Alın Yazım (6-cı bölüm)

Müəllif: _Mrs_
Şərhlər: 3
Baxılıb: 4 193
Səs ver:
(səs: 0)
Mənə elə gəlir ki,mən artıq düşüncə qabiliyətimi itirirəm.Yəqin uşaq vaxtı yüksək hərarətli xəstəlik keçirmişəm ya da məni oynatmaq istərkən üç dəfə atıb iki dəfə tutublar çünki artıq verdiyim qərarları və özümü başa düşmək də çətinlik çəkirdim.
Məzarlıqdan evə necə döndüm,nəcə axşamı yola verdim bilmirəm.Hərşeyi robot kimi yerinə yetirir,belə də olmalı imiş kimi davranırdım.
Kənana dərslərində kömək etməyə çalışırdım amma heç cürə fikrimi toplaya bilmirdim sanki beynim fəaliyətini dayandırmışdı.
-Kənan çətindi özün həll et-deyib çıxmışdım.
Özümü güclə otağa atıb qapını bağladım.Elə bil boğazım da nəsə qalmışdı,udquna bilmirdim.Pəncərəni açıb dərin nəfəs alaraq,yaşananları analiz etməyə başladım.Nə etmşdim yenə? Ani qərarla özümə yeni problem yaratmışdım,həm də çox böyük bir problem.Nəyə güvənərək bu qərarı verdiyimi bilmirəm amma ciddi-ciddi özümü oda atmışdım.Olanlardan sonra elə ordaca bu münasibəti bitirmək evəzinə,yeni yön vermişdim.Azərin məni sırf çirkin olduğum üçün,ona xeyanət etmək ehtimalımın olmayacağı üçün seçdiyini bilmək qəlbimi çox incidirdi.Onun bu düşüncəsi çox axmaqca idi.Xeyanət insanın gözəl ya da çirkin olmasından asılı deyildi ki,Azər bunu anlamırdı.Bundan sonra nə olacağını sakitcə gözləməkdən başqa çarəm qalmamışdı.
Günlər bir birini əvəzləyir və nişan günü yaxınlaşırdı.Bu günlər ərzində Azər ilə bir dəfə də üz üzə gəlməmişdik,görüşmək bir yana heç telefonla belə axtarmırdı.Sözü olduğun da ismarıcla bildirirdi,hiss edirdim məndən qaçdığını.Hazırlıqları Nəzakət xanım və Gülçin ilə tamamlamağa çalışırdıq,yalnız nişan libası qalmışdı onu da Azər özü seçib göndərəcəyini bildirmişdi.Nişana iki gün qalmış,unutduğunu yeqin edirdim.Zəng vurub soruşmaq istəmir,nə geyəcəyim haqda qara qara düşünürdüm.Qapının səsinə düşüncələrimdən ayılıb qapını açdım.Tanımadığım bir nəfər qapıda dayanmışdı.
-Buyurun,
-Sənəm Cəfərova?
-Bəli mənəm.
-Bunu Azər bəy göndərdi-deyib,əlində ki,qutunu mənə uzatdı.
Otağa keçib qutunu açaraq,içindəki donu çıxardım və elə həmin an dona vuruldum.Mən hələ bucur zərif don görməmişdim.Üstümə tutub güzgüyə yaxınlaşdım,pudra rəngi,sinəsi və dirsəkdən yarım qolu güpürlərlə bəzəkli,uçuş uçuş ətəyi,bir sözlə don füsünkar görünürdü.Donun zərafətini pozan tək şey mən idim.
Telefonu götürüb Azərə zəng vurmaq istəsəmdə,bunu ilk o,etməldi deyə ismarıc yazmaqla kifayətləndim."Donu çox bəyəndim,təşəkkür edirəm" yazıb göndərdim.Mənə cavab yazacağını düşünməsəmdə yanılmışdım.2 dəqiqə keçməmiş cavab gəlmişdi."Bəyəndiyinə sevindim".Qısa cavab məni həyəcanlandırmışdı.Bu halımı heç sevmirdim.
Donu asılqana keçirib,qardirobdan asdım.5 dəqiqədən bir qardirobu açıb dona baxırdım.Azərin çox gözəl zövqü vardı,bu danılmaz idi.
Yavaş yavaş axşam düşürdü,süfrəni qurub yeməyə başladıq.
-Sənəm sabah qohumlar gələcək,qızlar sənin otağında yatar digərlərni də Kənanın otağın da və qonaq otağında yerləşdirərsiz.
-Əlbətdə ata narahatçılığa əsas yoxdu.
Atam nə qədər rahat görünməyə çalışsa da narahat olduğu hər halından bəlli idi.Qohumlarımın gəlişinə sevinsəm də bibimin iynəli sözlərinə məruz qalacağım üçün üzülürdüm.Bibim və anam bir birini elə də sevmədiyi üçün,münasibətləri soyuq olub,anam rəhmətə getdikdikdən sonra bibim o,soyuq münasibəti mənimlə davam etdirib.Bunun səbəbini deqiq bilməsəm də eşitdiyim qədəri ilə,bibim atamı yaxın refiqəsi ilə evləndirmək istəyib ancaq atam universitet vaxtı anamla tanış olub evlənib və Bakıda qalıb.Bu isə bibim ilə anam arasında soyuqluq yaradıb.Çirkin olduğuma görə mənə də soyuq davranır.Anamla soyuq olmağını başa düşsəm də mənə qarşı bucür davranışını heç vaxt başa düşmyəcəm.Əvəllər bunu özümə dərd etsəm də artıq bu haqda düşünmürdüm belə.Kim mənə necə idisə məndə elə idim.
-Bacı telefonun çalır-Kənanın səsinə sanki yuxudan ayılmışdım.
Otağa keçib telefonu götürdüm.Zəng edən Azər idi.Buna olduqca təcübblənsəmdə aparatı qulağıma yaxınlaşdırdım.
-Alo,
-Axşamın xeyir.Dayanacaqdayam,danışmaq istədiklərim var.Səni gözləyirəm.
Hər zamanki kimi sözünü deyib söndürmüşdü.İndi nə edəcəkdim? Nədənsə içimdə qorxu yaranmışdı,sanki danışmaqdan,eşidəcəklərimdən qorxurdum.
Hazırlaşıb Səadət xalaya hara gedəcəyimi bildirdikdən sonra evdən çıxdım.Dayanacağa doğru addımladıqca yaşananlar film lenti kimi gözlərimin önündən keçirdi.Görəsən nə danışacaqdı? Yəqin ki bu münasibəti sonlandırmaq istəyəcək,düşündükcə içim sıxılırdı.Dayanacağa çatdığımda,Azərin maşına söykənib gözlədiyini gördüm,pərişan görüntüsü düşündüklərimi təsdiqləyirdi.Hər zaman səliqəli olan adam,indi dağınıq saçları və səliqəsiz geyimi ilə diqqət çəkirdi.Onun bu halına məyus olsam da hislərimi cilovlayıb yaxınlaşdım.
-Salam,
-Salam necəsən?
-Yaxşıyam siz...Yəni sən?
-Bilmirəm...Maşına keçək hava soyuqdu.
Keçib maşına əyləşdik,içkili olduğu hər halından bəlli idi...Yenə səssizlik idi,heç sevmirdim bu səssizliyi sanki olacaqların xəbərçisi idi.
-Sənəm mən nə deyim,sözə ilk haradan başlayım bilmirəm.
Nəhayət ki,Azər səssizliyi pozub sözə başlamışdı.
-Başından başla.
Yenə dilimi dinc qoya bilməyib dillənmişdim.Başımı əyib barmaqlarımla oynayırdım,o isə sükanı sıxırdı.Üzünə baxmasam da gərginliyini hiss edirdim.
-Keçən gün yaşanalar üçün üzr istəyirəm,mən donmuşdum sanki səni qoruya bilmədim.
-Ona görə də onlar məni istədikləri kimi təhqir edə bildilər.
-Məni bağışlamayacağını bilirəm.İnan mənə günlərdir özümə gələ bilmirəm.
-Bunun üçün zamana,onların mənə dediklərini həzm etməyə ehtyacım var.
-Başqalarının sənin haqqında,xarici görünüşün haqqında dedikləri mənə maraqlı deyil...O gün bacara bilmədim amma bundan sonra səni qoruyacağımdan əmin ola bilərsən.
-Bəs məzarlıqda dediklərin?
-Onlar mənim düşüncəmdi...Mənim uşaqlığıma dair xatırladığım tək şey,anamın gedişidi.Anam gözəl qadın idi,atam hər zaman gözəl qadınlar sadiq qalmağı bacarmır deyirdi.İlk başlar da bu mənə absurd fikir kimi gəlirdi.Daha sonra universitet zamanı Əfsanə ilə tanış oldum,onu tanıdıqca atam yanılır,bütün qadınlar əsasən də gözəl qadınlar eyni deyil deyə düşündüm amma onun xəyanəti ilə qarşı qarşıya qalınca anladım ki,atam haqlıdı yanılmır,gözəl qadınlar sadəcə özünü sevir,özünə dəyər verir.Qadınlara qarşı nifrətim,güvəsizliyim o gündə başladı və gün keçdikcə böyüdü.Əslində mənim gözümdə bütün qadınlar xəyanətkardır,ilk sırada da gözəl qadınlar.
-Yaşadıqların asan deyil başa düşə bilirəm amma məni sırf xarici görünüşümə görə seçdiyini bilmək heç də xoş deyil.
-Bəli danmıram ilk başda sənlə görüşməyi ona görə qəbul etdim amma səni tanıdıqca fərqli biri olduğunu görürəm və düzgün seçim etdiyimi düşünürəm.Təmiz qəlbliliyin,saflığın insana huzur verir.
-Buna sevinməliyəm?-Həqiqətən nə hiss edəcəyimi bilmirdim.
-Mən bilmirəm,qərar sənindi-Üzündə xəfif təbəssüm yaranmışdı.
-Bəs qadınlar haqqında fikrin?-Teccüblə gözlərimi üzünə zillədim.
-Qadınlarla bağlı fikrim deyişmir,dyişməyəcək də.Amma sənin gözlərində gördüyüm qətiyyətə,mənə xəyanət etməyəcəyinə inanmaq istəyirəm,mənim də sənə qarşı hər zaman dürüst olacağımı bil.
-Nə deyim bilmirəm.
-Ürəyindən keçəni,
-Ürəyimdən nə keçdiyini bilmirəm ki,mənimlə sadəcə çirkin olduğum üçün evlənmək istədiyni və qadınlara nifrət etdiyini deyirsən,nə deməliyəm? Nə düşünməliyəm?
-Düşüncəm sənə qəribə gələ bilər amma mən həyatımda gözəl qadın yox,mənə sadiq bir qadın istəyirəm.
-Bəs nifrətin nə olacaq?
-Mən də bu nifrətdən qurtulmaq istəyirəm-səsi olduqca cılız çıxmışdı və bir anda gözlərini üzümə zilləyib nisbətən yüksək səslə davam etdi-Bu nifrət gün keçdikcə qəlbimi buza çevirir,məni məhv edir.Canımı qurtarmaq,bu nifrəti yox etmək istəyirəm.
Allahım nə günahım vardı mənim,hər şey niyə mənim başıma gəlir?
-Sən ağlını itirmiş olmalısan.
-Hələ ki ağlım başımdadı amma belə getsə itirəcəm.Bax...bunlar səni qorxuda bilər amma güvən mənə.Hər şeyə,həyata yeni başdan başlamaq istəməyə haqqım var yəqin?
-Əlbətdə var ancaq bunun üçün məndən istifadə etməyin düzgün deyil.
-İstifadə etmirəm sadəcə yanımda ol,dəstəyini əsirgəmə deyirəm.
İndi nə düşünməli idim və nə deməli idim heç bilmirdim,bu olanları analiz etməyə gücüm yox idi.
-Biz bunları ən başda danışmalı idik.
-Bilirəm amma mən başlarda sənə heç güvənmirdim,digərləri kimi olduğunu düşünürdüm.Artıq fərqli olduğunu bilirəm,kim istəməz ki həyatında sənin kimi dostu olsun...
Hiss edirdim ki,maşın,dayanacaqda duran insanlar ümumiyyətlə hər şey fırlanır.Bu nə idi belə? Dünya bu qədərmi bərk fırlanırdı?
-Dost???-Güclə hətta titrəyərək sualımı ünvanladım.
-Bəli dost.Sənəm mən sevgi adlanan hissi lüğətimdən çıxarmışam.Ona görədə sənə qarşı dürüst olacam.Sənə sevgi vəd etmirəm,dürüstlük və dostluq vəd edirəm.
Zarafat sevmədiyini bilməsə idim,zarafat etdiyini düşünərdim.Çirkin ola bilərəm amma məndə bir qadınam və sevilmək mənim də haqqımdı.Təssüflə başımı yelləyib maşından endim.Arxamca səsləndiyini eşitsəm də eşitməməzlikdən gəlib sadəcə addımlayırdım.Binaya daxil olub lifti basmadan bir neçə pilləkan qalxdım.Evə bir mərtəbə qalmış ayaqlarım məni daşımaqdan imtina etmiş,olduğum yerə çökmüşdüm.Adam açıq-açıq məni sevməyəcəyini demişdi,çox pis təsir etmişdi.Düzdü Leyli Məcnun olacağımızı gözləmirdim amma buda ağır gəlmişdi.Niyə bu qədər təsir etmişdi bilmirəm.Sevilməyi istəmək günah deyildi ki?
Çiynimdən tutan əli hiss edib başımı qaldırdım.
-Aytən? Sən burda neynirsən?
-Aptekdən gəlirəm.Əsas sən nə edirsən burda? Səninkini gördüm dayanacaq da.Ordan gəlirsən?
-Hə...Bilirsən o məni heç vaxt sevməyəcəyini dedi,heç vaxt qəlbinin sahibi ola bilməyəcəm.
Ətrafa yayılan qəh qəhə səsləri ilə sanki yuxudan ayıldım.Qarşımda durub gülən insanın Aytən olduğunun və dediklərimin o an fərqinə varmışdım.Heç bir söz demədən irələməyə başladım.
-Sənəm-Aytənin səsinə geri dönmədən olduğum yerdə dayandım-Bilirsən səni niyə sevmirəm?çünki hər şeyin yerini bilirsen,hər dərdin öhdəsindən gəlirsən,güclüsən.Əminəm ki,o adamı özünə aşiq etməyi bacaracaqsan yetər ki istə.
Aytən sözünü bitirib evlərinə daxil olmuşdu,mən isə arxasından baxa qalmışdım.Burda deyiblər dəlidən doğru xəbər...

Yazar: Afaq.Q
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 4 193
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri