Anonim yaşıl (4-cü bölüm)

Müəllif: Lusi
Şərhlər: 11
Baxılıb: 5 085
Səs ver:
(səs: 0)
Anonim: Sabahın xeir Yaşılım
Axşam yəqin Elxan Elatlinin 14cü adam kitabını oxumusan gec yatmısan ona görə yenə dersə gecikəcəksən.
Dur tembəl.

Gözlərimi əllərim ilə ovuşdurub telefona baxdım. Səhər tezdən kim idi axı yazan. Əlimlə alınma vurdum təbiki Anonim. Mesajları oxuyub gözlərimi bərəltdim. Cavab yazmaq isteyirdim amma yazmaycaqdım

Anonim: cavab yaz
Sunay: ay xəstə mən sənin hardan yaşılın oldum həə?
Həm Sən hardan bilirsən mənim o kitabı oxuduğumu və dərsə gec qaldığımı?
Anonim: həə yəni sənə Yaşıl deməyimi qəbul edirsən day)
Mən bilərəm
Sunay: Sən mənə səbr ver Allahım.
Dəli əlində yaxam qalıb!
Manyak!
Sən məni izləyirsən hə
Tez de görüm kimsən!
Anonim: Yaşılımın nidalarına bax, nə şirindi özün kimi
Sunay: yazma mənə birdə yazma!
Mən yoruldum day səni bloka atmaqdan!
Anonim: küsəcəm ha
Sunay: cehennəmə küs!
Sunay Offline
Fərid Offline

Əsəblə ayağa qalxıb evden çıxdım. Aytənə bu Anonim haqqda danışmalı idim. Dərsin başlamağına hələ 10 dəqiqə vardı. Mən bu tezliydə uniyə niyə gəlmişdim? Hamsı O Anonimə görə oldu. Əslində tez deyildi. Dərsə gecikməmişdim. Amma mənə görə tez idi.Tərsliydən Aytəndə mesaj yazdıki mən gəlməyəcəm bu gün. Off nə edəcəkdim indi mən. Kimə danışım bu haqqda, kimdən məsləhət alım. Bir bacım, bir qardaşımda yoxdu. Evin tək uşaq olmaq problemi budu deyəsən.Dərs bitmişdi artıq. Dərs çıxışı Uninin həyətində kecmis nişanlım Elvini gördüm. Onun burda nə işi vardı? Gözlərim dolub durmuşdu artıq. Keçmiş yenə yada düşdü.Telefonuma gələn mesaj səsi ilə keçmişimdən ayıldım sanki.

Anonim: ağlama..
Gözlərinin yaşılına ziyandı
Ona görə dəyməz..

Ətrafa göz gəzdirdim. Kim idisə burda idi.Amma bu qədər insanın içindən necə tapacaqdımki onu.Elvinə nəzər saldım. Yanına bir qız gəldi.Bir birilərinə sarıldılar.Yəqin yeni sevgilisi idi. Utanmaz mənim bu unidə oxuduğumu bilə-bilə özünə burdan sevgili tapıb. Ağlamamaq üçün özümü güclə tutdum. Burdan tez uzaqlaşmalı idim. Uninin həyətindən çıxıb.Tez bir taksiyə mindim. Evə getmədim amma.Bulvara gəlib,gəzməyə başladım. Oktyabrın əvvələri olduğundan hava yenə dəyişib soyuqlaşmışdı.Mənim isə əynim yenə nazik idi. Telefonuma isə yenə bir mesaj gəldi.Təxmin edin kimdi? Təbiki Anonim ..

Anonim: əynin nazikdi yenə,evə ged
Sunay: sənə nə?!
Anonim: off Yaşıl,bir defədə olsun sözümə qulaq as
Sunay: Tanımadığım bir adamın sözünə niyə qulaq asmalıyam?
Anonim: tanıyacaqsan ..
Sunay: burdasansa çıx qarşıma indi
Anonim: edə bilmərəm,buna zaman lazımdı
Sunay: mən artıq sıxıldım sənin bu oyunlarından.
Anonim: mən oyun oynamıram Yaşıl

Göy guruldamğa başladı. Deyəsən evə getmək vaxtı idi. Amma indi bu Anonim elə biləcəkdiki onun sözünə qulaq asıb getdim.Off. Ofkii nəə off.Getməy qərarı aldım. Evə gəlib çatdım. İştahım yox idi deyə, öz otağıma çıxdım. Yerimə uzanıb fikirləşməyə başladım. Həyatıma bir nəzər saldım.Əsasda bu günümə..O xoşbəxt idi onun bir həyatı var.Bəs mənim? Mənim niyə bir həyatım yoxdu hələdə.. Niyə yalnızam indi? Niyə insanları özümdən uzaqlaşdırıram? Yağışda bu an yağmağa başlamışdı.Ayağa qalxıb Pəncərəmin qarşısana keçdim. Pəncərəni açıb torpaq qoxusun içimə çəkdim.Gözümü yummuşdum. Ağlıma hec tanımadığım insan gəldi.. Bilin görüm bu kim idi? Cavabları eşidər kimiyəm) Anonim deyə bağırırsız) Anonim idi.Tanımadığım, heç üzün görmədiyim insan necə ağlıma gəlmişdi. Amma etiraf etsəm ,mənə Yaşıl deməyi xoşuma gəlirdi.Üzümə bir gülüş gəldi.Sonra “özünə gəl Sunay” dedim. Pəncərəni bağlayıb tezdən yerimə keçdim. Ən yaxşısı yatmaq idi.Hər şeyi unutmaq üçün yatmaq lazım idi. Yatıb durduqda artıq saat 6 ya yaxınlaşırdı. İstər istəməz əlim telefona getdi. Bəlkə Anonimdən bir mesaj olar deyə. Amma yox idi.Niyə yazmamışdı.Harda və kimlərlə idi görəsən indi?
“Mənə nə ki?” deyib ayağa qalxdım yenə. Dadlı yemək qoxusu gəlirdi aşağıdan. Ac olduğumuda hiss etdim “Guliz Aylanın olmazsan olmaz” mahnısın zümzümə edib aşağı düşdüm.Nəsə enerjim gəlmişdi.Yemeyimi yedikdən sonra isə tv qarşısan keçdim.Anamla atam bu gün uzaq bir qohum gilə qonaq gedəcəkdilər amma mən getmədim.Məqsədlərini bildiyim üçün.Qohumun məndən 5 yaş böyük oğulu vardı. Uşaq idimmi mən bunu biləyəcək qədər) deyildim)Onlar hazırlaşıb evdən çıxdılar.Mənsə dərs eləmək qərarına gəldim.Amma bir gözüm telefonda idi. Yəqin bezib əl çəkmişdi məndən. Sıxılırdım.. sıxlırdımmm və yenə sıxılırdım. Dərs etməydənsə mahnıya qulaq asmaq qərarına gəldim.Telefonu əlimə aldıqda mesaj gəldi.Yess o yazışmışdı deyə bağırdım. Sonra özümə gəldim) Səs idi. Öz səsi idimi görəsən? Amma dəqiqəsi çox idi yəqin mahnı idi.Vayy romantik imiş) Yüklənməyin gözlədim.

Anonim: manını dinləyəndə nə hiss etdiyini mənə yazarsan..
Sunay: qulaq asmayacam
Anonim: səni tanıyıramsa asacağınıda bilirəm.

Düz deyirdi qulaq asacaqdım. Yükləndi.Görüm necə bir mahnıdı.

Demə mənə sən keçmişini,
Qayıtmayıb uzaqlara
Açma mənə sirrlərini
Dinlə məni, vermə zəhmət dodaqlara...
Gülərkən üzündə, qan ağlayır için..
Dinərkən telində, qırılır səsin..
Elə sarılmısanki boynuma mənim,
Sanki məndən başqa yoxdur hec kəsin.
Buyur yanımda əyləş, bir az dərtləşək.
Amma sən səssiz qal, qoy yalnız mən danışım.
Bir dəniz, bir qum, birdəki şimşək
Yağdırsın yağışı itsin göz yaşı...
(Ayaz Babayev – Buyur yanımda eyləş)

Mahnın sözləri tam mənə aid idi.Təkrar-təkrar mahnıya qulaq asdım. Ağlayırdım artıq..
Sunay: hiss etmədim
Mahnını yaşadım ...
Anonim: zəng edirəm ac

Zəng edirəmmi yazdı O. Ohaa mən nə danışcaqdım onunla. Zeng elədi artıq.Həyəcan basmışdı məni..Əlimi yesə apardım

Müəllif: İ.Qönçə (Lusi)
(səs: 0)
Şərhlər: 11
Baxılıb: 5 085
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri