İkimizin hekayəsi (6-cı bölüm)

Müəllif: Lusi
Şərhlər: 8
Baxılıb: 6 816
Səs ver:
(səs: 1)
Zeynəb şokda idi sanki. Amma geri də çəkilmirdi. Cavid dərindən nəfəs alıb verib "üzr istəyirəm" deyib öz otağına keçdi. Zeynəbin isə əlləri dodaqlarında gəzib, gülümsəməyə başladı. Cavid isə gözləniləmədən etdiyi hərəkət qarşısında çox untanmışdı. Birdən birə niyə belə etdiyin hec bilmirdi. Amma Zeynəbin ona hec bir reaksiya verməməsi, onunda xoşuna gəldiyini bildirmişdi. Buna görə gülümsənirdi Cavid. Beləcə səhər açılmışdı. Cavidin hec nə olmamış kimi hərəkət etməsi Zeynəbi biraz qıcıqlandırmışdı. Çünki Zeynəb hələdə, o 2 dəqiqəlik öpüşün təsirində idi... Dərsə getmək üçün artıq evdən çıxmışdılar. Maşında idilər. "Elə bilməki dünən gece yadımdan çıxıb, hara getdiyini deyecəksən, Zeynəb.." dedi Cavid. Zeynəb isə tərs - tərs Cavidə baxırdı.Uniyə gəlib çatdılar. Cavid Zeynəbi gözləmədən içəri keçdi. Sonra Cavid arxaya dönüb baxdı, Zeynəb isə gözün süzdürdü. Cavid gülümsənib ağız işarəti ilə "deyəcəksən" deyib öz sinif otağına tərəf getdi. Zeng idi artıq. Cemalə ilə Zeynəb ikisi Bufetdə oturmuşdu. Bəxtdən boş idi bufet.
Cemalə: de görüm necəsiz?
Zeynəb: yaxşıyıq..
Cemalə: ay qız məndən hec nə gizlətmə, danış görüm sən nəsə sözlü adama oxşayırsan.
Zeynəb: seyy əslində bir şey var amaki..
Cemalə: amaki nəə? De görüm ?
Zeynəb: Cavid məni öpdü ...
Cemalə: məndə dedim yəqin yeni bir şey deyecek, ay qız hemisə öpürdə o səni elə
Zeynəb: elə yox
Cemalə: necə bəs?
Zeynəb: dodaqdan ...
Cemalə: ohaaa
Danış görüm necə oldu
Zeynəb: əslində qəribə oldu, mən evdən çıxmışdım. Gələndə soruşduki hardaydın dedimki, hava almağa çıxmışam inanmadı, sonra tutub öpdü.
Cemalə: dayan görüm, niyə inanmadiki sənə? Hardaydinki sən?
Zeynəb: seyy Cemalə bir seydə deyecem sənə ama söz verki Cavidə bu barədə hec nə demeyeceksən yaxşı?
Cemalə: tez ol danış
Zeynəb: atam mesaj yazmışdi onlara gəlim deye tehdid elədi, getməsəydim Cavidə nəsə edəcəyini dolayı yolla mənə dedi. Məndə axşam onunla görüşməyə getdim
Zeynəb bu sözü deyəndən sonra sol yanında əsəbi bir Cavidi gördü. Hər şeyi eşitmişdi Cavid. "Belə eşitməyim yaxşı oldu hə? Zeynəb!" Zeynəb isə indi dediyi sözlərin peşmançılığın çəkirdi."Cavidd.. məəənn" Cavid Zeynəbin sözün yarıda kəsib "Hec nə demə mənə gedirik evə!" Dedi. Cemalə bu isə dayana bilməyib "Qızın üstünə niyə gedirsən hə səni qorumaq üçün gedibdə, sən de görüm qızı niyə öpmüsən?"deyib zəfər qazanmış kimi güldü. "Ürəyim elə istədi! Başqa sözün?!"dedi Cavid. Nə Cəmalə nədə Zeynəb bu cavabı gözləmirdi Caviddən "ürəyim elə istədi" də nəydi? Zeynəb onun üçün bu qədərmi dəyərsiz idi yəni? Ya əsəblə deyilmiş bir söz idi. Cavid sözünə davam elədi "Mənə elə baxmayın. Nə deməyimi gözləyirsiz hə? Sevirrəmi deməyimi gözləyirdiz? Ya nə? " deyərkən Zeynəbin artıq gözləri dolmuşdu. "Gedəy" dedi qısıq bir səslə. Yol boyu, Zeynəb başını maşının şüşəsinə dayayıb, ağlamamaq üçün özün güclə tutdu. Evə gəldikdə öz otağına keçib səssizcə ağlamağa başladı. Zeynəbin hissləri artıq bəlli idi. Amma Cavid öz gizliliyini qoruyurdu hər zamanki kimi. Cavid Zeynəbin otağının qapsının yanına gəldi. Əli hey getdiki qapını döysün amma edə bilmədi. Çarəsizcə kürəyini qapıya sökəyib oturdu. "İndi olmaz, badam göz.. indi olmaz... bağışla məni .."dedi öz özünə. Zeynəb isə ağlayaraq yuxuya dalmışdı. Axşam idi. Hava da olduqca boğunuq idi. Zeynəb dərs edirdi. Cavid isə tv - yə baxırdı. Televizorun səsin o qədər vermişdiki, az qalsın Zeynəbin qulaqları tutula.Qəsdən etmişdi Cavid. "Xodun al, görmürsənki dərs edirəm" dedi Zeynəb. Cavid Zeynəbə baxıb televizorun səsin dayca çoxaltdı. "Sənə ver demədim, al dedim!" Cavid Zeynəbə birdə baxıb televizoru söndürüb ayağa qalxdı. "Mən gedirəm bir - iki işim var. Qayıdıb evə gələndə, səni evdə görüm"deyib ayaqqabıların geyinməyə başladı. Zeynəb Cavidin tez yanına gəlib "Hava çox pisdi..qorxuram getmə..."dedi. Cavid isə güzgünün qarşsınına keçib saçların daramağa başladı. "Eşitmirsən məni, səninləyəm mən" dedi Zeynəb. Cavid Zeynəbin qollarından tutub, divara söykəyib nəfəsin üzünə verdi.Zeynəb isə gözlərin yumdu.Cavid dodaqların Zeynəbin dodaqlarına yaxınlaşdırıb, qulağına doğru gəlib "Öpməyimi gözləyirsən həə?"dedi. Zeynəb gözlərin açıb, ifadəsiz şəkildə Cavidə baxıb "Get"dedi.

Bölümün Sonu

Müəllif: İ.Goncha

Ps. Gələn bölüm qısa bir şəkildə "Zeynəb və Cavidin" sevgi hisslərindən bəhs ediləcək..
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 6 816
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri