İkimizin hekayəsi (2-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 9
Baxılıb: 6 898
Səs ver:
(səs: 0)
Bu ki Zeynəbin üstünə yıxılan oğlan idi. Cavid arxaya çönüb baxdı. Sonra isə Zeynəbə. Zeynəb isə gözlərini qaçırırdı. Cavid hələki təmkinliyin qoruyub saxlamışdı. Oğlan "Nə təsadüf qarşıma çıxdın. Üzr isteyə bilmədim səndən. Davada üstünə yıxılmışdım. Bu arada mən Mahir". Zeynəb ürəyində "şir ürəyi yeyib bu yəqin" deyirdi. Cavidin baxışları Zeynəbi qorxudurdu. Yaxşiki araya Cəmalə girdi. "Birincisi sən yox siz. Sonra isə üzrnüz qəbul olundu gedə bilərsiz indi." Mahir "səndən soruşmadım xanım qız! Bu `gözəl qızdan soruşdum!" Gözəl sözün vurgu ilə demisdi. Ona yalnız Cavid gözəl deyə bilərdi.Cavid gözlərini qıyıb altdan yuxarı Mahirə bir baxış atıb. Əlin sutola möhkemce vurub ayağa qalxıb yaxasından yapışdı. "Kimə gözəl dedin?! Həə sən?!" Dedi. "Sən mənə yumruq atan həmin oğlansan! Agilli ol! Kimə yumruq atdığını bilmirsən hələ!" Deyib Cavidi itələdi. Cavid ayağa qalxıb üstünə gəlmək istəyəndə Xalid onu saxlayıb qulağına "Bilirsən Zeynəbə həyacan, stres olmaz. Xahis edirəm daha hec nə etmə" dedi. Cavid baxışların yerə salıb "Qızlarıda götür gəl"deyib kafedən çıxdı. Zeynəb isə pərişan halda idi. Təsadüf idimi həmin o oğlanın burda olması? Ya yenə Zeynəbin başı dərddə idimi? Atasına görə Zeynəbin rahat həyatı olmamışdı hec vaxt. Caviddə ona görə hər zaman Zeynəbin üstünə çox gedərdi. Xalidlə qızlar çölə çıxıb Cavidin maşınına mindilər. Yol boyu sakitcilik höküm sürürdü. Bir bir hamsın evə ötürdü Cavid. Sona isə Zeynəb qalmışdı. Artıq axşam idi. Cavid Zeynəblə evə bir çıxdı. Yenə hec biri danismirdi. Zeynəb üstünü dəyişdirmək üçün öz otağına keçdi. Cavid isə pencerə tərəfə kecib şəhəri izləməyə başladı. Zeynəb Cavidin yanına gəlib ona üzgün şəkildə baxdı. "Mənə elə baxma" dedi Cavid. Zeynəb isə dərindən bir "of" çəkərək divanda əyləşdi. Cavid Zeynəbin qarşsına kecib diz cökmüş şəkildə əllərindən tutub oturdu. "Sənə nəsə olmağın istəmirəm deyə, bu gün reaksiyam bu qədər sərt oldu. Səni incitdimsə bu gün bağışla məni ..." Zeynəbin üzü gülümsəməyə başlamışdı artıq. Deyəsən Cavidin qəlbi yumşamışdı üzgün baxışından sonra. " Mən səni çox istəyirəm Dostum. Bizim aramızda bağışla sözü ola bilməz" deyib Cavidə sarıldı. Caviddə Zeynəbin saclarına sığal çəkdi. Biraz söhbətləşəndən sonra isə Cavid getmək üçün ayağa qalxdı. Gec olduğundan Zeynəbdə yatmaq qərarı aldı.Səhər acılmışdı. Bu gün şənbə olduğundan dərs yox idi. Zeynəbin telefonuna zəng gəldi. "Z.Z" atası idi.. Açmadı.. Tekrar 4 dəfə çaldıqdan sonra açdı. Atası "bu gün qonağmız olacaq,evdə ol səndə qızım" dedi. Zeynəb hirslənmiş şəkildə "gələ bilmərəm işim var" deyib telefonu söndürdü. Yenə kim bilir niyyəti nə idi! Yənə zəng gəldi. Bu dəfə anası idi.. Məcbur getməli olacaqdım deyəsən, yoxsa əl çəkməyəcəkdilər... Axşam idi artıq. Villamızın qarşısında idim. İçəri girmək istəmirdim. Məcbur zəngi basdım amma. İçəri keçəndə anam, atam məni xoş qarşıladı. Görəndə deyər mehriban ailəyik!
Zeynəb: qonaqlarınızdan mənə nə?!
Zeynal: Qonağmız Şakir Həsənovdu...
Zeynəb:həə mənə nə indi bundan?
Zeynal: oğluda Mahir Həsənov ...
Zeynəb: bu qədərdə yox ata! O oğlanı sən arxamca salmısan hə?!
Zeynal: o oğlan dediyin, sənin gələcək həyat yoldaşın olacaq
Zeynəb: nəə? Nəəə?? Mənim yerimə sən qərarlar verə bilməzsən ata! Necə gəlmişəmsə elədə gedərəm!
Qapını möhkəmcə cırpıb çıxdım. Atam bu işi belə buraxmaycaqdı. Mən nə edəcəkdim hə?! Nəfəs almaqda çətinlik çəkirdim artıq. Ağlamaq isteyirdim amma burda ağlaya bilməzdim. Yavas yavas öz evimin yoluna gəlib çatırdım. Küçələrdə də mindənə adamlar vardı. Nəfəsimdə düzəlmirdi. Dərmanımda qutarmışdı. Tənbelliyimdən almamışdım. Belə olacağım ağlıma belə gəlməzdi çünki. Ən yaxşısı Cavidə xəbər etmək idi. "Cavid mən hec yaxşı deyiləm. Evə gedirəm. Gələ bilərsən?" Deyə mesaj atdı. Zeynəb qorxurdu. Kimsə onu izləyirdi. Buna əmin idi. Evə gəlib qapını acıb içəri kecib, qapını bağlamaq istəyəndə kimsə qapını itələdi və məndə yıxıldım yerə başımı qaldırıb baxanda isə Mahir olduğun gördüm. Artıq nəfəs nəfəsə qalmış bir vəziyyətdə idim. Deyəsən asmam tuturdu. Güclədə olsa "çıx get evimdən!"dedim. Gülürdü... "Sən mənimsən gözəl qız.. nece aydı səni izləyirəm. Atan şirkətin qarşılığında səni mənə hediyyə etdi" bu nə demek idi. Atam bu qədərinidə edə bilməzdi. " Yox.. yoxxx! Bu ola bilməz! Get!" Deyerek qışqırıb, ağlayırdım artıq özümdə deyildim. Astmam tutmuşdu və mən krizə girmişdim. Mahir donmuş şəkildə mənə baxırdı. Bilirəm belə halda çox qorxunc olurdum. Hiss edirdim sanki öləcəkdim indi.. Birdən içəri Cavidin girdiyini gördüm. Mahir Cavidi itələyib qacdı evdən. Cavidsə mənə teref gəldi. "Dərmanın hanı..." güclədə olsa möhkəmdən nəfəs alıb verib "qu - quu - tarıb" dedim. Möhkəmdən qışqırmağa başladım. Cavid məni arxadan qucaqlayıb əlimi qolumu sıxdı. " Şş gözəlim ... sakit ol... bax mən burdayam ... nəfəs al möhkəmdən sonra ver.." Caviddə ağlayırdı... Ciddi nəsə baş vermişdiki, Zeynəb belə krizə keçirdirdi indi. Zeynəb isə dərindən nəfəs alıb vermeye başladı. " Birdə al ver gözəlim... birdə... mən səninləyəm.. sən mənim hər seyimsən" deyib üzün iki ovcuna alıb "kecdii.. kecdiii gözəlim yanındayam mən" dedi. Zeynəb isə birazda olsa düzəlmişdi. Cavid onu qucağına götürüb yataq otağına apardı. Üstünü örtüb özüdə yanına uzanıb alnından öpüb "Sənə bu gün bunu yaşadanlar, cəzasın alacaq!" dedi.

Bölümün sonu ...

Müəllif: İ.Goncha
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 6 898
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri