İkimizin hekayəsi (7-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 7
Baxılıb: 5 452
Səs ver:
(səs: 0)
Zeynəb kürəyin divara söykəyib, yerdə oturmuşdu. Cavid isə evdən çıxmışdı. Piləkanları düşə-düşə necə belə edə bildi deyə özünü danlayırdı "Yox belə olmaz, mən onu incidə bilmərəm"deyib yuxarı evə qalxmağa başladı. Zeynəbi elə görüb, yanına qaçdı tez. İki əli ilə üzün tutub "Bağışla məni.. Mən belə etmək istəmirdim. Söz verirəm səni birdə incitməyəcəm"deyib qucaqladı. Zeynəb isə hec bir reaksiya vermirdi. "Bir söz de çığır - bağır, vur amma bir söz de Zeynəb"dedi Cavid yenidən. Zeynəb Cavidi itələyib ayağa qalxdı. "Hara istəsən gedə bilərsən"deyib öz otağına getdi. Cavid isə hec olmayacaq qədər əsəbləşmişdi öz etdiklərinə. Zeynəbin qapısın döyüb otağa girdi. Zeynəb Cavidi görüb "get" dedi. Cavid Zeynəbin yanına uzanıb "Birlikdə yataq bu gün"deyib Zeynəbi özünə tərəf çəkdi. Zeynəb isə, hec nə demədi. Başın Cavidin sinəsinə qoyub, gözlərin yumdu.
- Sevən insan hər zaman bağışlar. Hec vaxt bağışlamaram dediyi şeyləri belə bağışlar. Zeynəb Cavidin yanında özün güvəndə hiss edirdi. Dili "get"desədə, qəlbi "getmə" deyirdi. Eyni ilə Sezen Aksunun "Get" mahnısı kimi... Zeynəb artıq sevirdi Cavidi... Amma beynində o qədər düşüncə vardiki... Dostluqlarına xəyanət edirmiş kim, içinə bir hiss gəlirdi. Hər Cavidi düşünəndə... Cavidin ona qarşı nə hisslər keçirtdiyini anlaya bilmirdi. Cavid hər zaman gizli bir sandıq olmuşdu çünki. Qəlbin hec kimə açıb deməzdi. Ona görə bu hal Zeynəbi çox narahat edirdi. Qəlbində Cavidi itirmək qorxusu vardı. Özünü danlayırdı"dünyada başqa adam qalmadımı, sevməyə... gedib öz dostunu sevdin" deyə. İmkansız idi `O. Dost adı altında sevməyə qərar verdi. Onu ondan xəbərsiz, ürəyində sevəcəkdi...
Zeynəb düşüncələri ilə yuxuya dalmışdı. Cavidi isə yuxu tutmurdu. Yavaşca ayağa qalxıb, otağı tərk elədi. Saata baxdı. Saat 00:25 göstərirdi. Öz otağına getdi. Əlinə bir vərəq birdə qələm götürüb nəsə yazmağa başladı. Yazdığını cırıb, yenidən yazmağa başladı.

Güləndə gözləri qısılardı.. Küləkdə isə, belinə qədər uzun sacları havaya qalxardı.. Badamı gözləri isə məni məndən alardı ..Hələ gülərkən, batan yanağını demirəm .. Onu güldürmək üçün dərindən qabıqdan çıxardım. Çünki o mənim üçün hər kəsdən özəl idi.. O mənim Gözəlim idi.. Mən isə onun Yaraşıqlısı ...
İmza: Cavid Ağalarov


Yazını yazıb, məktub şəklində qatlayıb, çəkməcələrin birinə qoydu. Sonra öz qulaqcıqlarını götürüb öz yerinə uzandı. Playlistindən "Yap10 ft Eli Türkoğlunun - İstəsən qal, istəsən get" mahnısını qoşdu. Sözləri Zeynəblə özünü əks etdirirdi sanki. Tavana baxıb düşünməyə başladı. Əvvələr Zeynəbdən xoşu gəldiyini söyləyirdi Cavid özünə. Xoşu gəlməklə sevmək arasında oysaki böyük bir fərq vardı. Və Cavid bunu anlamırdı. Amma zaman kecdiycə oda anlamışdı artıq. Zeynəbədən xoşu gəlmədiyini, O Zeynəbi çox sevirdi. Eyni ilə bir gül kimi... Bir gülü çox istəsən, onu qırarsan amma o gülü sevəsən, ona su töküb onu böyüdərsən. Cavidində sevgisi eyni ilə belə idi. Amma çarəsiz idi Cavid. Bundan sonra nə olacaqdı? Bu gün evdən çıxıb Mahirlə görüşəcəkdi. Hər şeyə aydınlıq getirməliydi. Çünki getdikcə hər sey dahada pis olurdu. Zeynəbdə özün günü gündən daha pis hiss edirdi. Cavid xoşbəxt sonluğa daima inanlardan biri idi.
- Mənə görə də, hər hekayə xoşbəxt sonluqla bitməlidi...
Amma ya bu hekayə elə bitməzsə ...?

Bölümün Sonu ..

Müəllif: İ.Goncha
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 5 452
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri