buraxmışdım.Yorulmuşdum insanların bucur davranışlarından,qarşısındakının canını acıtmaq üçün fürsət axtarmaqlarında
n.İnsan olmaq bu deyildi.düşündükcə ağlamağım şiddətlənir,artıq hönkürürdüm.Biran ağlıma bayaq verdiyim söz gəlmişdi.Nə demişdim? Yaraşıqlı oğlanla ailə quracam? Yox daha nələr...Ağlımı itirmiş olmalıyam yoxsa bunun başqa açıqlaması yox idi.Daha da düşünməyib gözlərimi yumaraq özümü yuxuya təslim etdim...
2 gün sonra
Yüksəs bir dağın başından ətrafı,biraz aşağıda at çapanları izləyirdim.Çaparlardan biri mənə tərəf gəlib gülümsəyərək əlini mənə uzatdı.Əlini tutmağımla,məni çəkib atın üstünə qaldırmağı bir oldu.At üstündə gedirdik,uzaqlara çox uzaqlara....
Gözlərimi açıb otağı süzdüm.Axşam olmuşdu,təmizlik sonrası biraz dincəlim deyə uzanmışdım amma yuxu gorəcək qədər yatmışam və bu yuxu ilə bir şeyi dəqiqləşdirdim.Mən həqiqətən ağlımı itirirdim.yavaşca qalxıb otaqdan çıxaraq mətbəxə kecdim.Atamla Kənan yemək yeyirdi.
-Xala bagışlayın yatıb qalmışam sizə kömək edə bilmədim.
-Eybi yox qızım.Nəsə bir təhər görünürsən yaxşısan?
-Yaxşıyam-tək prablem ağlımı itrirəm-Narahat olmayın.
-Bacı mənə dərslərimdə kömək edərsən?
-Kənan mənim bacınla söhbətim var.Yemeyin bitdisə keç dərslərinin başına,bacında indi gələr.Afiq səndə zala keç çayını gətirirəm.
Səadət xala söhbətə,hər kəsi mətbəxdən çıxararaq başladısa,deməli məsələ çox ciddi idi.Tez yaddaşımı yoxlamaga başladım,bəlkə bir qəbahətim var deyə amma yox heç bir şey eləməmişdim.Əlimi çörək qabından çəkərək,günahkar uşaqlar kimi baxışlarımı döşəməyə dikdim.Səadət xala qarşımda əyləşib gözlərini üzümdə gəzdirdikcə özümü tamam itirirdim.
-Xala mən heç nə etmədim.
Qorxu içində dediyim söz,Səadət xalanın gülümsəməsinə səbəb oldu.
-Bilirəm...Sözüm başqadı.
Məni daha da maraq götürdü.
-Dinləyirəm sizi.
-Qızım sənə bir qismət çıxıb...Qonşumuz Səhərin,əmisi qızı böyük oğluna ağıllı,tərbiyəli qiz axtarır.Səhər də səni məsləhət görüb,onlar da deyib oğlanla qız görüşsün bir birlərni bəyənsələr niyə də olmasın.Yaxşı ailədi həmdə imkanlı.
-İmkanlı? Xala imkanlı bir ailə istədikləri qızı,çox asan bir şəkildə öz oğullarına ala bilərlər.Niyə məhz mən?
-Dedim axı ağıllı tərbiyəli qız axtarırlar
-Xala imkanlı olmaları məni çaşdırır.
-Məcburi deyilki,get görüş bəyənməsən yox deyərsən burda nə varki.
-Bəyənməsəm? Yəqin səni bəyənməsə demək istədiniz.Yox xala nəsə ürəyimə yatmadı bu iş.Yox deyin bağlansın söhbət
Sözümü deyib otağıma keçdim,bir qəribəlik vardı.Ailənin məni heç görmədən razılaşmış olmaları mənə doğru gəlmirdi üstəlik imkanlı ailə.Yəqin ki oğulları avaranın biridi və onu evə bağlamaq üçün evləndirmək qərarına gəliblər.Səhər bacı məni məsləhət görübsə,yəni xarici görünüşü nəzərə almadan,bu fikrimi daha da tesdiqləyirdi.Düşüncələrimi dağıtmaq üçün əlimə kitab alsam da mümkün olmurdu.Kitabı örtüb yana qoydum,başımı nə ilesə qatıb hərşeyi unutmaq istəyirdim.Mətbəxə keçib bir iki tikə atışdırıb,dərslərinə kömək etmək üçün Kənanın otağına keçdim...
Otağıma döndükdə beynim çox yorulmuşdu.Yata
ğa uzanıb özümü yuxuya təslim etdim.Bu arada,adımı deməyi unutdum.Adım Sənəmdi.
Sənəm Cəfərova...

Yazar: Afaq.Q
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 5 847
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri