Alın Yazım (4-cü bölüm)

Müəllif: _Mrs_
Şərhlər: 3
Baxılıb: 4 714
Səs ver:
(səs: 0)
Hər zaman olduğu kimi oyanıb yatağımda oturaq vəziyyət alaraq dizlərimi qarnıma doğru çəkdim.Üzümdə ki,axmaq gülümsəmə ilə hələ də dünən yaşananları düşünürdüm.Çox mehriban insanlar idi,dünən daha da dəqiq anladım ki,onlar doğurdan da daxili gözəlliyə önəm verirlər.İlk dəfə tanımağıma baxmayaraq,Nəzakət xanımın eləcə də Gülçinin yanında olduqca rahat idim və bu cür ailə ilə qarşılaşdığım üçün özümü şanslı hesab edirdim.
Azərin gəlişi,telefon məsələsi...Hələ də düşündükcə utancımdan gizlənməyə yer axtarırdım.Onun gülüşü getmirdi gözlərimin önündən.Hər zaman sərt görünür amma gülümsəmənin ona nə qədər yaraşdığını bilsəydi hər an gülümsəyərdi yəqin.
Gülçin qardaşı ilə zarafat edərkən yenə üzü sərtləşmişdi.
-Az danış qalx mənə çay süz-dediyində başa düşdüm ki,zarafatı heç sevmir.
Gülçin mənə dönərək sualını ünvanlamışdı.
-Sənlədə belə əmr ilə danişir?
Bir söz demeyib gülümsəmişdim.
-Fikir vermə o həmişə elədi-deyib qardaşına dil çıxarmışdı.
Bu anları düşündükcə gülüşümü yığa bilmirdim.Dünənki günün hər saniyəsini xatırlayırdım,yaddaşımın ən silinməz küncünə həkk olunmuşdu.
Qərar vermişdik,bu gün görüşəcəkdik ona görə səhər yeməyindən sora hazırlaşmağa başladım.Hər zaman olduğum kimi görünməyə üstünlük verirdim amma artıq yaxşı görünmək istəyirdim.Hara gedəcəyimizi bilmirdim,ona görə sadə geyim seçmişdim.Cins şalvar,qara kofta və üzərinə uzun qara jilet.Kasmetika ilə görüntümü tamamlayıb güzgüdə özümə baxdım,pis deyildi.Üsyan etməyin günah olduğunu bilsəmdə,bəzən özümü Allaha üsyan edərkən tapırdım,deyəsən indi də o anlardan biri idi "Allahım mən niyə digərləri kimi deyiləm"
-Sənəm telefonun çalır.
Eşitdiyim səsə fikirlərimdən ayılıb telefona baxdım.Azər idi və dayanacağa çatdığını bildirib söndürmüşdü.Ayaqqabılarımı geyib aşağı endim "bircə Aytənlə qarşılaşmayım" deyə dualar edərək irəlilədim.Azər maşından enib,məni gözləyirdi.Onun da geyimi bugün sadəlikdən yana idi,cins şalvar və qara köynək.
-Salam
-Salam necəsiz?
-Yaxşyam sən?
-Şükür.
Görəsən bu adama deyən olmayıbmı ki,biri hal ehval tutduğu zaman nəzakət xatirinə gülümsəmək lazımdı.Səssizcə maşına əyləşdim.
-Harasa getmək istəyirsən?
-Fərqi yoxdu.
-Bildiyim qəşəng restoran var,yeməkləri də dadlıdı.
Başımı yelləməklə yetindim.Yolboyu sakitlik höküm sürürdü,arada mən Nəzakət xanımı və Gülçini soruşduğumda çox qısa cavablar verərək susurduq.
Dəniz kənarı bir restorana çatıb maşından enərək içəri daxil olduq.Boş masalardan birinə əyləşdik,yemək üçün tez idi onun üçün kofe sifariş edib söhbət etməyə başladıq.Daha çox ailəmizdən danışırdıq.
-Anamın ölümünü tam xatırlamıram,8 yaşım vardı əslində böyük qız idim niyə xatırlamadığmı bilmirəm.Tək bir şey yadımdadı,atam üzümü qavrayıb gözlərimə baxdı və "anan artıq yoxdu" dedi.O an burda-əlimi ürəyimin üstünə qoyub davam etdim-tam burda bir ağrı hiss etdim o ağrını heç unutmuram.
-O ağrını məndə bilirəm,üstəlik mən 5 yaşım olmasına baxmayaraq,hər anını saniyə saniyə xatırlayıram.
Bu adam nədən bəhs edirdi Nəzakət xanım sağ idi və yanında idi.
-Amma Nə...Nəzakət xanım?-Yenə səsim titrəmiş və sözlərimi rahat deməkdə çətinlik çəkirdim.
-Atamın ikinci həyat yoldaşıdı.
Çox təccüblənmişdim,sözün esl mənasında şok olmuşdum.Nəzakət xanım danışdıqca sanki öz doğma oğlundan bəhs edirdi və onun ailə qurub xoşbəxt yaşaması üçün əlindən gələni edirdi.Səadət xala eləcə də Nəzakət xanım kimi yaxşı insanların var olduğnu bilmək gözəl hiss idi.
-Bəs doğma ananız?
Üzümə baxdı...Gözlərində dərin bir nifrət və qəzəb vardı.
-Getdi...Çox ağladım amma getdi...Yağış yağırdı...Amma yenədə getdi.
-Niyə getdi?
-Başqasına aşiq olubmuş-üzündə elə bir ifadə vardı ki,ən sevdiyi oyuncağını başqası almış körpənin baxışı kimi,məyusluq və qəzəb.
Susub qalmışdım,nə deməli olduğumu bilmirdim.O,da məni kimi anasızlığı yaşayıb,bunu düşündükcə çox pis olurdum,anasızlığı yaşamayan bilməz bu ağrını.O an anladım ki,Azərin bu "buz parçası" görüntüsünün əsas səbəblərindən biri qəlbin də yatan nifrətdi.O,susub gözlərini pəncərəyə zilləmişdi,mən isə bu mövzuyu açdığım üçün özümü danlayırdım.
-Başqa nəsə istəyirsiz?
Onlar sadəcə ofisiant yox eyni zaman da bizi çetin anlarımızdan qurtaran mələklər idi hansı ki,indi məni də qurtarmışdı.Ürəyimdə ona etdiyim təşəkkürlərin sayı hesabı yox idi.Azər baxışların pəncərədən çəkib ofisanta yönəltdi.
-Menyu gətirin zəhmət olmasa.
Deyəsən fikri yayınırdı,daha da yayındırmaq üçün yeni mövzü açmalı idim amma nə?
-Həkimliyi çox sevirsiz?
"Of Sənəm gələndə ağlını niyə gətirmədin ki,keçən gün dedi axı sənətimi sevirəm deyə"
-Hər kəsin uşaqlıqdan xeyalı olur,hansısa bir peşənin sahibi olma xeyalı.Cərrahlıq mənim uşaqlıq xeyalımdı.
-Müəllimə olmaq da mənim xəyalım olub.
-Nə əcəb işləmirsən?
-Alınmadı.
Nə isə ki mövzu dəyişmişdi.Yeməkləri gözləyərkən bir anda Azər gözlərini üzümə zillədi.
-Sevdiyin olubmu?
Heç nə yeməməyimə baxmayaraq,böyük bir tikə boğazımda qalmışdı.Bu sual hardan çıxdı?
-Yox olmuyub.Bəs sizin?
-Olub.
İkinci şok...Bunu eşitməyə tam olaraq hazır deyildim amma buna baxmayaraq sualımı ünvanladım.
-Bəs Nə...Niyə ayrı...Ayrıldız?-Səsim niyə titrəyirdi bilmirəm,içimdə daha əvvəl duymadığım bir hiss baş qaldırmışdı,əsəb qarışıq bir hiss.Kimə və niyə əsəbi idim bilmirdim.
-Xəyanət...Anamdan sonra o,da xəyanət etdi.
Sakitcə başımı əydim...Mənə görə xəyanət əsla əff olunmayacaq bir şey idi.Azər gözlərini pəncərəyə zilləyib fikirlərə dalmışdı.Mən isə ona xəyanət edən iki qadını düşünürdüm.Heç nə səbəbsiz deyil,bu sözün həqiqət olduğunu bu gün daha dəqiq anladım.Azərin bu sərtliyinin səbəbi hər iki qadın tərəfindən aldığı xəyanət zərbəsi imiş.Bu çox üzücü idi,onun nələr yaşadığını tam olaraq anlamasam da başa düşə bilirdim,üzünə yansıyan sərtlik qəlbinin qırıqları idi.Nədənsə onu belə,pərişan gördükcə qəlbim parçalanırdı.Əlimi uzadıb yavaşca əlinə toxumduğum zaman irkilmiş gözlərini mənə zillədi.Bəlli idi ki,bu toxunuşu gözləmirdi,heç mən özümdə gözləmirdim.Tez əlimi geri çəkib baxışlarımı yerə dikdim.Bu an mənim "qurtarıcı mələk" adlandırdığım ofisiant yeməkləri gətirmişdi.
-Yeməklər çox dadlı görünür sizcə də elə deyil?
Verdiyim suala xəfif təbəssüm edərək başını yellədi,anlamışdı onun fikrini yayındırmaq üçün dediyimi.Ən azından təbəssüm etdi,pis nəticə deyildi.
-Elədi.
Hər ikimiz fikirnizi yeməklərə yönəltmişdik.Ümid edirdim ki,Azər az əvvəl ki,bədbinliyini üzərindən atıb,ümid edirdim çünki başımı qaldırıb üzünə baxa bilmirdim,buna cəsarətim çatmırdı.
Yeməklər bitmişdi artıq.
-İstəyirsən dəniz kənarında bir az gəzək?
Azərin təklifi ürəyimcə olmuşdu,eşitdiklərimdən sonra hava almağa ehtiyacım var idi.Ayağa qalxıb irəliləmək istərkən ayağım büdrədi və bir quş kimi süzüldüyümü hiss etdim.İndi yəqin hərkəs mənə gülür.Allahım bu anı yaşamaqdansa ölsəydim...Bərk sıxdığım göz qapaqlarımı yavaşca qaldırıb ətrafı süzdüm.Yıxılmamışdım...Aman tanrım Azər bir supermen ədası ilə belimdən tutub məni biabır olmaqdan qurtarmışdı.Gözlərini üzüm də gəzdirdikcə nəfəs almağım çətinləşirdi.Təkcə hind filmlərində ki,kimi külək əksik idi.
-Xanım yaxşısız?
Eyni ofisiant...Romantikanı məhv etmişdi.
-Bu dəfə olmadı-tessüflə baxdım ofisianta
-Nə?
Azər və ofisiant sual dolu baxışlarını üzümdə gəzdirdikcə,sözü səsli dediymi anladım.
-Şey...Yəni olmadı...Olmadı heçnə yaxşıyam.
Özümü restorantdan çölə necə atdığımı belə bilmədim.Azəri gözləmədən dənizə doğru addımladım.Sərin külək üzümə vurduqca sanki yuxudan oyanırdım.Bir qədər getdikdən sonra köhnə oturacağa yaxınlaşıb oturdum.Bayaq yaşadığım utancdanmı,öyrəndiklərimdənmi bilmirəm gözlərim dolmuşdu.Duyduğum ətirdən Azərin yanımda əyləşdiyini hiss etdim.Səssizcə dənizi izləyirdik.Özümü çox yorğun hiss edirdim,bu an tək istəyim yorğana bürünüb yatmaq idi,baxmayaraq ki,sentyabr ayındaydıq.Niyə belə olduğumu bilmirdim,əhvalım tamam korlanmış,səssizliyə qərq olmuşdum.Bu halımı Azər də hiss etmişdi.
-Nə oldu birdən birə?
-Bilmirəm.
-Yəqin öyrəndiklərin indi tesir edir.
Səsində ki,istehza məni oyadırdı elə bil.Keçmişdə sevgilisinin olması məni narahat etmirdi.30 yaşı var hər halda olmalı idi,mən anası ilə bağlı mövzuda ilişib qalmışdım.Alın yazımız eyni imiş,deməli ona görə onu özümə yaxın hiss edirdim.
-Nəzakət xanım sizi çox sevir.
-Bilirəm...O,elədi ürəyi sevgi ilə döyünür.
-Öz ananızın hara da olduğunu bilirsiz?
-5 il əvvəl bir xəstə gətirmişdilər,əməlyatı mən etdim uğurla başa çatdı.Xəstə yaxınlarına şad xəbəri vermək üçün yaxınlaşdım.Bir qadın başını əyib ağlayırdı,anladım ki həyat yoldaşı odu.Qadın başını qaldıran kimi tanıdım...Anam idi...O,məni tanımadı...Mən tanıdım amma o,tanımadı...Düşünə bilirsən?Anam məni tanımadı.O gündən onun haqqında düşünmürəm.Əvvəllər düşünürdüm hardadı?Necedi?
-Axtarmadınız?
-Dəfələrlə...Amma uğursuz olurdu.O gün qeydiyyat şöbesində gördüm ki,adı soyadı dəyişib və Azərbaycana yeni qayıdıblar.Daha əvvəl başqa ölkədə yaşayıblar.
Yenə səssizlik çokdü,dənizin asta asta dalğalanması susturmuşdu bizi.
-Səhər haqlı imiş.
Səssizliyi ilk o,pozdu...
-Nə barədə?
-Sən də qəribə bir şey var...Anam haqqında danışmağı sevmirəm,bu haqda ümumiyyətlə danışmıram amma sənin yanında rahatam,sanki kəlimələr özü tökülür dilimdən.
Yanaqlarımın yandığını hiss edirdim,ilk dəfə mənə xoş söz deyirdi,əmin idim ki bu anı unutmayacam...
-Evə gedək?
Başı ilə razılıq bildirdikdən sonra yavaş yavaş qalxıb maşına yaxınlaşdıq və əyləşərk evin yolunu tutduq.Yol boyu o,gözlərini yoldan,mən isə ondan çəkmirdim.Dayanacağa çatdığımız da biran da arxaya dönərək ifadəsiz baxışlarını üzümə zillədi.
-Sənəm mənimlə evlənməyə razısan?
Sualını gözləmədyim biran da verməsi məni çaşdırmışdı.
-Ra...Razıyam...

Yazar: Afaq.Q
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 4 714
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri