Alın Yazım (5-ci bölüm)

Müəllif: _Mrs_
Şərhlər: 5
Baxılıb: 4 177
Səs ver:
(səs: 0)
Günlər bir birini əvəzlədikcə,ürək döyüntülərim sürətini daha da artırırdı.Ailələrin tanışlığı baş tutmuş,hər iki tərəf bu tanışlıqdan məmnun qalmışdı.2 həftə sonraya nişan,nişandan 3 ay sonraya isə toy təyin edilmişdi.Qısa müddət sonra hərkəsin "düşündüyü" Sənəm ərə gedəcəkdi...
Qarşımdakı çay fincanına əlimi uztdığım da soyuduğunun fərqinə vardım.Fikir məni götürmüşdü necə olacaq? Nə olacaq?
Qız tərəfi olaraq nişan bizim öhdəliyimizdə idi,atamın maddi vəziyyətini nəzərə alan da isə bunun heç də asan olmayacağını bilirdim.Onlar hər baxımdan bizdən üstün idi,əmin idik ki,qonaqları da çox olacaqdı.Düzdü kübar insanlar idi və çox tələbləri yox idi amma atam qürurlu insan olduğundan mənim heç nəyimi əksik etməyəcəkdi.Tək duam atamın çox əziyyət çəkməməsi idi.
Qapının səsinə fikirlərimdən ayılıb ayağa qalxdım.Gözlükdən baxaraq gələnin Aytən və Aynur olduğnu gördüm.Bəlli idi ki,Aytən məni təbrik etməyə gəlib və təbii ki öz dəsti-xətti ilə.Qapını açıb onları içəri buyur etdikdən sonra mətbəxə keçib çay gətirdim.
-Qızlar masaya keçin,çay içək.
-Təbrikə gəlmişik
-Çox sağolun.Çay içərkən də təbrikləri qəbul edə bilirəm.
Aytənin reaksiyasiasını gördükdə elə bildim qıza zəhər təklif edirəm.Gözlərini süzdürərək,xüsusi nazla masaya əyləşdi.
Hal əhvaldan sonra Aytən gözlərini mənə zillədi.
-Bunu necə bacardın?
-Nəyi necə bacardım?
-Bu çirkinliklə varlı və yaraşıqlı oğlanı tapmağı,
-Aytən mənim evimdə məni təhqir etdiyinin fərqindəsən yəqin.
-Bu həqiqətdi axı,üstəlik mənə çox maraqlıdı.
Bu qızın üzsüzlüyü məni öldürəcəkdi,yenə də sağolsun ən azından üzümə deyirdi.
-Maraqlıdırsa deyim,heç nə etmədim sadece özüm kimi davrandım.
Bu an qulağımda Azərin sözləri təkrarlanırdı "səndə qəribə nəsə var".
-Elə bu?...Ay qız burda kim varki,çəkinmə de,həm Aynur da öyrənsin.
Bayaqdan səsi çıxmayan Aynur sərt baxışlarını Aytənə zillədi.
-Bəsdi çərənlədin,mənim hələ ki,evlənmək fikrim yoxdu.
Aynurun reaksiyasından sonra sükut çökmüşdü.Arayı yumşaltmaq mənə düşürdü.
-Aytən toyu nə vaxt eləmək fikriniz var...
Beləcə mövzu deyişmiş,ordan burdan söhbət etməyə başlamışdıq.
Aytən nişanlısı ilə aralarında ki sevgi münasibətindən danışdıqca məni fikir götürürdü.Azərin mənə qarşı heç bir hissi olmadığnı bilirdim,heç mənim də ona qarşı bir hissim yox idi,sadəcə xoşum gəlirdi.Bunu sevgi adlandırmaq hər halda dünyanın ən axmaq fikiri idi.Bəs belə ömür keçərdimi?Sevgisiz bir yaşam sürdürülə bilərdimi?Bu haqda düşünsəm yəqin dəli olacaqdım.
Qızları yola saldıqdan sonra ev işləri ilə günümü yola verib heçnə düşünməməyə çalışdırdım.Axşam telefon çaldığında, "Buz parçası" yazısını görməyimlə otağa qaçmağım bir oldu.Bütün düşündüklərimə inad onun tək zəngi belə ürək döyüntülərimin artmasına səbəb oldu.
-Alo
-Necəsən Sənəm?
-yaxşıyam,siz?
-biraz yorğunam,əməlyatım var idi düşündüyümdən uzun çəkdi...
İlk dəfə onunla hardasa 1saata yaxın telefonla danışmışdıq,inana bilmirdim.İşindən,gününün necə keçdiyindən danışır,mənim nə etdiyimlə maraqlanırdı.Çox qəribə hal idi,nə vaxt Azərlə bağlı beynimdə mənfi fikirlər yaransa,mütləq nəsə olurdu və mənim düşüncəm dəyişirdi.Artıq onun qismətim olduğuna yavaş yavaş inanırdım.Üzük almaq üçün bərabər gedəcəyimizi dedikdən sonra sağollaşmışdıq.
Səhər hazırlaşıb onu gözləyirdim.Azər getdikcə gözümdə doğmalaşır,yaxın birinə çevrilirdi.Artıq onun sərt siması,kobud səsi üçün belə darıxırdım.
Qısa zəngi ilə çatdığını bilib çantamı götürərək aşağı endim.Dayanacağa doğru irəlilərkən həyəcandan bütün bədənimin əsdiyini hiss etdim,özümdəki dəyişiklik heç ürək açan deyildi.Az qalırdı ayağım dolaşıb yərə yapışam,içimdən "özünə gəl Sənəm"deyib tənbehlər yağdıraraq dayanacağa catmışdım.Azər hər zaman olduğu kimi maşına söykənib gözləyirdi,yenə olduqca yaraşıqlı görünürdü.Sərt baxışlarını qara eynək altında gizləmişdi amma bu ona xüsusi hava qatırdı.İncələməyi dayandırıb yaxınlaşdım.
-Salam.
-Salam necəsən?
-Yaxşıyam siz?
-Şükür.
Maşına əyləşib ticarət mərkəzlərindən birinin yolunu tutduq.Sakitlik höküm sürürdü,Azər yenə buz parçasından fərqlənmirdi.Görəsən onun ürəyidə ki,buzları əritməyin yolu vardımı? Çox istərdim onun qəlbində ki,nifrət silinsin çünki onu bu hala salan kini,nifrəti idi bunu görürdüm.
Arada qısa söhbətlərimiz olsa da,sakitliyi seçirdik,beləcə çatmışdıq.Maşından enib yan yana addımlarkən,hər kəs maraqla izləyirdi bizi.İnsanlar bir Azərə bir mənə baxdıqca hər halda Azərin ya kor ya da əqli probleminin olduğunu düşünürdü.Mən bu baxışlara alışmışdım,ona görə artıq vecimə deyildi amma istər istəməz düşünürdüm ,görəsən niyə xarici görünüş bu qədər önəmlidi?
Mağazalardan birinə yaxınlaşıb üzüklərə baxmağa başladıq.Azər mənim üçün çox gözəl bir üzük seçmişdi,üzüyə heyran olmamaq əldə deyildi,sadə və olduqca zərif.Barmağıma taxıb yaraşdığını gördüm.
-Beyendinsə bu olsun?
Azərə cavab vermədən üzüyün qiymətinə baxdım və hiss etdim ki,barmağım alışıb yanır.Bu qədər bahalı üzüyü taxsam,gərək yanımda qoruma gəzdirim.
-Yox istəmirəm.
-Sənəm bəyəndin ya bəyənmədin?
Səs tonu alçaq olsa da çox sərt idi.Başımı yelləyib razılğmı bildirdim.
Üzük işini yekunlaşdırdıqdan sonra yemək üçün restorana keçib əyləşdik.Gənc qızların məni görməzdən gəlib,Azərin diqqətini çəkmə çabaları gülüməyimə səbəb olurdu.Azərin bütün diqqətinin menyu da olması qızları əsəbləşdirdi.
-Nəyə gülürsən?
Başımı qaldırdığımda,Azər təccüb dolu gözlərlə məni süzürdü.
-Yan masada ki,qızlar diqqətinizi çəkməyə çalışır.
Çevrilib yan tərəfə baxdıqdan sonra başını sağa sola hərlədi.
-Uşaqdlar.
-Böyük olsalar daha maraqlı olardı sizin üçün?
Azər bir qaşını qalıdıraraq özündən razı baxışlarını üzümə zillədikdə nə dediyimi anlamış və çox utanmışdım.Başımı əyib söhbəti dəyişməyin yolunu axtarırdım.Nə deyəcəkdim ki? Ən yaxşısı sakitlik idi.
-Salam Azər necəsən?
Başımı qaldırıb masanın yanın da dayanan cütlüyə,daha sonra Azərə baxdım.Diqqətləri Azər də olduğu üçün deyəsən məni görmürdülər.
-Əfsanə getdikdən sonra bizimlə də əlaqəni kəsdin.
Azərin onlara tərəf baxmamasından və əsəbi üz ifadəsindən anladığım qədəri ilə,Əfsanə onun keçmiş sevgilisi,bunlar isə dostları idi.Qız mənə dönərək xüsusi nazla dilləndi.
-Ooo Quasimoda yaşayır?
Buyur bir axmaq daha,indi qalxıb üzündə ki,boyanı silib həqiqi Quasimodanı göstərmək var idi amma bu mənə yaraşmazdı.
-Bəli xanım yaşayıram.Etirazınız var?
Sakit olduğum üçün çaşmış,Azərə tərəf dönmüşdü.
-Azər deyəsən Əfsanə özü ilə sənin zövqünü də aparıb.Bu çirkini çox axtardın?
Sadəcə Azərə baxdım,onun bu qıza həddini bildirəcəyini,"mənim nişanlımdır" deməsini gözlədim ancaq o susurdu.Qız kobudluğuna nələrisə elavə edirdi amma Azər susurdu,sözlərdən çox bu,susqunluq yaralayırdı məni.O qızın cavabını çox gözəl verərdim amma bunu ondan gözləyirdim o,isə dinmirdi,məni müdafiə etmək əvəzinə sakit dayanır o,axmağın məni alçaltmasına izin verirdi.Daha artıq dayana bilməyib,çantamı götürərək qalxıb ordan uzaqlaşdım.Göz yaşım yenə axmağa hazır dayanmışdı,yanağım boyu süzülməsinə fikir vermədən çıxışa doğru irəliləyirdim.Azərin arxadan səslədiyni eşitsəm də,eşitməməzlikdən gəlib tələsik addımlarla taksiyə əyləşib ordan uzaqlaşdım.
Getikcə soyuyan havalar və budaqlardan qopub yerə düşən yarpaqlar payızın gəlişindən xəbər verirdi.Xəzəllərin arası ilə getdikcə qulağımda onun səsi dayanmadan təkrarlanırdı." Mənim evlənəcəyim qadın gözəlliyi ilə yox ağlı,mərifəti,tərbiyyəsi,sədaqəti ilə digərlərindən seçilməlidi" yalan imiş,sadəcə məni bu evliliyə razı salmaq üçün deyilmiş söz imiş,mən kütbeyin buna inanmışdım.
Çatmışdım...Məni başa düşəcək,qəlbimdə ki açılmış yaranı görməyi bacaracaq insanın,anamın yanına çatmışdım.Əlimi soyuq torpağa çəkərək yerə çökmüşdüm.
-Mən gəldim...Ana bezmişəm bu insanların eqoistliyindən...Niyə başa düşmürlər,görmürlər əsas olan insanın ürəyidi?Niyə anlamırlar?Niyə?Niyə?Niyə?...Bu qədərmi çətindi?Sevmək üçün gözəllik çoxmu vacibdi?lənətə gəlmiş üzüm çirkindir deyə sevilməyə laiq deyiləm?Ana məni niyə dünyaya gətirdin?-deyib dayanmadan hönkürürdüm.
Çiynimdə hiss etdiyim əl,arxaya dönməyimə səbəb oldu.Azər məyus gözlərini üzümə zilləmişdi.Çox əsəbi idim hətta bu an onu parçalaya bilərdim.
-Toxunma mənə-ilk dəfə ona qeyri-rəsmi müraciət edirdim amma indi bunu düşünəcək halda deyildim.
-Sənəm danışmalıyıq,
-Nə haqda?
-Olanlar...Bax mən belə olsun istəmədim...Əfsanə mənim keçmiş...
-Mən bunları başa düşürəm-sözünü yarıda kəsib qarşısına keçərək gözlərimi gözlərinə zillədim-Başa düşmədiyim o qız məni alçaltdığı zaman sənin heç nə demədən susmağındı.
-Onları uzun zamandır görmürdüm sadəcə şok oldum bir an görəndə.
Getdikcə səs tonumuz yüksəlir,artıq bağırırdıq.
-Açıqlaman mükəmməldi.
-Sənəm uşaqlıq edirsən,
-Uşalıq edirəm hə? Sən deyəsən heç nəyin fərqində deyilsən.Biz evlənirik başa düşürsən? Biz ailə qururuq oyun oynamırıq.Sənin evlənəcəyin qıza kimlərsə ağzına gələni deyir,təhqir edir,sən isə susursan.İndi sən de onlardan nə fərqin var? Sən də onlar kimisən,sənin üçün də gözəllik önəmli imiş,sadəcə gözəllik.
-Mən gözəl qadınlara nifrət edirəm.
Bağıraraq dediyi söz dayanmadan qulağım da təkrarlanırdı.Təccübdən az qalırdı ki,gözlərim yerindən çıxsın.
-Nə?
-Gözəl qadınlara nifrət edirəm çünki onlar nə ərlərinə,nə oğullarına nə də ki sevgililərinə sadiq olmurlar.
"Niyə mən" sualıma indi cavab almışdım gülüm yoxsa ağlayım bilmirdim.
-Sən niyə başa düşmürsən,hər şey insanın ürəyindən asılıdı xarici görünüşlə əlaqəsi yoxdu.Əsas olan insanın daxilidi,başa düş...Təssüf edirəm...Çox təssüf.
-Sən də məni tərk edirsən?
-Məni yaxşı tanımırsan,çətinlikdən qaçacaq qorxaq deyiləm.Səninlə evlənəcəm amma sırf,sənə önəmli olan insanın daxili gözəlliyinin olduğunu göstərmək üçün.Sənə burda-işarət barmağımı anamın məzarına uzadıb davam etdim-anamın hüzurunda söz verirəm Azər Qarayev bunu sənə göstərəcəm.
Sözümü bitrib arxamı dönərək iti addımlarla ordan uzaqlaşdım...

Yazar: Afaq.Q
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 4 177
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri