Alın Yazım (3-cü bölüm)

Müəllif: _Mrs_
Şərhlər: 3
Baxılıb: 3 852
Səs ver:
(səs: 0)
Evə dönərkən nə qədər tək dönmək istəsəmdə buz parçası izin verməmişdi,utana sıxıla keçib arxada oturdum.Yenə səssizlik höküm sürürdü,arada güzgüdə məni süzdüyünü hiss edirdim,o an ürəyim yerindən çıxacaqmış kimi döyünürdü.
Radioda çalınan lirik mahnı ilə,fikirlərim qarışırdı.Başımı pəncərəyə söykəyib nə qərar verəcəyim haqqında düşünməyə başladım.Azərdən xoşum gəlmişdi...Xəyallarımdakından fərqli idi,hər zaman şən,deyib gülən,həyat dolu birini xəyal edərdim,Azər isə bunun tam əksi idi amma bir qüvvə çəkirdi onu mənə.Qismətə inanan biri idim ona görə bu olanların alın yazısı olduğnu düşünürdüm.Düşüncələr içərisində,binamızın yaxınlığındakı dayanacağa çatmışdıq.
-Telefon nömrəni mənə ver,mənimkini də qeyd et.
Görəsən bu adam hərkəsləmi bucür danışır yoxsa tək mənəmi emr verir.Nömrə alış verişindən sonra maşından enib qapımı açması və mənim binaya çatmağımı gözləməsi xoşuma gəlmiş,üzümdə gülümsəmə yaratmışdı.
-Ooo kimləri görürəm.
Eşitdiyim səsə başımı qaldırdığım da Aytənin 32 dişi ilə qarşılaşdım.Bir bu çatmırdı,yaxşı deyiblər keçinin sevmədiyi ot burnunun dibində bitərmiş.Aytən aralıda dayanan Azəri və məni mənalı bir baxışla süzüb kinayə ilə gülümsədi.
-Məhəllənin namus təmsilçisi Sənəm xanıma baxın hələ...Nə oldu mənə əxlaq dərsi verirdin amma özün onun bunun maşınında gəzirsən yoxsa mənə dediyin sözə görə yaraşıqlı oğlan ovuna çıxmısan?-Azərə baxaraq-amma deyim ki,bacarmısan.Yoxsa sən bu yaraşıqlının sənlə evlənəcəyinimi düşünürsən?-Deyib qəh qəhələrər boğuldu.
Üzümə suni təbəssüm yerləşdirib Azərə tərəf döndüm,o isə hər şeyin yolunda olduğnu düşünüb maşına minərək uzaqlaşdı.
-Niyə göndərdin ki,gələrdi tanış olardıq.
Susmurdu...
-Aytən indi çox yorğunam.Sənin axmaq fikirlərini sonra dinliyərəm.
-Oo səni çoxmu yorub?
Allahım bu qız nə yeyib içir,nə ilə qidalanır görəsən.
-Aytənnn...-səsim olduqca sərt çıxmışdı-danışığını bil.O,mənim gələcək həyat yoldaşımdı başa düşdün? Biz evlənirik.
Sözümü deyib arxama baxmadan evə doğru addımladım.
Yenə əsəblə,nə danışdığımı bilmədən söz demişdim.Bu qız mənim əsəblərimi tarıma çəkməyi necə bacarırdı bilmirəm amma hər dəfəsində fərqli söz vermiş oluram.İndidə "biz evlənirik" dedim off Allahım hansı ağılla dedim bunu,bəlkə heç adam istəmir? Mən nə etdim of Sənəm of,axmaqlıqda nömrə birsən.Özümü danlayaraq evə çatmışdım,qapını döyüb gözlədim.Yenə fikirlərim qarışmışdı,Aytən niyə qarşıma çıxdı ki,qarşılaşmasaq o sözü deməzdim.Bu iş olmasa bir ömür Aytənin dilindən düşməyəcəm bu da yetməz mehlədə məni biabır etmək üçün əlindən gələni edəcəyindən adım kimi əminəm.
-Sənəm yaxşısan?
Səsə başımı qaldırdığımda Səadət xalanın məni qəribə baxışlarla süzdüyünü gordüm.Qadın bayaqdan qapıda mənim deyinməmi izləyirmiş,hər halda dəli olduğmu düşünürdü.
-Yaxşıyam xala.Aşağıda yerə atılmış zibilləri gördüm ona söylənirəm.Qutuya atmaq ağır gəlir yerə atırlar.
Bəhanələr uydurmuşdum,Səadət xalanı üzmək istəmirdim.Əmin idim ki,Aytənin məni gördüynü desəydim üzüləcəkdi.
-Danış görüm necə kecdi?
-Nəbilim xala yaxşı oğlandı,danışdıq görək nə qərar verecək-mətbəxə keçərkən fikirlərimi çatdırdım.
-Necə yəni nə qərar verəcək...Qərar verib ki görüşə çağırıb.Sən bəyəndinmi onu de mənə.
-Yaxşıdı...Bəyəndim-deyib otağıma keçdim.
Beyinimdə bu gün yaşadıqlarımı analiz etməyə başladım.Əgər razı olsam bunu Aytənin sözlərinə görə yox,bəyəndiyim üçün qəbul edəcəkdim.Görəsən o,nə düşünür? Bu an onun beynində olmağı,düşüncələrini oxumağı çox istəyirdim...
Səhər oyanıb yataqda oturaq vəziyyət aldım.Dizlərimi qarnıma doğru çəkərək düşüncələrə dalmışdım.Beynim o qədər məşğul idi ki,çalan telefon səsinə güclə özümü toplayıb baxdım.O,idi...Yuxu gormürdüm zəng edən Azər idi.Aparatı qulağıma yaxınlaşdırıb titrək səslə dilləndim.
-Alo
-Sabahın xeyir Sənəm.
-Sabahınız xeyir.
-Oyatmadım inşAllah?
-Yox oyaq idim buyurun,
-Anam və Gülçin,yəni bacım səninlə tanış olmağı çox istəyir.Ailənizlə tanış olmadan evinizə gəlmək istəmirlər,başqa yerə də mən istəmirəm çünki birazdan əməlyata girəcəm,harasa tək getməyini istəmirəm.Uzun sözün qısası saat 1də bizimkilər Səhərgilə gələcəklər sən də ora gedərsən...Mən indi getməliyəm,əgər işim tez bitsə çalışacam məndə gəlim.Hələlik
-M...Mən...Alo...Alo-söndürmüşdü.
Telefonun ekranını üzümə yaxınlaşdırıb sözümü dedim.
-Əmr edərsiniz.
Nə idi bu? Əmirlərini verib söndürmüşdü.Bu adamın niyyəti yəqin məni dəli etmək idi,çoxda ağıllı sayılmazdım,qalan ağlımıda Azər bəy sayəsində itirəcəkdim.
Anası məni görmək istəyirsə deməli o,da razıdı bu düşüncə ilə ürək döyüntüm yenə sürətini artırmışdı.Cəld qalxıb mətbəxə keçdim.Səadət xalaya olanları bildirdikdən sonra,onun israrı üzərinə masaya əyləşib biri iki tikə yemək yemişdim.Birdən anası məni bəyənməsə? Oğluna laiq bilməsə? Bunu etsə haqsız da olmayacaq.Yediyim hər loxma boğazımda düyüm halına gəlirdi və mən udqunmaq da çətinlik çəkirdim.Güclə son loxmamı udub ayağa qalxdm,bugün yaxşı görünməli idim bunu özüm üçün,qürurumun incinməməsi üçün etməli idim.Hamama keçib ilıq duş qəbul etməklə başladım.Özümə ən çox yaraşdığını düşündüyüm donumu geyinib saçlarımı düzləşdirərək açıq qoydum.Deyəsən burda Allah üzümə baxmışdı,saçlarım az maz sarışın və uzun idi.Əslində tək üzümdən başqa,vucudum,yerişim,duruşum normal idi.Kasimetika ilə biraz dəyişmişdim,ətrimi sıxdıqdan sonra hazır idim.Getməzdən əvvəl telefonu götürüb Səhər bacını nömrəsini yığıb qulağıma yaxınlaşdırdım.
-Alo.
-Səhər bacı necəsiz?
-Yaxşıyam canım,sən hazırsan?
-Hazıram.
-Onda gəl nə gözləyirsən.
Ayaqqablarımı geyib evdən çıxdım,yan binaya doğru addımlarkən,bu günün prablemsiz ötüşməsi üçün dualar edirdim.Bir həftə əvvəl bunları yaşayacağım ağlımın ucundan belə keçməzikən indi özümü birilərinə bəyəndirməyə çalışırdım,inana bilmirəm.Düşüncələr içərisində çatmışdım,qapını döyüb "bəlkə gəliblər" fikri ilə üst başımı düzəltməyə başladım.
-Çox gözəl olmusan-səs başımı qaldırdığımda Səhər bacının gülümsəyərək baxdığını gördüm.
-Gəliblər?-Qısıq səslə verdiyim suala yox cavabı alıb sevinmişdim.İçeri keçib bərabər çay süfrəsni hazırlarkən söhbətə başladıq.
-Səhər bacı sizin fikrinizcə məni bəyənəcəklər?
-Niyə bəyənmirlər həm Azər qərarını verib.
Əlim ayağım dolaşmışdı.
-Necə? Nə deyib?
-Ay qız bu həyəcan nədi nə olub?-Səhər bacının göz vurub qəh qəhə atması ilə hiss etdim ki yanaqlarım alışıb yanır.Ən yaxşısı mətbəxə qaçmaq və bir müddət ordan çıxmamaq idi.Elə bu an qapı döyüldü.Yox yox indi yox...Cəld vanna otağına qaçmış,dərin dərin nəfəs alıb verərək özümü ələ almağı bacarmışdım.Güzgüdə son dəfə baxıb hər şeyi yerində olduğundan əmin olduqdan sonra otağa doğru irəllədim.Həyəcandan ürəyim boğazımda vururdu...İçəri daxil oldum.
-Xoş gəlmisiz-yaxşı ki,səsim titrəmirdi.
-Çox sağol canım-Azərin anası,Nəzakət xanım yaxınlaşıb görüşdü.Dəbli geyimi və saç düzümü olan qadın,zəhimli görnüşə malik idi.Azər deyəsən bu baxımdan anasına oxşayırdı.Gülçin isə çox səmimi,şıltaq bir gənc qız idi.
-Qızım Azər evdə sənin haqqında danışdığı an səni tanımaq istədik,ailənlə hələ tanışlıq olmayıb deyə evinizə gələ bilmədik.Başqa yerdə görüşməyimzə də Azər izin vermədi,yeqin danışmısız?
-Bəli danışmışıq.
Əslində sadəcə o danışdı mən dinlədim.
-Qaqaş indi əməlyatdadı,tez çıxsa o,da gələcək.-Gülçində söhbətə qoşulmuşdu.
Hərkəs söhbət edirdi men isə bir cümlədə ilişib qalmışdım."Azər evdə sənin haqqında danışdığı an" görəsən nə danışmışdı? Mənə nə olur belə,bir dəfə görmək belə fikrimi qarışdırmağa yetdi,evlənsək nə olacaq bilmirəm.
-Sənəm zəhmət olmasa mənim çayımı təzələyərdin-Səhər bacının səsinə sanki yuxudan ayıldım.
-Sizin çayınızıda təzələyim?-Üzümü Nəzakət xanıma tutub dilləndim.
-Yox canım mən çox içdim bu gün.
Danışdıqca anladım ki,Nəzakət xanım görüntüsünün tam əksinə,səmimi qadındı.Mətbəxə keçərkən Gülçin arxamca gəlmişdi.
-Sənəm mən səni çox sevdim,inşAllah hərşey yaxşı olar və sən evimizin gəlini olarsan.
Gülçin o qədər içdən dua edirdi ki,qeyri ixtyari ona sarıldım.
-Burda nə baş verir?-Nəzakət xanım gülümsəyərək bizə yaxınlaşdı-Gülçin bizə biraz izin ver.
Gülçin çıxdıqdan sonra Nəzakət xanım masaya əyləşib,mənim də qarşısında oturmağımı işarə etdi.
-qızım biz səni çox bəyəndik,Azər də razıdı amma biz sənin dəqiq fikrini bilmirik.
-M...Mən...Mən-dilim dolaşır,nə deyəcəyimi unudurdum-Biz bir birimizi yaxşı tanımrıq...
-Düz deyirsən hələ bir dəfə görüşmüsüz amma nə edim oğlumun xeyir işini görmək istəyirəm...
-Başa düşrəm amma qərar verərkən tələsmək istəmirəm.
-Yaxşı qızım tanıyın bir birinizi amma çox çəkməsin.Əslində Azər çətin oğlandı,sənə qarşı kobudluq edə bilər ancaq onun çox yumşaq,pambıq kimi qəlbi var əgər Azərin o damarını tuta bilsən səni ömür boyu ovcunda gəzdirər.
Qarşılıq olaraq sadəcə gülümsədim.Nəzakət xanım qalxıb qonaq otağına keçdi.Fikir məni bürümüşdü,düzmü edirdim səhvmi? Qapının səsinə fikrimdən ayılıb qapıya yaxınlaşaraq açdım.Gələn Azər idi,yenə sərt baxışların üzümə zillədi,qorxurdum ki,bu baxışlar əvvəl axır üzümdə deşik açacaq.
-Salam...Necəsən?
-Yaxşıyam siz?
-Məndə yaxşıyam.Telefonunu verə bilərsən? Mənim telefonum dostumda qalıb,deyim evə göndərsin.
Əlimdə ki,telefonu ona uzatdım.Əmr formasında demədiyi üçün sevinərkən xatırkadıqlarımla sevincim üzümdə donmuşdu.Mən onun adını fərqli qeyd etmişdim.Yavaş yavaş başımı qaldırdığımda gördüyümə inana bilməmişdim.Təəcübdən ağzım açıq qalmışdı.O gülürdü...Azər gülürdü...Gülərkən də yaraşıqlı idi...Off nə danışram mən.
Biranda gülümsəyən gözlərini mənə dikdi.
-Demək "buz parçası" ?
Allahım niyə burada və umumiyətlə heç yerdə aralanmış yer yox idi...

Yazar: Afaq.Q
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 852
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri